Loading...
Texnologiya xəbərləri

Texnologiya xəbərləri

Loading...
Texnologiya xəbərləri

Gartner tədqiqat şirkəti qlobal kompüter qurğuları bazarı üzrə proqnozunu tərtib edib. Hesabatda daha çox Android platforması ilə işləyən aparatlara diqqət ayrılıb.

Ekspertlərin qiymətləndirməsinə görə, 2014-cü ildə 2,5 milyard kompüter, planşet, noutbuk və mobil telefon istehsal ediləcək ki, bu da ötən illə müqayisədə 7,6% daha çoxdur. Ötən ilin nəticəsinə görə artım 3,8% olub.
2014-cü ildə Android əməliyyat sistemi ilə idarə olunan qurğuların sayı 1,1 milyard olacaq ki, bu da ötənilki göstəricini 26% ötür. Yeni aparatların 45%-nə Android sistemi quraşdırılacaq, halbuki 2013-cü ildə bu göstərici 38% olub.

Google korporasiyası tərəfindən yaradılmış bu mobil platforma çoxdan bəri mobil sahədə liderdir, lakin onun artım tempi zəifləyir.

Android əsaslı məhsulların çeşidinin çoxluğuna baxmayaraq, onlar gəlir göstəricisinə görə iPhonedan geri qalırlar. 2017-ci ilədək satılacaq Android cihazların təxminən 75%-i inkişaf etməkdə olan regionların payına düşəcək.

Smartfon və planşetlər kütləviləşənə qədər Microsoft əməliyyat sistemləri bazarında lider idi. Hazırda proqram nəhəngi bu göstərici üzrə Google korporasiyasından (masaüstü və mobil platformalar) geri qalır.

Texnologiya xəbərləri

Cənubi Koreyanın Samsung şirkəti Las-Veqasda keçirilən CES 2014 sərgisində 2560x1600 təsvir ölçüsünə malik 12,2 düym diaqonallı sensor displeylə təchiz edilən Galaxy Note Pro planşet kompüterini nümayiş edib. Bu, Cənubi Koreya istehsalçısının TabPRO 12.2 modeli ilə birlikdə bu cür ekran ölçüsündə təqdim etdiyi ilk planşetlərindən biridir.

Kommunikasiya imkanlarından asılı olaraq qurğu səkkiznüvəli Exynos 5 Octa (Wi-Fi və 3G-ni dəstəkləyən model) və ya dördnüvəli Qualcomm Snapdragon 800 prosessoruna (LTE şəbəkəsini dəstəkləyən versiya) əsaslanır.

Galaxy Note Pro modelinin 8 meqapikselli arxa və 2 meqapikselli ön kamera, 3 giqabaytlıq operativ yaddaş, 32-64 tutumlu fləş-yaddaş, Action Memo funksiyaları ilə yanaşı, S-Pen stiliusunun (elektron qələm) köməyi ilə məlumatların daxil edilməsi və 9500 milliamper saat tutumlu S Finder batareyası və Android 4.4 KitKat əməliyyat sistemi kimi texniki xüsusiyyətlərini sadalamaq olar.

Samsung Galaxy Note Pro 12.2-nin ölçüləri 295,6 x 204 x 7,95 mm, çəkisi 750 qram (Wi-Fi ilə təchiz olunmuş model) və ya 753 qram (3G/LTE-ni dəstəkləyən model) təşkil edir. Bundan başqa, Galaxy Note Pro 12.2 ilə birlikdə texniki xüsusiyyətlərinə görə onun bənzəri olan TabPRO 12.2 planşet kompüter modeli (S-Pen ilə təchiz edilməyən) də istehsal olunacaq.

Samsung Galaxy Note Pro 12.2-nin satışa çıxarılması və qiyməti haqqında hələlik məlumat verilmir. Planşet Android 4.4 KitKat əməliyyat sistemi ilə təchiz edilməklə satışa çıxarılacaq. Şirkət yeni qurğuda çoxsaylı servislərlə yanaşı, əvvəlcədən quraşdırılmış əlavələrin də yer alacağını bildirib.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

StarMesume

27 Mart 2014 16:25

Menim telefonumda androniddir. laughing

Ms.Aytac

11 Yanvar 2014 20:37

Menim telefonum Androiddir

Night Wolf

11 Yanvar 2014 18:16

hamsin diqqətlə oxudum tesekurler
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Po Ti Too

11 Yanvar 2014 17:00

2014-cü ildə Android əməliyyat sistemi ilə idarə olunan qurğuların sayı 1,1 milyard olacaq ki, bu da ötənilki göstəricini 26% ötür. Yeni aparatların 45%-nə Android sistemi quraşdırılacaq, halbuki 2013-cü ildə bu göstərici 38% olub.

vay beee
sos

Qismet directioner

11 Yanvar 2014 15:16

2014-cü ildə 2,5 milyard kompüter, planşet, noutbuk və mobil telefon istehsal ediləcək

ohha.amma insanlara çatmaz 1 il ərzində.çünki hamı artıq texnologiya insanı olub gedib.

Vidock665

11 Yanvar 2014 14:47

samsung telefonlari ekran baximdan yaxshi ola biler ancaq cox keyfiyyetsizdi....pul vermeye deymez...ios sitemi cox rahat ve sadedi androidi her zaman geride qoyub

Filay

11 Yanvar 2014 14:17

Androiddən zəhləm gedir gun gun