Loading...
Texnologiya xəbərləri

Texnologiya xəbərləri

Loading...
Google şirkəti Android əməliyyat sisteminin müxtəlif modifikasiyalarının populyarlığı ilə bağlı statistikanı açıqlamaqda davam edir. Yeni məlumatlara əsasən, Jelly Bean versiyası Google Play kataloquna çıxışı olan bütün aktiv Android sistemli qurğuların yarıdan çoxunda quraşdırılıb.

Texnologiya xəbərləri

Hesablamalar oktyabrın son həftəsinin yekunları üzrə aparılıb. Android 4.1.x, Android 4.2.x və Android 4.3 sistemlərinin idarəetməsi ilə işləyən smartfon və planşet kompüterlərin ümumi payı 52,1 faizə çatıb, halbuki bir ay əvvəl bu göstərici 48,6 faizə bərabər olub.

Android sistemli qurğularda yayılma üzrə ikinci yeri 26,3 faizlik payla 2011-ci ilin fevralında buraxılan Gingerbread versiyası tutur. Liderlər üçlüyünün aktivində 19,8 faiz olan Ice Cream Sandwich (Android 4.0.3 və Android 4.0.4) versiyası qərarlaşıb. Bununla yanaşı, Android 2.2 Froyo 1,7, Android 3.2 Honeycomb 0,1 faizlik paya sahibdir.

Oktyabr seçimində bir neçə gün əvvəl Nexus 5 smartfonu ilə birlikdə təqdim edilən Android 4.4 sisteminin KitKat versiyası haqqında məlumatlar daxil edilməyib. Tezliklə bu platforma populyar smartfon və planşetlərdə quraşdırılacaq, odur ki, Android 4.4 KitKatın iştirakı növbəti ayların statistikasında nəzərə alınacaq.

Texnologiya xəbərləri

“Skype" məlumatların şifrələnməsi üçün nəzərdə tutulan “Perzo” adlı sürətli məlumat mübadiləsi servisi yaradıb.

Anspress-in məlumatına görə, hazırda servisdən yalnız veb-əlavə şəklində istifadə etmək mümkündür. Mobil telefonun nömrəsi təsdiq edildikdən sonra istifadəçi dünyanın istənilən nöqtəsinə pulsuz məlumat göndərmək imkanı əldə edir. Servisin tamamilə pulsuz olması nəzərdə tutulur və hazırda orada həm reklam, həm də ödənişli abunə mövcud deyil.

Servisdə həmçinin müəyyən müddətdən sonra əsas kompüterdən məlumatların öz-özünü silməsi funksiyası yer alıb. Bundan başqa, qrup şəkilli çat və fayl saxlancından istifadə etmək, eləcə də elektron poçtun mühafizəli ünvanını əldə etmək mümkündür. Həmçinin istifadəçi hər məlumata öz parolunu qoya bilər.

Servisin bütün infrastrukturu saxlanılan məlumatların təhlükəsizliyi üçün nəzərdə tutulan 2048 bitlik şifrələmə açarı ilə mühafizə olunur. İstifadəçi öz bank məlumatlarını göndərəndə, digər istifadəçi ilə aparılan yazışma onun komandası ilə istənilən anda silinə bilər.

D.Qorl bildirib ki, “Perzo” istifadəçilərə vahid yaxşı mühafizə olunan və məxfi servis təqdim etmək və onları onlarla digər saytlardan istifadə etməyə məcbur etməmək üçün yaradılıb.

Servis konsepsiyasına görə “Google Wave” layihəsini xatırladır. “Perzo”nun milyonlarla insanı adət etdikləri məlumat mübadiləsi servisləri və elektron poçtdan istifadə etməməyə sövq edəcəyi hələ ki məlum deyil.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

gulumse

18 Aprel 2014 16:08

skype men cox istfade edrem

A_K

16 Noyabr 2013 00:36

Mr_RoCCo,
Aynen
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Mr_RoCCo

15 Noyabr 2013 19:47

"Android 4.2" - istifadə etməmişdən öncə o qədər də müsbət fikirdə deyildim bu sistemə qarşı, amma indi görürəm ki, hər tərəfli əlverişlidi
--------------------
FaceBook
Instagram - ageelvevo

❃FloRal❃

15 Noyabr 2013 19:26

Skypedan aradan istifade edirem
--------------------

***
❃❃❃

***

Nahid-19

15 Noyabr 2013 16:36

Skype oxudum çox istifadə etdiyimə görə..təşəkkürlər....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

MiSS BlaCKStaR

15 Noyabr 2013 16:27

Evvelki skyp hayif deyildii....indiki adamı əsəb edireee... no
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)

LlLesiARe

15 Noyabr 2013 16:22

Bele texnologiya xeberlerine vaxt ayirmiram amma skype-ni oxudum. Teshekkurler xebere gore