Loading...
Əxlaqsız videosu yayılan Hüseynbala Mirələmov kimdir?

Əxlaqsız videosu yayılan Hüseynbala Mirələmov kimdir?

Loading...
Xəbər verdiyimiz kimi, keçmiş deputat Hüseynbala Mirələmovun əxlaqsız videosu yayılıb.

Bütün ölkənin gündəminə çevrilən bu videonun qəhrəmanı Hüseynbala Mirələmov kimdir?

Hüseynbala Mirələmov 1945-ci il iyun ayının 25-də Lerik rayonunun Nuravud kəndində anadan olub.
1964-cü ildə Lənkaran şəhəri 2 № li məktəbin onbirinci sinifini gümüş medalla bitirmişdir. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ATU) İnşaat fakültəsinin  "Sənaye və mülki tikinti" ixtisasını bitirmişdir. 1970-1971-ci illərdə Kalininqrad vilayətinin Baltiysk şəhərində hərbi xidmətdə olmuşdur.    1965-ci ildən "Azərbaycan pioneri” qəzeti redaksiyasının Ədəbiyyat şöbəsinin "baş ədəbi” işcisi olmuşdur. 1972-ci ildən Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikintiquraşdırma  idarəsində iş icraçısı, baş mühəndis və rəis işləmişdir.   1986-cı ildən "Azərqaztəmirtikinti” Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışmışdır.  1992-ci ildən biznes fəaliyəti ilə məşğul olmuşdur. 1996-cı ildən "Bakqaz” İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Zavodunun direktoru olmuşdur. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Xətai rayon təşkilatının sədridir.

2005 , 2010 və 2015-ci illərdə  33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət Komitələrinin üzvü olmuşdur. Azərbaycan-Amerika Birləşmiş Ştatları,  Azərbaycan-Böyük Britanya, Azərbaycan-Litva,  Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlerarası əlaqələr üzrə işci quruplarının üzvü olmuşdur. Azərbaycan-Kuveyt parlamentlərarası işci qurupunun rəhbəri olmuşdur.

Yazıçı kimi ədəbiyyata 7-ci sinifdə oxuyarkən, 1961-cı ildə "Bir tikə çörək” hekayəsi ilə gəlib. İlk hekayələr kitabı – "Tənha durna uçuşu” 1986-cı ildə işıq üzü görüb.

Hüseynbala Mirələmovun "Xəcalət”, "Utanc” və "Mənəviyyatın ekologiyası” adlı əsərləri var.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR