Fon yüklənir...
Загрузка...

“Android”dəki məlumatlar şifrələnəcək

Загрузка...


"The Washington Post” nəşri "Google”un nümayəndəsinə istinadən yazır ki, funksional başlanğıc sazlamaya görə aktiv olacaq. 

 2011-ci ildən başlayaraq, axtarış nəhəngi əmin edir ki, qurğularda saxlanılan məlumatlara, hətta hökumət təşkilatları müdaxilə edə bilməyəcəklər.

"Android” platforması smartfon və planşetlərdə saxlanılan informasiyanın şifrlənməsi üçün yeni imkanlara sahiblənib. Amma bu imkanlar haqda az sayda insan xəbərdar olduğundan, buna görə müvafiq funksiyalar çox zaman deaktiv edilib.
 


Gələcəkdə bu kimi hallarla qarşılaşmamaq üçün "Google” qurğuda saxlanılan məlumatların şifrlənmə funksiyasını başlanğıc sazlamaya görə aktivləşdirmək qərarı verib. Foto, video və başqa informasiyaya giriş əldə etmək üçün yalnız xüsusi parolu daxil etmək lazımdır.

"Google”un mətbuat katibi Niki Kristoff iddia edir ki, hüquq-mühafizə orqanları məlumatlara giriş əldə edə bilməyəcəklər, çünki giriş açarı qurğuda saxlanılmır.
 


Загрузка...

ŞƏRHLƏR

AyKa I-va

22 Sentyabr 2014 21:09

Xebere gore tesekkur
loading...
Загрузка...