Loading...
iPhone sahibləri sükan arxasında mesajlaşa bilməyəcəklər

iPhone sahibləri sükan arxasında mesajlaşa bilməyəcəklər

Loading...
 

Son zamanlar Apple ənənəvi smartfon funksiyaları olan avtomobil kompüterinə uyğunlaşdırılmış CarPlay sistemini inkişaf etdirir. Şirkət, həmçinin istifadəçilərin təhlükəsizliyini düşünərək, sükan arxasında olan zaman smartfondan istifadəni imkansız edən sistem yaradıb.

Apple "Sürücünün hesablama cihazının bloka salınması” adlı müvafiq texnologiyanın patenti üçün müraciət edib. Patentdə sükan arxasında olarkən mesaj yollamanın və smartfondan istifadənin digər variantlarının məhdudlaşdırılması üsulları təsvir edilib.

Ssenarilərin birində hərəkət sensoru avtomobilin müəyyən olunmuş sürətdən daha tez hərəkət edib-etməməsini müəyyənləşdirəcək, aparatın frontal kamerası isə sürücünün smartfonu əlində tutub-tutmamasını müəyyən edəcək. Sürətin müəyyən edilmiş həddən yüksək olduğu zaman əməliyyat sistemi telefonun əsas funksiyalarını bloka salacaq. Başqa bir variant da təsvir edilib, burada maşın işə salınan kimi siqnal göndərilir. Bu siqnalı alan iPhone bloka düşür.

Bütün bunlara nəzərən, şirkət avtomobil hərəkət edərkən "ağıllı” aparat və onun sahibi arasında elektron köməkçi Siri - səsli interfeysi yeganə ünsiyyət vasitəsi kimi saxlamaq istəyir.

iPhone sahibləri sükan arxasında mesajlaşa bilməyəcəklər

iPhone sahibləri sükan arxasında mesajlaşa bilməyəcəklər

iPhone sahibləri sükan arxasında mesajlaşa bilməyəcəklər

iPhone sahibləri sükan arxasında mesajlaşa bilməyəcəklər

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    Jenny J

    25 Aprel 2014 15:25

    Sitat: Night Wolf
    hamıya aid etsələr yaxşı olar
    --------------------
    Wow man, this is weird on acid..



    gulumse

    24 Aprel 2014 21:49

    iphonum yadim yoxdu mene ne

    Night Wolf

    24 Aprel 2014 20:14

    hamıya aid etsələr yaxşı olar
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

    miss__lady

    24 Aprel 2014 19:35

    maraqli fikirdi