Loading...
Azərbaycan şirkətindən yeni mobil oyun - Nutty Nuts

Azərbaycan şirkətindən yeni mobil oyun - Nutty Nuts

Loading...
 
Azərbaycan şirkəti Tor.az tərəfindən smartfonlar üçün yeni Nutty Nuts oyunu hazırlanıb. Oyun ilkin olaraq beta versiyada Android telefonlar üçün istifadəyə verilib. Play Store-dan oyunu endirib siz də test edə bilərsiniz — https://play.google.com/store/apps/details?id=com.nutty.nuts.

Hələki oyun tam funksionallığında deyil. İstehsalçı şirkətdən aldığımız məlumata görə, qısa müddət ərzində oyunun daha geniş versiyası Play Store-da yerini alacaq. Yeni funksiyalar arasında «Leaderboard» olacaq ki, burada ən çox xal yığmış istifadəçiləri görmək mümkün olacaq. Hətta oyuna maraq yaratmaq üçün ay ərzində ən çox xal yığıb ilk yerdə qərarlaşmış istifadəşiyə 1000 USD dəyərində mükafat da nəzərdə tutulur. 

Önümüzdəki həftələrdə oyunun iOS versiyası da App Store-da yerini alcaq və iPhone istifadəçiləri də oynaya biləcəklər. 

Yeni funksiyalar arasında olacaq digər bir yenilik isə «Oyun İçi Mağaza»dır. Beləliklə oyunun gəlir modeli də formalaşmış olur. İstifadəçilər oyun daxili alış-verişləri burada edə biləcəklər.

Oyun son zamanlarda tək barmaqla oynamağı sevənlər üçün nəzərdə tutulub. Bir qədər «Flappy Bird» tərzindədir demək olar. Oyunun qəhrəmanı sincab ilə daha çox yol qət etməyə çalışırsınız. Telefonundakı Android versiyası 2.3 və daha yuxarı olanlar Play Store-dan telefonlarına endirib yoxlaya bilərlər — https://play.google.com/store/apps/details?id=com.nutty.nuts
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    Smiler

    5 İyun 2014 20:29

    Flappy bir az əsəb pozan oyundu -_-

    şirin miwka

    1 İyun 2014 23:10

    ele olacaqdaaa azeri oyunudu

    Dark PrincesSa

    29 May 2014 19:23

    azərbaycan oyunu nə olar ))

    Jenny J

    29 May 2014 15:19

    Flappy oyunlarını sevirəm smile Ən sevdiyimsə Talking Tom`daki Flappy Tom`du.Flappy oyunları biraz əsəb pozucudu.
    --------------------
    Wow man, this is weird on acid..



    Emily_01

    29 May 2014 14:11

    Candy Crash sevimli oyunumdur helelik girl_ten

    Ahu 05

    29 May 2014 13:35

    cox xoslayiram bele oyunlari

    LlLesiARe

    29 May 2014 13:21

    Maraqli oyuna oxwayir

    Night Wolf

    29 May 2014 12:15

    Bu cür oyunlar oynamağı xoşlayıram. Maraqlı oyundu məncə
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!