Fon yüklənir...
Загрузка...

“Apple” sosial şəbəkə alır

Загрузка...

 

Amerika şirkəti "Apple” yaxın dostlar üçün sosial şəbəkə olan "Path”ı ala bilər.

Bu barədə "PandoDaily” portalı "Apple”da olan mənbələrə istinadən məlumat verir.

Məlumata əsasən danışıqlar son mərhələdədir və yaxın günlərdə razılaşma imzalana bilər. Razılaşmanın bir dəlili kimi də "Path”ın yaradıcısı Deyv Morinin "Apple”ın 9 sentyabrda keçirilən təqdimatında iştirak etməsi göstərilir. 

Qeyd edək ki, "Path” sosial şəbəkə olaraq yaxın dostlar üçün nəzərdə tutulub və burada dost sayı 150 kontakt ilə məhdudlaşır. Sosial şəbəkənin ümumi istifadəçisi 25 milyon hesablanıb. 

 

 

 

İOS üçün ən tanınmış sosial şəbəkələr sırasında "Path” 177-ci yerdədir. 

Xatırladaq ki, "Apple”ın bundan əvvəlki sosial şəbəkə bazarına giriş cəhdləri uğursuz sayılır. Buna misal olaraq 2010-cu ildə "iTunes” ilə birgə təqdim olunan və uğursuzluğa düçar olan "Ping” musiqi xidmətini göstərmək olar.

 

 

 

 

Загрузка...

ŞƏRHLƏR

ARR

18 Sentyabr 2014 15:42

Sitat: Ahu 05
xebere gore tesekkurler

egzocan

13 Sentyabr 2014 18:16

хебере горе тесеккурлер[right][/right]

Ahu 05

13 Sentyabr 2014 11:04

xebere gore tesekkurler
loading...
Загрузка...