Loading...
Texnologiya xəbərləri

Texnologiya xəbərləri

Loading...
Texnologiya xəbərləri

Avropa İttifaqı ölkələri bütün mobil telefon və smartfonlarla uyğunluq təşkil edən universal enerji toplayan adapterin tətbiqi ilə bağlı ilkin razılığa gəliblər. Qanun qüvvəyə mindikdən sonra istehsalçılar məhsulu yeni standarta uyğun istehsal etməli olacaqlar.

Aİ-yə üzv ölkələrin 2014-cü ilin martında telefonlar üçün vahid adapterin tətbiqinə səs verəcəkləri gözlənilir. Səsvermənin nəticəsi müsbət olsa, hökumətlərə standartın qanunvericilik səviyyəsində təsdiqinə iki il vaxt veriləcək, Apple və ya Samsung kimi istehsalçılara isə yeni tələblərə tabe olmaqları üçün daha iki il vaxt ayrılacaq.

Aİ-nin qanunvericilik orqanları Avropanın elektronika bazarına nəzarəti daha da gücləndirməklə bağlı razılıq əldə ediblər. Xüsusilə, bəzi məhsullar mağazalara tədarük edilməzdən əvvəl ABŞ-da olduğu kimi, icbari qeydiyyatdan keçməlidir.

Şirkətlərin əksəriyyəti mobil qurğularda öz istehsalları olan microUSB çıxışlardan istifadəyə təkid edirlər ki, bu da istehlakçılara mənfi təsir göstərir. Belə ki, bir-birinə uyğun gəlməyən adapterlər çoxlu çətinliklər yaradır. Bundan başqa, bəzi adapterlərin dəyişdirilməsi çox baha başa gəlir. Qanun qüvvəyə mindikdən sonra istənilən mobil telefona kənar istehsalçının alternativ adapterini qoşmaq mümkün olacaq.

Bir neçə il əvvəl microUSB interfeysli smartfonlar üçün vahid enerji toplama adapter standartı qəbul edilib, ötən həftə isə müxtəlif növ noutbuklarla uyğunluq təşkil edəcək universal adapterin texniki xüsusiyyətləri təsdiq olunub.

Texnologiya xəbərləri

Gizmodo yazır ki, Amerikanın FINsix Corporation şirkəti noutbuklar üçün ölçüsünə görə mobil telefonlar üçün adapter ölçüsündə enerjidoldurma qurğusu təqdim edib.

İstehsalçı deyib ki, yenilik noutbuklar üçün ənənəvi adapter qurğusu ilə müqayisədə ölçüsünə görə 4 dəfə daha kiçik və çəkisinə görə 6 dəfə daha yüngüldür.

Qurğunun gücü 65 vatt təşkil edir. Qurğu noutbuk üçün kabeldən başqa, smartfon və planşetlərin enerji ilə doldurulması üçün USB konnektorla təchiz edilib. Noutbuk və mobil qurğunu eyni anda enerji ilə yükləmək olar.

Sözügedən qurğu gələn ilin yanvarında Las-Veqasda keçiriləcək CES sərgisində təqdim ediləcək və 2014-cü ilin ortalarında satışa çıxarılacaq. Onun qiyməti hələ açıqlanmayıb.

Qeyd edək ki, 2014-cü ilin yazında Beynəlxalq Texniki Komissiya noutbuklar üçün vahid adapter standartını təsdiq etməlidir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Jenny J

31 Dekabr 2013 14:01

Maragli idi
--------------------
Wow man, this is weird on acid..



Qismet directioner

29 Dekabr 2013 22:11

maraqli idi..texnoxeberler hemise maragimi cekir.

Nahid-19

29 Dekabr 2013 15:33

Təşəkkürlər xəbərə görə....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Kerim4

29 Dekabr 2013 14:34

Hm xeberlere gőre sagol

Night Wolf

29 Dekabr 2013 12:49

Qeyd edək ki, 2014-cü ilin yazında Beynəlxalq Texniki Komissiya noutbuklar üçün vahid adapter standartını təsdiq etməlidir.

yaman yaxşı olar
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

A_K

29 Dekabr 2013 12:46

Adapter maraqlı geldi, şekili olsa daha yaxşı olardı
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

MiSS BlaCKStaR

29 Dekabr 2013 12:22

Yəqinki köhnələr qalar elə.təzə notbooklar üçün çıxardarlar.nə deyəy xeyirli uğurlu olsun.daha yaxşı.
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)