Loading...
Texnologiya xəbərləri

Texnologiya xəbərləri

Loading...

2 yeni xəbər

Smartfon yalnız internetə çıxış, videoçarxları izləmək və musiqi dinləmək üçün vasitə deyil, həm də rahat mobil pul cüzdanıdır. İstifadəçi internetə qoşulmuş cihazın köməyi ilə məhsul və xidmətlərin haqqını dərhal ödəyə bilər. Getdikcə daha çox insan belə funksiyadan istifadə edir.

Bildirilir ki, Hollandiyanın Adyen ödəmə sisteminin məlumatına görə, son ildə mobil qurğular üzərindən həyata keçirilən ödənişlərin sayı 55% artıb. İnternet üzərindən alış-veriş üçün çox vaxt iPad planşetləri istifadə olunur: 2013-cü ilin sentyabr-dekabr ayları ərzində həyata keçirilmiş mobil əməliyyatların 41%-i onların payına düşür.

Mobil internet şopinq həvəskarları arasında populyarlığına görə ikinci yerdə iPhone (əməliyyatların ümumi sayının 31.6%-i) smartfonları qərarlaşıb. Sonrakı yerlərdə Android (20%) platforması ilə smartfonlar, həmçinin həmin platform əsaslı planşetlər (6,6%) yer alıblar. Windows Phone və BlackBerry əməliyyat sistemləri ilə işləyən aparatların mobil ödənişlər bazarında payı 1%-dən aşağıdır.

Ekspertlərin sözlərinə görə, planşet sahibləri internet şopinqə smartfon istifadəçiləri, hətta fərdi kompüterlə müqayisədə orta hesabla daha çox pul

2 yeni xəbər

Samsung-un yeni smartfonu Galaxy S5 fevral ayında satışa çıxarılacaq. Bildirilir ki, şirkətin aparıcı media qurumlarına göndərdiyi dəvətnamələrdən belə bir nəticə çıxarılıb. Dəvətnamədə deyilir ki, fevralın 24-də baş tutacaq Ümumdünya Mobil Konqress (MWC) çərçivəsində "Unpacked" seriyasından olan tədbir keçiriləcək.

Bundan əvvəl də Samsung analoji yeniliklərini bu cür tədbirlərdə təqdim etmişdi.
Apple nəzarəti gücləndirir

Frost&Sullivan biznes-konsalteri Apple şirkətinin ən yaxın zamanda şəbəkə infrastrukturuna vəsait xərcləməyə başlayacağını, istifadəçiləri və onların kontentinə nəzarət etməyə daha böyük imkanlar əldə edəcəyi haqda məlumat yayıb. 

Bildirilir ki, Apple şirkəti kontentin çatdırılması üzrə şəxsi şəbəkəsini yaratmağa başlayıb. Bu şəbəkə vasitəsi ilə iTunes, App Store və iCloud kimi digər layihələrin kontentinin istifadəçiyə çatdırılmasını şirkət özü həyata keçirəcək.

Hazırda Apple bu məlumatları rəsmi şərh etmir, lakin Frost&Sullivan analitiki Den Reybern əmindir ki, Apple artıq şəbəkənin yaradılması ilə məşğuldur. Son zamanlar iPhone istehsalçısı çox sayda şəbəkə mühəndisi və kommunikasiyalar üzrə mütəxəssislər işə götürüb, həmçinin şirkət əməliyyat və daxili ehtiyaclar üçün nəzərdə tutulmuş xərcləri artırıb. 

Bu gün Apple kontentin çatdırılmasında Akamai Technologies və Level 3 Communications şirkətlərinin gücünə arxalanır. Bu şirkətlər Appleın kontentini bütün dünya üzrə yerləşdirilmiş serverlərdə şirkətin hostinqi üzərindən son istifadəçilərə çatdırır. Lakin Milli Təhlükəsizlik Agentliyi ilə baş vermiş qalmaqallar, həmçinin Apple şirkətinin iCloud üzərində daha böyük nəzarət əldə etmək istəyi fonunda, şirkətin kontentin çatdırılmasını öz nəzarəti altına almaq istəyi məntiqli görünür. 

"Hazırda Apple öz xidmətlərinin və məlumatlarının işini bütün aspektlərdə nəzarətdə saxlayır. Apple son milə sahib olmadığı üçün qeyd edilən istiqamətlərə tam nəzarəti təmin edə bilmir. Buna baxmayaraq, şirkət öz CDN-şəbəkəsini yaratdıqdan sonra xərclərinin azalmasını təmin edə bilər, kəşfiyyatla bağlı qalmaqallardan qoruya bilərlər və öz qurğularının istifadəçiləri üzərində nəzarəti sərtləşdirə bilərlər", - deyə Reynbern qeyd edib.
İki maraqlı xəbər

Analitiklər korporativ sektorda mobil qurğularda biometrik autentifikasiyanın populyarlaşmasını proqnozlaşdırırlar: 3 il sonra təşkilatların 30%-i ondan istifadə edəcək.

