Loading...
İppoterapiya - atla müalicə...

İppoterapiya - atla müalicə...

Loading...
İppoterapiya - atla müalicə...

İppoterapiya animaloterapiyanın, yəni heyvanla aparılan müalicənin bir sahəsidir. İppoterapiyanın banisi fransız həkim və psixoloqu Y. Lallerri onunla ötən əsin 60-70-ci illərində məşğul olmuşdur. İppoterapiya ümümdünya səviyyəsində qəbul edilən və tanınan, müxtəlif xəstəliklərin müalicəsində, remissiyası mərhələsində, sağalması zamanı sosial adaptasiya vasitəsi kimi tətbiq edilən müalicə növüdür. İppoterapiya ( yunanca “hippos” at deməkdir) xüsusi mütəxəssis həkim-ippoterapevt və ya mütəxəssis-instruktor vasitəsilə həyata keçirilir.
Atla müalicənin iki növü var:
-İppoterapiya – atla kontakt hesabına aparılan müalicə.
-Raytterapiya – at üzərində gəzinti ilə aparılan müalicə.

İppoterapiya - atla müalicə...

İppoterapiya - atla müalicə...

Bir sıra xalqlarda atların iştirakı ilə milli oyun və yarışlar keçirilir. Məsələn, Gürcüstanda tsxen-burti, Azərbaycanda cıdır yarışları və çövkən oyunları. Məsələn, hər il Respublika Atçılıq Federasiyası müxtəlif cıdır yarışları keçirilir. Federasiya 1996-cı il oktyabrın 26-da yaradılmışdır.
İppoterapiyanın yaranma tarixi:
İppoterapiya somatik, psixi xəstələrə, travmadan sonra rekonvalessensiya dövründə olanlara göstərdiyi reabilitasiyaedici təsirinə görə məşhur olan müalicə üsuludur. Bu müalicə metodu ürək-damar , həzm və digər sistemlərin xəstəliklərinin müalicəsində, o cümlədən sosial reabilitasiya məqsədilə tətbiq edilir. Antik dövr həkimi Hippokrat bir sıra xəstəliklərdən əziyyət çəkənlərin və yaralıların at üzərində gəzintidən sonra sürətlə sağaldığını qeyd edirdi. Son 30-40 ildə atla müalicəvi gəzinti Skandinaviya, Almaniya, Fransa, Hollandiya, İsveçrə, Böyük Britaniya, Polşada inkişaf etmişdir. Hətta həmin ölkələrdə ippoterapiya ilə məşğul olan xüsusi müalicə mərkəzləri də açılıb. Hazırda dünyanın 45 ölkəsində belə mərkəzlər fəaliyyət göstərir.

İppoterapiya - atla müalicə...

İppoterapiya - atla müalicə...

İppoterapiya ilə müalicə bir sıra xəstəliklərin müalicəsində faydalıdır. Məsələn:
- Xəstəliklərlə nəticələnən hipokineziyanın mənfi təsirlərinin qarşısını almaq
- Xəstələrdə fiziki aktivliyi artırmaq
- Orqanizmdə pozulmuş funksiyaları bərpa etmək
- İtirilmiş vərdişlərin yenidən bərpa olunması və yaxşılaşdırılmasıdı
- Professional bərpanı təmin etmək, itirilmiş vərdişləri yenidən formalaşdırmaq.
Alimlər hesab edirlər ki, atla müalicəvi gəzinti xüsusilə uşaq xəstəliklərinin, əsasən də dayaq-hərəkət sistemi xəstəliklərinin və psixososial pozğunluqların reabilitasiyasında əhəmiyyətli rol oynayır.
Atla müalicəvi gəzinti zamanı eyni vaxtda bütün əzələ qrupları şalışır. Həmçinin at üzərində oturarkın müvazinəti itirməmək, yıxılmamaq üçün bütün əzələlər aktiv işləməyə başlayır. At üzərində əyləşərkən qorxu yoxa çıxır, özünəinam, öz gücünə güvən hissləri baş qaldırır, iradə və dözüm yaranır. Uşaq serebral iflicindən əziyyət çəkənlərdə spastik sindromlarının azalması müşahidə edilir. Yaxşılaşma xəstəliyin istənilən formasında müşahidə edilir.

İppoterapiya - atla müalicə...

İppoterapiya - atla müalicə...

İppoterapiyaya olan göstərişlər:
* Hərəki pozğunluqlarla müşayiət olan sinir sistemi xəstəlikləri (iflic, uşaq serebral iflici, keçirilmiş ensefalitin ağırlaşmaları, insult, poliomielit və s.)
* İnkişaf qüsurları (nevrozlar,autizm, Daun sindromu, oliqofreniya,karlıq və korluq,şizofreniyanın bəzi növləri)
* Travma və operativ müdaxilələrdən sonrakı reabilitasiya
* Daxili orqanların xəstəlikləri (həzm sistemi orqanlarının diskineziyası,vegetodamar distoniyası, enurez, cinsiyyət orqanlarının xroniki iltihabı xəstəlikləri)
* Dayaq-hərəkət aparatının xəstəlikləri (osteoxondroz, kompensasiya mərhələsində olan artroz və artritlər, skoliozlar, fiziki inkişaf qüsurları, qamətin pozulması)
* Sosial adaptasiya pozğunluqları
İppoterapiyanın aparılmasına olan əks göstərişlər: xəstəliklərin kəskinləşmə mərhələsi, hemofiliya və sümük kövrəkliyi ilə müşayiət edilən xəstəliklər.

İppoterapiya - atla müalicə...

İppoterapiya - atla müalicə...

