Loading...
Mobil telefonların gizli funksiyaları

Mobil telefonların gizli funksiyaları

Loading...
 Mobil telefonların gizli funksiyaları
 
Bir zamanlar mobil telefonlar barədə danışmaq insanlara möcüzə kimi görünə bilərdi. Amma indi o, uşaqdan-böyüyə müasir insanın gündəlik həyatının ayrılmaz elementinə çevrilib.

İlk dəfə mobil telefonu "Motorola” şirkətində mühəndis işləyən Martin Kuper ixtira edib. İlk mobil telefon bir kiloqramdan çox ağırlığında olub və dolu batareya ilə 20 dəqiqəlik danışmaq mümkün olub. Şirkət ilk telefondan sonra 10 il ərzində təxminən 100 milyon dollardan çox pul xərcləyərək 1983-cü ildə "Dynatac 8000x” modelini satışa çıxarıb. 3 995 dollar qiymət qoyulan bu telefon 800 qram ağırlığında və 300 mm x 44 mm x 89 mm ölçülərində olub. Bu telefonun ən pis xüsusiyyəti 15 santimetr uzunluğunda antenasının olması idi. 1989-cu ilə antenası kiçilməsə də, ölçüləri və çəkisi demək olar, 2 dəfə azalan "MicroTAC 9800X” telefon modelini satışa çıxarıb. Bu modelin ən böyük xüsusiyyəti klaviatura hissəsinin üstündə qapağın olması idi. 
 
Mobil telefonların gizli funksiyaları

Hazırda mobil telefonlar texnologiyanın inkişafı ilə günü-gündən daha çox funksional hala gələrək möcüzələr yarada bilir. Əvvəllər sadə rabitə məqsədilə yaradılan mobil telefonların funksiyaları hazırda o qədər zənginləşib ki, artıq telefon alıcısı telefonun zəng funksiyası ilə demək olar, maraqlanmır. 

Bir neçə əşyanın sadəcə telefonda cəmlənəcəyi təsəvvürü 20 il qabaq absurd təsir bağışlasa da, müasir dövrdə həmin absurdluq adi reallığa çevrilib. Hazırda işlətdiyimiz telefonların hansı gizli funksiyalara və bacarıqlara sahib olduğundan çoxumuz xəbərsizik. Odur ki, mobil telefonlarımızın heç kimə bəlli olmayan hansı özəlliklərə malik olduğunu öyrənmək üçün kiçik bir araşdırma apardıq və maraqlı faktlar ortaya çıxdı.

Məsələn, əgər açar içəridən bağlı maşının daxilindədirsə və evdə ehtiyat açar varsa, onda maşın sahibi evdə olan şəxslərdən birinin mobil nömrəsinə zəng etməlidir. Bundan sonra öz mobil telefonunu maşının qapısından 30 santimetrə qədər məsafədə saxlamalıdır. Eyni vaxtda evdə olan şəxs ehtiyat açarı mobil telefonuna yaxın tutaraq blokdan azad olunma düyməsinə basmalıdır. Onda maşının qapısı açılacaq. Bu vaxt maşın sahibinin ehtiyat açarla arasındakı məsafənin heç bir əhəmiyyəti olmayacaq.
 
 Mobil telefonların gizli funksiyaları

Bir qrup Amerika alimi xarici təsir vasitəsi ilə telefonun batareyasının işləmə müddətini artıran texnologiya işləyib hazırlayıb. "Virginia Tech” şirkətinin mütəxəssisləri telefonu pyezoelektrik elementlərlə təchiz etməyi təklif ediblər. Bu elementlər fiziki təsir nəticəsində enerji hasil edəcək. "Virginia Tech” texnologiyası ilə təchiz edilmiş mobil telefonun akkumulyatoru qəflətən sönərsə, istifadəçi onun üzərinə qışqırmaqla, əlində silkələməklə və ya möhkəm sıxmaqla yenidən işə sala bilər. Buna bir neçə dəqiqə vaxt sərf etmək lazım olacaq. Əlbəttə, bu zaman elə də böyük enerji əldə olunmasa da, qısa zənglər üçün kifayət edəcək.