Gartner analitiklərinin proqnozuna əsasən, 2016-cı ilin sonunadək dünya təşkilatlarının 30%-i mobil qurğularda biometrik autentifikasiyadan istifadə edəcəklər. Hazırda onların yalnız 5%-i bu imkandan istifadə edir.

Bildirilir ki, zamanla istifadəçilər işdə şəxsi mobil qurğulardan istifadəyə üstünlük verəcəklər və qurğuların qorunmasında ənənəvi metodlardan qəti surətdə imtina edəcəklər. Analitik şirkətdən bildirilir ki, belə metodlara, hər şeydən əvvəl, parolla müdafiə aiddir.

Analitiklərin fikrincə, biometrik autentifikasiya lazımi təhlükəsizlik səviyyəsini təmin etməyə icazə verəcək, həmçinin mobil qurğu sahiblərinin can atdığı rahatlığı təmin edəcək.

Xatırladaq ki, biometrik autentifikasiya aparatı – barmaq izi skaneri Appleın qabaqcıl iPhone 5s smartfonunda tətbiq edilib. Bu funksiya (Touch ID) 2013-cü ilin sentyabrında təqdim edilmiş yeni aparatda əsas yeniliklərdən biri olub. Bu texnologiyanın əsasını AuthenTec şirkətinin həlli təşkil edir.

İki maraqlı xəbər

Microsoft korporasiyasının iki aydan sonra Windows XP əməliyyat sisteminin dəstəklənməsini dayandırmasına baxmayaraq, bir çox şirkətlər indiyədək bu əməliyyat sistemindən imtina etmək niyyətində deyil. Korporativ sektoru təmsil edən təxminən 650 istifadəçi arasında sorğu keçirmiş Tech Pro Research ekspertləri belə nəticəyə gəliblər. 

Bildirilir ki, araşdırmaya əsasən, rəyi soruşulanların 37%-i iş yerində Microsoft Windows XP platforması üçün təhlükəsizlik yeniləmələrinin buraxılışını dayandırdıqdan sonra belə adı çəkilən sistemdən istifadə edəcəklər. Respondentlərin 37%-i Windows 7 sisteminə, 5%-i isə Windows 8 platformasına keçmək niyyətində olduğunu bildiriblər. Yalnız 1% Mac OS X platformasını seçib.

Rəyi soruşulmuşların 40%-nin fikrincə, onlar üçün yeni ƏS-dən istifadəyə ehtiyac yoxdur. Respondentlərin təxminən 39%-i deyib ki, əməliyyat sistemini dəyişdirmək istəmirlər, çünki yalnız Windows XP lazımi proqram təminatını dəstəkləyir. 21% üçün isə proqram yeniləməsi lazımsız xərcdir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Elen022

29 Mart 2014 00:34

Sitat: SwAg VaMpIrE
offf birini alırsan o birisi çıxır,o birisini alırsan,bu birisi çıxır.KAFAM KARIŞTI.....!

tamamile dogrudu

SwAg VaMpIrE

23 Mart 2014 18:07

offf birini alırsan o birisi çıxır,o birisini alırsan,bu birisi çıxır.KAFAM KARIŞTI.....!

elcin.bedishov

23 Mart 2014 00:59

pulum olsaydi alardim....

Jenny J

20 Mart 2014 20:25

Tel`im Xperia Zdı maraqlı idi xeberde
--------------------
Wow man, this is weird on acid..



sevgi meleyi zema

15 Mart 2014 11:21

menim telefonum aplle dir

yuio

7 Fevral 2014 20:48

Menim telefonum iphone 5- dir

Ms.Aytac

7 Fevral 2014 12:52

menim telefonum samsung galaxy tab 3 dur

həmişə gül

6 Fevral 2014 21:03

hmmmm texnologiyalara bax furious fascinated

Eva_1

6 Fevral 2014 17:27

İnşallah bu yaxınlarda HTCone red alacam yəqinki samsung kimi hər uşaq da görmərəm
kimə baxırsan samsung işlədir ..
--------------------

gulumse

6 Fevral 2014 17:02

texnoloqyaya cata bilmirke

Həyat

6 Fevral 2014 14:57

Yeniliklər çox imiş
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Night Wolf

6 Fevral 2014 14:56

telefonum nokia 5228 idi düzdü indi de isdedirem amma az ən çox Galaxy S3-ü
deyirem guya S5-in S4dən fərqliyi nə olacaq ki bi dene funksiya fikirlesirler deiller ki yox bunu S4 yox S5-ə vurarıq vəssalam
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

wahmar777

6 Fevral 2014 14:20

Nokia ni neyniyirem xosuma glmir en yagsilari galaxylar. Ve ifonlardi

A_K

6 Fevral 2014 14:19

Samsung s5 helem gelmeyib? Yadıma gelirki bir xeber gőndermişdim orda samsung s6 gelirdiye uje.
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

MiSS BlaCKStaR

6 Fevral 2014 14:03

İlk baxır, ilk səs, ilk təşəkkür, ilk rəydəki mənnən..

Samsung 5s bilirdim məlumatım var idi.mən uje Nokia istiyirəm.
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)