Loading...
Şəfalı Bitkilər - İtburnu

Şəfalı Bitkilər - İtburnu

Loading...
İtburnu çoxillik bitkidir. Təbiətdə yabanı şəkildə bitir. Budaqları 15 m-dən 35-mə qədər uzanır. Gövdəsi və budaqıarə tikanlıdır. Meyvələri, əsasən, payız aylarında yetişir. Dadı meyxoş, bir az da turşmazdır. Meyvələri C vitamini ilə zəngindir. 100 qr meyvədə 250-1500 mq C vitamini var. Bundan başqa, itburnu beta-karoten, B1, B2, P, E və K vitaminləri ilə də zəngindir. Ancaq itburnunun tərkibindəki faydalı maddələr bununla bitmir. Kalium və fosfor kimi minerallar isə bunlardan ancaq bir neçəsidir.

Şəfalı Bitkilər - İtburnu

İtburnu daha çox dağlıq, düzənlik və meşəlik ərazilərdə bitir. Dəniz səviyyəsindən 2000 m-ə qədər yüksəklikdə yetişir. Kökləri 4 m-ə qədər dərinliyə çatdığı üçün quraqlığıa qarşı davamlıdır. Soyuqdan qorxmur. Daha çox günəş görən yerlərdə bitir.
İtburnunu C vitamini baxımından bitkilər arasında çempion da saymaq olar. İtburnunu yığmaq o qədər də asan deyil. Çünki gövdə və budaqlarında tikanları çoxdur. Ancaq Avropanın bir çox ölkələrində itburnunun tikansız növləri də yetişir. Meyvənin rəngi tünd-qırmızı olduqda yumşalır və tərkibindəki C vitamini azalır.

Şəfalı Bitkilər - İtburnu

İtburnu C vitamini baxımında limon və pomidordan 30-40, almadan isə 300 dəfə zəngindir. Tərkibində az miqdarda uçucu yağlar var. Təzə yarpaqlarında 70 mq vitamin olduğu üçün qaynadaraq içmək olur. İtburnudan polivitaminlərin hazırlanmasında, həmçinin qida sənayesində geniş istifadə olunur. Təkcə yarpaqlarını yox, quru meyvəsini də qaynadaraq içmək olar. İtburnudan təkcə bəzək bitkisi kimi yox, torpaqda erroziyanın qarşısını almaq üçün də istifadə edirlər.
İtburnunun ömrü uzundur. Bunu təsdiq edən sübutlar da var. Məsələn, Almaniyanın Hildeşaym şəhərində diametri yarım metrə, hündürlüyü isə 13 metrə çatan 300 yaşlı itburnu ağacı var. Digər tərəfdən, itburnunun ömrü növündən və ətraf mühitdən asılı olaraq dəyişir. Bəzi məlumatlara görə, 100-250, bəzi məlumatlara görə isə 350-400 növü var.

Şəfalı Bitkilər - İtburnu

Bundan başqa, itburnu orqanizmin müqavimətini artırır. Qan dövranını sürətləndirir. Qanı təmizləyir. Bağırsaqları yumşaldır. Həzmi asanlaşdırır. Qəbizliyə qarşı faydalıdır. İshalın qarşısını alır. Orqanizmdəki zəhərli maddələrin ifraz olunmasına kömək edir. Bağırsaq qurdlarına qarşı faydalıdır. Xərçəngdən qoruyur. Revmatizma ağrılarını azaldır. Sidikqovucudur. Qandakı şəkər miqdarını nizamlayır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

_LovelY_

27 May 2013 13:37

Itburnu hec vaxt gormemiwem yada ist. etmemiwem amma mualicevidir onu billem)
--------------------


Don't make me sad, Don't make me cry..

Angel

2 Noyabr 2011 18:11

itburnu mualicevi bitkidir

rooney_246

30 Oktyabr 2011 22:49

her nemetimiz var.Allahim sene 1000 sukur sm28

FLOR

30 Oktyabr 2011 20:25

bir defe berk xestelenmisdim qrip boyreklerime vurmusdu onda mama verdi mene fuu oldur da icmerem onu nefesim kesilmisdi o bir fincani icene qeder fuu

Faya

30 Oktyabr 2011 20:05

Bugün bütün günü itburnu içmişəm, qrip olmuşam... empathy
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

Milashka_SL

30 Oktyabr 2011 19:10

Hemishe qurudulmushunu gormushdum dunen bazarda qurudulmamish gordum stekanla satirdilar
Heleki istifade etmemishem.
--------------------

Tatli cadi

30 Oktyabr 2011 17:43

Sitat: qara07
duz deyirsen

laughing

SeniSensizSeven

30 Oktyabr 2011 17:22

tesekkurler

settar

30 Oktyabr 2011 17:17

itburnu mualicevi bitkidi

Wolf Town

30 Oktyabr 2011 15:15

xebere gore teshekkurler...sefali bitkidir heqiqeten...

Menden Bugun Ayin Necesi Oldugunu Soruwdular. Belmirem didim. Duwundum ki, Neynirem Bu Gun Ayin Necesidi Onsuzda Her Gunum Paftor Gedir

qara07

30 Oktyabr 2011 14:52

Sitat: tatli cadi 21
Heqiqetende İtburnu cox mualicevi bitkidi xebere gore thanks

duz deyirsen

Tatli cadi

30 Oktyabr 2011 14:34

Heqiqetende İtburnu cox mualicevi bitkidi xebere gore thanks