Loading...
Texnologiya xəbərləri

Texnologiya xəbərləri

Loading...
Texnologiya xəbərləri

Azərbaycanda ilk dəfə mobil telefonlarda şifahi nitqi və mətnləri rus və ingilis dillərinə və əksinə tərcümə edən proqram istifadəyə verildi. Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin Dilmanc layihəsi çərçivəsində yaradılmış Dilmanc mobil tərcüməçi vasitəsilə şifahi nitqi, mətni və ayrı-ayrı sözləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə etmək mümkündür.

Proqrama tərcümə nəticəsində alınmış mətni səsləndirmək imkanı da əlavə edilmişdir. Tək söz daxil etdikdə, həmin sözün lüğətdəki tərcüməsi, nitq hissəsi, sinonimləri və s. göstərilir. Şifahi nitqin tanınmasında səhv olduqda, alınmış mətn redaktə edilə bilər. Dilmanc Conversation - Söhbət rejimində əcnəbi ilə canlı söhbət üçün tərcümə aləti işə düşür. Bu zaman müvafiq düymələri basmaqla Azərbaycan dilində danışdıqda xarici dildəki tərcümə, xarici dildə danışdıqda isə Azərbaycan dilindəki tərcümə səsləndirilir.

Proqram tamamilə ödənişsiz yayılır və Google Play Store-da "Dilmanc Translator" axtarmaqla Android bazasında işləyən smartfonlara yüklənə bilər. Layihə rəhbəri Əbülfət Fətullayev gələcəkdə proqramın digər mobil platformalar üçün də hazırlanacağını qeyd edib. Bundan əlavə, layihədə böyük mətnləri Azərbaycan dilindən Rus və İngilis dillərinə və əksinə əvvəlkindən daha yüksək keyfiyyətlə tərcümə edən internet saytının yaradılması üzərində işlər getdiyini bildirib.

Qeyd edək ki, bir neçə ay əvvəl layihə çərçivəsində şifahi nitqi mətnə çevirən sistem istifadəyə verilmişdi. Dilmanc İmla adlanan bu sistemlə keyfiyyətli mikrofondan istifadə edildikdə klaviaturada yığmaqdan bir neçə dəfə sürətli mətn daxil etmək mümkündür. Bu proqram da pulsuz olaraq layihə saytından yüklənə bilər (http://dilmanc.az)

Texnologiya xəbərləri

The Verge resursu yazır ki, Windows Phone 8.1 platformasında bir çox faydalı yeniliklər gözlənilir: məsələn, bildirişlər mərkəzi və interaktiv səs köməkçisi kimi.

Hazırda şirkətin mütəxəssisləri Windows Phone 8.1 platformasının müxtəlif daxili quraşdırılmalarını sınaqdan keçirirlər. Microsoft korporasiyası dəyişikliklərin tam siyahısını gələn ilin aprelində keçiriləcək tərtibatçılar üçün növbəti Build konfransında təqdim edəcək.

Ən əhəmiyyətli yeniliklərdən biri bildirişlər mərkəzi olacaq və o, Android və ya iOS sistemlərindəki oxşar prinsip üzrə işləyəcək.

Digər əhəmiyyətli yenilik Cortana virtual səs köməkçisi olacaq. Bildirilir ki, Microsoft artıq bir neçə aydır onu sınaqdan keçirir. O, Bing axtarış sisteminin mövcud səs axtarışını əvəz edəcək.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PERSONA_NON_GRATA

23 Dekabr 2013 16:45

Miss_Unhappy

22 Dekabr 2013 15:24

Hə nə yaxşı oldu...Dilmanc programına düzdü əsəbləşirəm düz etmir yenədə yükləyəcəm görüm necədi.Təşəkkürlər

gulumse

22 Dekabr 2013 13:19

menim cox xosuma gelir bu telefonlar ama almadim getdim samsung galaksi aldim buda pis deyil ama

NICKY

22 Dekabr 2013 12:32

Ele mende ne vaxtdi yaxsi tercume peaqrami axtarirdim yukluyerem dilmanci
--------------------
♡♡♡

Night Wolf

22 Dekabr 2013 12:28

Dilmanc cox faydalı proqramdir
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

A_K

22 Dekabr 2013 12:01

Windows sistemli telefonlarla aram yoxdu. Bir telefonum varıydı onuda başımnan eledim getdi..
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Gulya__________

22 Dekabr 2013 11:07

maraqli xeberdir ay