At haqqında maraqlı faktlar:

* Qırğızıstanda bayram günlərində at əti ilə hazırlanan beşbarmaq adlı yemək bişirilir.
* Yeni Zelandiya atlarının tükü suyu hopdurmur.
* Dünyada ən geniş yayılmış at ləqəbi Çju-Xandır.
* Atçılıqla məşğul olanların şəkərli diabetlə xəstələnmə riski digərləri ilə müqayisədə 50 faiz aşağıdır.
* Hazırda 23 xalq, xüsusilə Şimalı Afrika və Yaxın Şərq ölkələri atı müqəddəs heyvan hesab edir.
* Mordvin tayfalarının yalnız üst-üstə 2 tuman geyinmiş qadın ata minə bilərdi.
* Masay tayfalarının inancına görə, atın öldürdüyü adam cənnətə düşür.


İppoterapiya - atla müalicə...

İppoterapiya - atla müalicə...

* Dünyanın ən kiçik atı 1975-ci ildə ABŞ-ın Cənubi Karolina ştatında yaşamış Litl Pmpkin adlı at idi. Onun çəkisi 9kq, boyunun hündürlüyü isə 35,5 sm idi.
* Ərəb atları digər atlardan öz skeletləri və sümüklərinin sayına görə fərqlənir.
* Öz sahibinə ən sadiq axaltəkə atları sayılır. Əfsanəyə görə, türkmənlər atı bir quyuya salır və ona daş atmağa başlayırlar. Lakin atın sahibi daş atmayıb onu nazlayır, yedirdir sahibinə qarşı sadiqlik hissi formalaşdırır.
* 62 il yaşamış Qoca Bill adlı atın kəlləsi Mançestr muzeyində saxlanılır.
* Atlar arılardan dəhşətli dərəcədə qorxur. Onlarla arı bir atı öldürə biləcək gücə malikdir.

İppoterapiya - atla müalicə...

İppoterapiya - atla müalicə...

* Atın insanı minməsi nömrəsini ilk dəfə rus sirk ustası canlandırmışdır. Əslində bu mənzərənin bir tarixi var idi: I dünya müharibəsi illərində rus unter-zabiti Aleksandr Zass Avstriya ərazisində kəşfiyyatdan qayıdarkən atı ayağından aldığı güllə yarasından yıxılır və yeriyə bilmir. Bunu görən mərhəmətli zabit atı tək buraxmır və onu çiyninə alaraq yarım kilometr məsafəni düşərgəyə qədər gətirmişdir. Pəhləvan 1962-ci ildə 75 yaşında vəfat etmişdir.
* Uniburq şəhərində eybəcər atın üzərində gəzmək qanunla qadağan edilmişdir.
* Makedoniyalı İsgəndərin əfsanəvi atı Busefal krallara layiq şəkildə dəfn edilmişdir.
* Tiran-imperator Kaliqula hətta öz sevimli atını Roma senatına üzv seçmişdir.

İppoterapiya - atla müalicə...

İppoterapiya - atla müalicə...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

İlkay

24 Sentyabr 2012 11:47

Mende sozun duzu ilk defedir ewidirem bunlari maragli idi
Mende atlari cox sevirem ba;aca vaxti cox atla oynamiwam amma indi
Qorxaram yaxinlawmaga ag rengli ati daha cox sevirem
Ve atin balasini lap coox))
Xeber super idi her zamanki kimi tewekkurler.

QaRaCa

23 Sentyabr 2012 23:25

Atları çox sevirəm. Onların üzərində oturarkən qəribə rahatlıq çökür içimə. Sanki bir başqa oluram. Hər dağa getdikdə bunu edirəm. İppoterapiyanın faydalarını o an hiss edirəm. Həqiqətəndə insana çox gözəl təsir edir. İnsanın ruhu təzələnir, həm də özünə güvən yaranır o an. Deyirsən ki hər şeyə nail ola bilərsən.

_Aymir_

23 Sentyabr 2012 22:54

Ewitmemiwdim hec atlardan cox xowum gelir hemde at ili olduguma seviyom atlari winked
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

The Moon

23 Sentyabr 2012 22:26

Atları çox sevirəm at sürməyi də həmçinin...

DonnA

23 Sentyabr 2012 19:22

ilk dəfə eşidirəm belə şey.Atla müalicə.hmm maraqli bir şeydi..atlarla aram yaxşı deyil ama.Bu il narzanda atın üstündə at məni yıxmışdı yerə.bir də sahibi dedi ki mənə at əgər sevmirsə adamı kürlük edir.məndə kürlük eləmişdi recourse Atlar bile beni sevmiy wassat
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Filay

23 Sentyabr 2012 19:04

Məncə əsəb sistemində sakitləşdirir çünki seriallarda görmüşəm əsəbləşəndə gedirlər at sürməyə keyfi yerində evə qayıdırlar :) Faktlarıda oxudum maraqlı idi bilmədiklərimidə öyrəndim)

RİHANNA GİRL

23 Sentyabr 2012 18:11

nece mualice basa dusmedim haaaaa

ToM RiDdle

23 Sentyabr 2012 17:40

Maraqli bir melumatdir.Memelilerden mualicede istifade edildiyini dogrusu birinci defedir ki ewitdim...
--------------------
Tural Adrian ♥

Ahu 05

23 Sentyabr 2012 17:04

hmmmmm cox maraqli idi tesekkurler

Vaska1988

23 Sentyabr 2012 16:34

Atlardan bəzi xəstəliklərin müalicəsi üçün istifadə edildiyini bilirdim. Bu xəbərdə də bununla əlaqəli biraz daha geniş məlumatlar öyrəndim. Sonda qeyd olunan məlumatlar da çox maraqlı idi.

★_EliSa_★

23 Sentyabr 2012 15:37

en sevdiyim heyvan atdi.... cox gozel heyvandi :))