Loading...
Tibb tarixində bir inqilab: Draco!

Tibb tarixində bir inqilab: Draco!

Loading...

 

Tibb tarixində bir inqilab: Draco!

Tibb tarixində bir inqilab: Draco!

Amerikalı alimlər uşaq iflicindən qripə bütün virus növləriylə bacaran, tibb dünyasında cığır aça biləcək əhəmiyyətli bir kəşfin eşiyindədir. Bu kəşfin adı "Draco"dur.

Massachusetts Texnologiya İnstitutu araşdırmaçılarından Todd Riderə görə "Draco", bütün insafsız virus növlərinə qarşı təsirli olan bir faktor maddədir.
Rider, "Draconu bu günə qədər 15 fərqli virusa qarşı test etdik.
Bunlar arasında qrip virusu, donuz qripi H1N1, mədə-bağırsaq qripi, uşaq iflici və dang virusunu saya bilərəm.
Və dərman hamısında təsirini göstərdi. Daha test etməyimiz lazım olan bir çox virus növü var.
Ümid edirəm Draco bütün virus növlərinə qarşı təsirli olar"-deyə danışır.

Yaxşı, bu dərman necə bir-birindən fərqli bu qədər virusa qarşı təsirli ola bilir?
Cavabı çox sadədir. Çünki dərman virusun özünə deyil, virusun görüşdüyü insan hüceyrələrinə qarşı hücuma keçir. Rider, bunu bu sözlərlə açıqlayır: "Viruslar canlı hüceyrə içərisində çoxalar və sonra da o hüceyrələri öldürərlər. Ardından da bir başqa hüceyrəyə sıçrayarlar. Draco da virusun ilk bulaşdığı hüceyrəni, daha virus çoxalmağa fürsət tapa bilmədən yox edir. Beləcə digər hüceyrələrə bulaşmasına da imkan vermir."

Viruslu hüceyrə necə təsbit edilir?

Araşdırmaçı Todd Riderə görə Draconun virus bulaşmış hüceyrələri təsbit etməsi də çox asan olur. Bunu ribonuklien turşu, yəni RNTları izləyərək edirlər. Viruslar hüceyrə içərisində çoxalmağa başlayanda, çox uzun və cüt silsilə bir RNT kodu meydana gətirirlər. Bu cüt RNT koduna normal halda sağlam hüceyrələrdə rast gəlinmir. Rider, Draconun, işdə bu cüt RNT lentli virus işləmiş hüceyrələri tanımağı və viruslu hüceyrələrin öz özünü yox etməsini təmin etdiyini ifadə edir. Rider, ''Beləcə infeksiya əriyir. Sağlam hüceyrələrə heç bir şey olmur"-deyə danışır.

Rider və qrupu, Draconu, fərqli viruslar bulaşdırılmış hüceyrələrdə ayrı laboratoriya qablarında sınayıb. Ayrıca donuz qripi daşıyan siçanların müalicəsində də müvəffəqiyyət təmin edilib. Rider Draconun normal soyuqlamadan çiçək xəstəliyinə qədər virus qaynaqlı xəstəlikləri ortadan qaldıracaq universal bir dərmana çevriləcəyini düşünür.

"Dərman böyük risk də təşkil edir"

Ancaq bu araşdırmaya kritik yaxınlaşan bir çox elm insanı da var. New Yorkdakı Mount Sinai Tibb Məktəbindən Mikrobioloq Andrea Branch da bunlardan biridir. Branch həmkarlarının kəşfini təqdirlə qarşılayır ,ancaq bu dərmanın eyni zamanda böyük risk təşkil etdiyini deyir. Brach bu riski belə açıqlayır: "Əgər virus çox sayda hüceyrəyə bulaşdısa və hüceyrələr bir cür intihara sürünəcəksə, bu xəstəni öldürə bilər. Əgər virus az sayda hüceyrəyə bulaşmışsa Draco işə yaraya bilər. Amma məsələn Hepatit B kimi bir xəstəlikdə, infeksiya qaraciyər hüceyrələrinin böyük bir qisminə yayıldığından, əgər xəstə hüceyrələr öldürülsə, o zaman qaraciyər çatışmazlığı olar. Və xəstəni qaraciyər nəqli olmadan xilas edə bilməzsiniz. Dərmanın virusu deyil, viruslu hüceyrələri öldürməsinin təhlükəsi burada yatır."

Yenə də Todd Rider və qrupu araşdırmalarına əzmlə davam edir və bir sonrakı mərhələdə Draconu ebola və HIVə qarşı test etməyi planlaşdırır.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

LsD_McLaReN

12 Dekabr 2011 17:49

twk !bilmirdim

Rouz

10 Dekabr 2011 19:58

maraqlidir

Beatrice

10 Dekabr 2011 18:58

Sitat: ms_dynamite
halaldida bu alimlere o gun olsun bizim alimler neyise kesf etsin sizde onu yerlesdiresiz bizde boyuk memnuniyyetle oxuyaq

biggrin nese gulmeyim tutdu bele serhlere
--------------------
Meleyimmmm loveis loveis loveis

EmO RoCK

10 Dekabr 2011 18:49

tşk

prenses_aska

10 Dekabr 2011 18:14

melumata gore twk amma ne vaxtsa bizim alimlerde bisey kesf puah edecek men buna inanniram

ms_dynamite

10 Dekabr 2011 17:14

halaldida bu alimlere o gun olsun bizim alimler neyise kesf etsin sizde onu yerlesdiresiz bizde boyuk memnuniyyetle oxuyaq
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Tatli cadi

10 Dekabr 2011 14:42

Hm melumat ucun thanks.

MonO PolY

10 Dekabr 2011 14:20

know geweng adi var
--------------------
New Age music

Yüz daha versen yüz uman yüzler bilirim.. Yokuşlara kardeş olan düzler bilirim ..Dünya öküzün üstünde derler ama; dünyanın üstünde nice öküzler bilirim !...

- Necip Fazıl Kısakürek

nur_ay_kam

10 Dekabr 2011 13:56

axot yoxdu oxumaga sorry twkr
--------------------
bazı düşünceler yazılmaz sadece düşünürülür

SonMoon

10 Dekabr 2011 13:37

twkler

Mr_RoCCo

10 Dekabr 2011 12:33

Hazırlamışdım bu haqqda xəbər, gecikmişəm winked
--------------------
FaceBook
Instagram - ageelvevo