Fon yüklənir...
Загрузка...

WhatsApp-da dəyişiklik

Загрузка...


WhatsApp-da yeni "divar kağız”ları və xəbərdarlıq səsləri də var.

Dünyanın ən populyar messencer proqramı WhatsApp bu gün dəyişib və 2.11.9 versiyasına qədər yüksəlib. Dəyişikliklər ciddi olmasa da, az deyil.
 
Dəyişikliklər arasında ən mühümləri çat və qrupların arxivlərinin yaradılması, foto və videolara "imza” qoyulması, fotoların elə çat "pəncərəsi” açıq olarkən kamera ilə çəkilərək yollanması, iPhone 5S telefonlarından ləng çəkiliş, effektli videoçarxların göndərilməsi, videonun göndərilməzdən əvvəl kəsilməsi, smartfon sahibinin harada olduğunu göstərən koordinatların göndərilməsi zamanı peyk və hibrid xəritələrdən istifadə olunması imkanlarının peyda olmasıdır.
 
Eyni zamanda, WhatsApp-da yeni "divar kağız”ları və xəbərdarlıq səsləri də var.
 
Messencerin texniki dəstək servisinə müraciət ünvanlayanda bu gündən etibarən skrinşotlardan istifadə etmək mümkündür.c
 
 
 
 
 
Загрузка...

ŞƏRHLƏR

Swagy Angel

11 Sentyabr 2014 18:58

cox boyuk deyiwiklik yoxdu

MiSS BlaCKStaR

11 Sentyabr 2014 10:28

Nese deyiwiyliyler oldu ama bilmedim ne 1heftedi duzgun baxa bilmirdim hec ...
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)
loading...
Загрузка...