Fövqəladə hadisələr zamanı mobil telefondan 112 nömrəsi yığmaq olar. Bu nömrə bütün dünya üzrə fəaliyyət göstərir. Telefon şəbəkə xaricində olduqda belə 112 nömrəsini yığmaqla regionda açıq fəaliyyət göstərən şəbəkələrdən birinin qəza nömrəsinə qoşulmaq mümkündür. Hətta telefonun klaviaturası blok vəziyyətində olsa belə, nömrəni yığmaq mümkündür.

Mobil telefonun seriya nömrəsini bilmək üçün telefonda *#06# kombinasiyasını yığmaq lazımıdır. Ekranda 15 rəqəmdən ibarət kod peyda olacaq. Bu kod hər bir telefon üçün fərqlidir. Kodu qeyd edərək təhlükəsiz yerdə saxlamaq lazımdır. Əgər telefon oğurlanarsa, kod vasitəsilə onu tez tapmaq mümkündür. Telefon tapılmazsa, ən azından onu bloka salmaq da mümkündür.

Telefonunuzun zəng musiqisini dəyişdirdikdən sonra, təkrar əvvəlki musiqini aktiv etmək üçün özünüzə SCKL1581yazıb mesaj şəklində göndərin. Əvvəlki zənginiz avtomatik olaraq aktiv olacaq.
 
Mobil telefonların gizli funksiyaları 

Ən bahalı və müxtəlif özəlliklərə sahib "Vertu” telefonları isə dünyada və Türkiyədə lüks cib telefonu kateqoriyasında yer alır. Zərif və bahalı əşya həvəskarları "Vertu Ti” üçün təxminən 10 min 500 dollarından keçməli olacaqlar. "Vertu” ağıllı telefonu 800x480 piksel təsvir ölçülü 3.7 düymlü ekran, 1.5 QHs takt tezlikli ikinüvəli Qualcomm Snapdragon MSM8260 prosessoru və 1250 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Korpusu titan materialından hazırlanıb. "Vertu Ascent Ti” sahibləri telefonun hər iki tərəfində yer alan "Vertu Concierge” düyməsinə basaraq 24 saat boyunca özəl bir xidmətdən istifadə edə bilirlər. Bu düymə ofisdə və ya dünyanın harasında olursan ol, istifadəçisinə şəxsi katibə kimi xidmət göstərir. Texniki dəstək, olduğunuz yerdəki ən şıq restoran, gözəllik salonu - nə istəyirsiniz istəyin, cavabını "katibə”niz verəcək. 

"Vertu” telefonlarının digər növü isə "Vertu Signature Cobra”dır. Onu da məşhur bir fransız zərgər olan Frenchman Bouncheron hazırlayıb. Telefon iki fərqli böyük almaz daşla bəzədilib və bununla yanaşı, qırmızı rəngli 439 ədəd yaqut da üzərində yerləşdirilib. "Vertu”nun ən bahalı modeli isə "Goldvish Le million” dur. Sonuncu məhz qiymətinə görə "Ginnesin rekordlar kitabı”na düşüb. Onun qiyməti 1 milyon dollardır. "Goldvish”in üzərində olduqca bahalı daşlar yerləşdirilib. Onun başqa bir modeli isə qızıl suyuna çəkilib və 25 min dollardan başlayan qiymətlərlə satılır.
 
 Mobil telefonların gizli funksiyaları
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    LlLesiARe

    7 May 2014 21:41

    tewekkur xebere gore

    Hero_Zulfuqarli

    3 May 2014 20:06

    beş ildir bir telefonum var onunda çıxıb yesi lovejoy

    miss__lady

    1 May 2014 16:43

    maraqli xeber idi bilmirdim bunlari tewekkur xebere gore

    Jenny J

    1 May 2014 15:07

    Atam vertu istiyirdi daşındırdım onu istəyindən neynire vertunu qozsındırana oxşuyur qiymetine bax


    Altı üstü bahalı qaşlar və qızılnan bəzədilib
    --------------------
    Wow man, this is weird on acid..



    Night Wolf

    1 May 2014 13:48

    Ən bahalı və müxtəlif özəlliklərə sahib "Vertu” telefonları isə dünyada və Türkiyədə lüks cib telefonu kateqoriyasında yer alır. Zərif və bahalı əşya həvəskarları "Vertu Ti” üçün təxminən 10 min 500 dollarından keçməli olacaqlar.

    day bir-iki dənə maşın alaram da onansa lol
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!