Loading...
Texnologiya xəbərləri

Texnologiya xəbərləri

Loading...

Applenin San Franciscoda təşkil etdiyi İnkişaf etdiricilər Konfransı (WWDC 13) başladı.
Dörd gün davam edəcək konfransın ilk günündə Applenin iPhone, iPad və iPod Touch cihazları üçün inkişaf etdirilən yeni əməliyyat sistemi iOS 7, Mac platformaları üçün inkişaf etdirilən əməliyyat sistemi OS X MavericksMac iTunes Radio tanıdıldı.
Vizual baxımdan yenidən hazırlanan iOS 7 fərqli tətbiq işarələri, şəffaflığı və interfeys animasiyaları ilə diqqət çəkdi. Dizayn şefi John Ive məqsədlərinin sistemin istifadəçilər baxımından daha dəqiq olmasını təmin etmək olduğunu söylədi. iPhone, iPad və iPod Touch sahibləri iOS-in yeni versiyasını önümüzdəki payızda istifadə edə biləcəklər. iOS 7, iPhone 4, iPhone 4S, IPhone 5, iPad 2, iPad 3, iPad 4, iPad mini və beşinci nəsil iPod Touch cihazları tərəfindən dəstəkləniləcək.
iTunes Radio isə istifadəçilərin musiqi siyahılarını əsas götürərək radioya asan daxilolma təmin edəcək.

İNKİŞAF ETDİRİCİLƏRƏ 10 MİLYARD DOLLAR

Konfransın açılış danışmasını edən Apple CEOi Tim Cook isə şirkət haqqında məlumatlar verdi. Applenin 14 ölkədə 407 Apple mağazası olduğunu ifadə edən Cook, Apple Storedə 900,000 tətbiq olduğunu və tətbiqlərin endirilmə sayının 50 milyardı keçdiyini söylədi. Applenin bu günə qədər inkişaf etdiricilərə ödədiyi miqdar isə 10 milyard dollar. Cook, bunun digər platformalar tərəfindən inkişaf etdiricilərə ödənən miqdarın üç qatı olduğunu söylədi.


Texnologiya xəbərləri

 

Texnologiya xəbərləri

 

Texnologiya xəbərləri

 

Texnologiya xəbərləri

 

Texnologiya xəbərləri

 

Texnologiya xəbərləri


iPhone 4-ə qadağa gələ bilər!
Apple iddianı itirdi!

Texnologiya nəhəngi Apple rəqibi Samsungun açdığı patent iddiasını Amerika Birləşmiş Ştatlarında bir ticarət məhkəməsində itirdi.
Beynəlxalq Ticarət Komissiyası (ITC) Applenin Samsung patentlərini pozduğuna qərar verdi. Qərar ilə birlikdə iPad və iPhonenin bəzi köhnə modellərinin ABŞ-da satışlarının dayandırılması söz mövzusu ola bilər. Patent iddiasının mövzusu, 3G kabelsiz internet əlaqəsi texnologiyasının eyni anda birdən çox xidməti təmin edə bilməsini təmin edən xüsusiyyətləri ilə əlaqədar. Apple qərara etiraz edəcəyini açıqladı. Qərar, 60 gün içində ABŞ başçılığı əmriylə də hökümsüz qılına bilər.
Ticarət komissiyasının son qərarı, iddianın əvvəlki hakimi James Gildeanın qərarını da pozmuş oldu. Gildea, keçən il Sentyabr ayında verdiyi qərarda Applenin patent pozuntusu etmədiyini söyləmişdi. Samsung Appleyə qarşı iddianı təxminən üç il əvvəl açmışdı.
Qərarın açıqlanması üzərinə Samsungdan edilən şərhdə, "Beynəlxalq Ticarət Komissiyasının son qərarı, Applenin Samsungun texnoloji yeniliklərini istifadə etdiyini göstərir" dedi.
ITC, Iphone4 və Iphone3 3GS ilə birlikdə iPad 3G, iPad 2 3Gin AT&T tərəfindən satılan modellərinin satışını və idxalını dayandırdı.
ABŞ Başçısı Barak Obama ITC-in idxal qadağanlarını pozma səlahiyyətinə sahibdir. Ancaq ABŞ başçıları bu səlahiyyəti bu günə qədər nadir olaraq istifadə etdi. Apple, 60 gündəlik nəzərdən keçirmə müddətində bu modelləri satmağa davam edə biləcək. Apple spikeri Kristin Huguet, şərhində bu günki qərarın Amerika Birləşmiş Dövlətlərindəki Apple məhsullarının satışı üzərində bir təsiri olmadığını söylədi. Bu iddia, iki elektronik nəhəngi arasındakı patent iddiaları zəncirinin bir başqa halqası.
Samsung və Apple ən az 10 ölkədə bir-birlərinə patent iddiaları açmış vəziyyətdələr. Mütəxəssislər, Applenin Googlenin Android sisteminin inkişafını məhdudlaşdırmağa çalışdıqlarını söyləyir.
Samsung və HTC kimi Googlenin mobil əməliyyat sistemi Androidi istifadə edən şirkətlər ilə Apple arasında illərdir qarşılıqlı patent iddiaları açılır. Samsung, keçən il bir başqa patent iddiasında Appleyə 598.9 milyard dollar cəza ödəmişdi.
Dünyanın ən böyük ağıllı telefon istehsalçısı olan Samsung, bu ilin ilk üç ayında Applenin iki qatı satdı. Ancaq Applenin ağıllı telefon satışı daha böyük qazanc gətirir.

http://i6.imageban.ru/out/2013/06/14/5ff8a6adb0eef1b27c673ee8fa9b25d8.jpg

Texnologiya xəbərləri

 

Texnologiya xəbərləri
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Nemka...

16 İyun 2013 15:38

telefon elimde qaldi ki :(

3g

16 İyun 2013 03:38

melumat yalnisdi iphone 4 gadaga goyulmayacag cunki tegdimatda deyilibki butun iphonelar isleyecek lakin ios 7 sistemi yalniz iphone 4,4s,5 ucundur bu xeberi kim goyubsa cox gecikib ve yalnis xeberler goyub
know

VeNTilabis_GaGa

16 İyun 2013 01:52

iphone o qedede xosdamiram
--------------------
Dance Sex Art+PoP

mikecolins

16 İyun 2013 00:14

məktəbli balacalara qadağan olunsa əla olar ;]

violetta

15 İyun 2013 21:33

Aydaaaaa iPhone 4 niye legv olunacaq?

sirin qiz

15 İyun 2013 20:45

ayda ne pis oldu ehhh cheers

ben ve sen

15 İyun 2013 20:26

Tewekkurler.

PeTTy

15 İyun 2013 18:10

Onsuz da alammırıq ki,neyniyim.

A_K

15 İyun 2013 16:33

Son xeberlere göre twk
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Smiler

15 İyun 2013 16:20

aa ne pis oldu

Sevinc...

15 İyun 2013 15:45

Qadağa qoyulurmuş neyniyim mende olmayannan sora

Sweet girl ...

15 İyun 2013 15:45

Aaa nə pis olub..Almaq istiyirdim ee.. belay

DeCeL BaLa BaWa BeLa

15 İyun 2013 15:38

Texnalogiya xeberlerini sevmirem

ZENDAYA

15 İyun 2013 15:22

immmmmm qadaga qoyulub onsuzda isletmirem ama istiyirdim

wahmar777

15 İyun 2013 15:07



[c
olor=#FF0000]qadaga gelir gelsin onsuzda men galaxy iwledirem