Loading...
Turistlər üçün Wi-Fi pulsuz olacaq

Turistlər üçün Wi-Fi pulsuz olacaq

Loading...
 
 
Yaponiya hökuməti, Nippon Telegraph and Telephone (NTT) korporasiyası və bir sıra digər yerli bazar iştirakçıları ölkə ərazisində xarici turistləri pulsuz Wi-Fi çıxışı ilə təmin edəcək.
 
Yaponiya Milli Turizm Agentliyi tərəfindən 2011-ci ildə aparılan tədqiqatdan məlum olub ki, xaricdən gələn vətəndaşların təxminən dörddə bir hissəsi gündoğar ölkədə Wi-Fi şəbəkəsi ilə internetə çıxış üçün çətinliklərlə üzləşir. Bu, dil və nəqliyyat çətinlikləri ilə yanaşı, başlıca problemlərdən biri hesab edilir. 
 
Problemin həlli üçün bu yay Yaponiya Daxili İşlər və Rabitə Nazirliyi, Milli Turizm Agentliyi və telekommunikasiya nəhəngləri NTT və KDDI şirkətlərinin iştirakı ilə xüsusi komitə yaradılacaq.
 
Nəzərdə tutulur ki, ölkəyə gələn xarici turistlər pasport təqdim etməklə aeroport və ya identifikatorların verilmə məntəqələrində xüsusi identifikator ala biləcəklər. Bundan başqa, belə İT kodları xüsusi mobil əlavə vasitəsilə yükləmək mümkün olacaq. Nəticədə identifikator müxtəlif ictimai yerlərdə Wi-Fi şəbəkələrinə pulsuz qoşulmağa imkan verəcək.
 
Təşəbbüs təşkilatçıları identifikatorların emalı üçün sistem hazırlayaraq tətbiq etməlidirlər. Proqramın hotel, nəqliyyat infrastrukturu iştirakçıları tərəfindən dəstəklənəcəyi güman edilir. Sistemin 2016-cı ildə istifadəyə verilməsi planlaşdırılır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    Qismet directioner

    28 May 2014 15:44

    yaxsi olardıı..

    Dark PrincesSa

    27 May 2014 10:24

    Yok yaaa eh da nə oldu

    Night Wolf

    26 May 2014 20:27

    Sitat: Ahu 05
    burda da olsaydi yaxsi olardi

    ehhh hara olur
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

    Ahu 05

    26 May 2014 13:54

    burda da olsaydi yaxsi olardi