Fon yüklənir...
Загрузка...

Facebook-da birmənalı qarşılanmayan yenilik olacaq - FOTO

Загрузка...

Facebook-da birmənalı qarşılanmayan yenilik olacaq - FOTO

 

Sosial şəbəkələr arasında ən məşhuru sayılan Facebook hər gün yeni xüsusiyyətləri ilə istifadəçilərin qarşısına çıxır. 

Əlbəttə ki, təqdim olunan xüsusiyyətlərə insanlar bəzən yaxşı, bəzən də tənqidi münasibət bəsləyirlər. 

Sosial şəbəkədə son vaxtlar insanların reaksiyasına səbəb olan yeni bir xüsusiyyət də "video izləmə” olub. 

Sözsüz ki, bu xüsusiyyət hər kəsin diqqətini çəkib. Artıq, Facebook-a daxil olan zaman videolar avtomatik olaraq açılmağa başlayır. Əgər şəxs istərsə, videonun üzərinə vuraraq səsli şəkildə izləyə bilir. 

Facebook-da birmənalı qarşılanmayan yenilik olacaq - FOTO

 

Facebook bunu tətbiq etməklə istifadəçilərin diqqətini videoların üzərinə yönəltmək istəyir. Ancaq, mobil operatorların internet paketlərindən istifadə edən (Megabayt) şəxslər bu vəziyyətdən heç də razı deyil. Videoların avtomatik açılması internet paketlərinin sürətlə tükənməsinə səbəb olur. Əgər bu funksiyanın sizdə deaktiv olmasını istəyirsinizsə, bu zaman tənzimləmələr bölməsinə daxil olub, sol tərəfdə ən altda yerləşən "videolar” başlığını seçməlisiniz. Həmin başlıq altında yerləşən "Videoları avtomatik hərəkət etdir” funksiyasını bağlayaraq, videoların telefonunuzda avtomatik açılmağının qarşısını ala bilərsiniz. Qeyd edək ki, siz telefon və ya kompüterinizlə "tənzimləmələr” bölməsində həmin başlığı görməyə bilərsiniz. Bu, Facebook-un həmin funksiyanı sizin profilinizdə hələ ki, tətbiq etmədiyini göstərir.

 

Facebook-da birmənalı qarşılanmayan yenilik olacaq - FOTO


 


 


 

Загрузка...

ŞƏRHLƏR

Dark PrincesSa

6 Sentyabr 2014 17:58

daha nələr çıxmadı

egzocan

6 Sentyabr 2014 16:59

facebook-da varam,, her defe bir sey cixardirlar

Night Wolf

6 Sentyabr 2014 16:37

Yenilik xoşuma gəlmədi
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Ahu 05

6 Sentyabr 2014 10:15

xebere gore tesekkurler
loading...
Загрузка...