Loading...

"Instagram"a əlavə olunan yeni funksiyalar

Loading...
 
 
Foto paylaşım şəbəkəsi olan İnstagram iOS və Android üçün 10 yeni redaktə tənzimləmələrini elan edib. Əlavə olaraq yeni düzəlişlər kontrast, parlaqlıq və dolğunluq kimi Instagram filtrlərini də əhatə edir və istifadəçilər filtrlərin intensivliyini də Slide paneli vasitəsilə tənzimləyə bilərlər.

Instagram ilk dəfə Slide panelindən mart ayında proqramın tünd şəkillər üçün bir növ işıq effekti verən Lux tənzimləməsi ilə birgə istifadə etməyə başlamışdır. Bu Slide paneli artıq istifadəçilərin redaktələrinin necə görünməsi ilə bağlı istifadəçilərə daha çox nəzarət etmək imkanı verən bir sıra redaktə funksiyalarını əhatə edir.

"Bizim hər birimiz İnstagramda bir növ professional fotoqrafa çevrilik. Lakin biz çalışırıq ki, foto mütəxəssisi olmaqla və dünyanın qalan hissəsi arasında fərqi aradan qaldıraq” — Peter Deng deyib. İnstagram əvvəllər əlçatmaz olan bu tənzimləmələri istifadəçilər üçün pulsuz əldə etmək imkanı yaradıb.
 
Deng bildirib ki, şirkət altı aydan da qısa bir müddətə yeni tənzimləmələr paketini yaradıb. Həmçinin Deng qeyd edib ki, Şəkilin kənarları ətrafında işıqlandırmaya təsir edən vignette tənzimləməsi kimi bəzilərinə görə İnstagram mühəndisləri film kameralarını müxtəlif linzalar vasitəsilə işığın necə əyilməsini müəyyən etmək üçün tədqiq etmişdir. 

Deng açıqlamaq istəməsə də daha çox İnstagram redaktə tənzimləmələri istifadəyə veriləcək. Onlar tamamlandıqdan sonra proqrama əlavə olunacaq. Instagram yeni redaktə tənzimləmələrini çərşənbə axşamı iOS və Android istifadəçilərinin istifadəsinə APP Store və Google Play Store vasitəsilə təqdim olunacaq.
 
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    Dark PrincesSa

    7 İyun 2014 16:34

    istifadə eləmirəm wink2

    Jenny J

    6 İyun 2014 15:22

    İnstagram istifadə eləmirəm yenə də təşəkkürlər
    --------------------
    Wow man, this is weird on acid..



    Night Wolf

    6 İyun 2014 13:50

    hə lap yaxşı təşəkkür
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

    Emily_01

    6 İyun 2014 13:47

    Gorurem, her update oldugunda yeni funksiyalari chixir. Men shexsen sevmirem instagramda olduqca chox effectler vermeye. Bu zaman shekil tebiiliyini itirir. Bezen gorurem o qeder effect verirler ki , abartilmish halda, xususen azeri qizlar eledikleri qat-qat makiyajlari kimi uz qusurlarini gizletmek uchun de instagramda ust- uste effectler verirler , neticede shekilde ancaq gozleri gore bilirsen) uz olur aggappaq, shekilin bulud olan qismi de olur rozovıy)) ve sair bu kimi nuanslar gulunc olur. Tebiiliyi itirmeyecek derecede etmek lazim her bir sheyi.

    Ahu 05

    6 İyun 2014 13:20

    xebere gore tesekkurler

    LlLesiARe

    6 İyun 2014 12:28

    Hmm. Lap yaxwi..
    Загрузка...