Loading...
Siqareti atmaq istəyənlərə 30 təklif

Siqareti atmaq istəyənlərə 30 təklif

Loading...
Peşəkar yardım olmadan siqareti atmaq mümkündürmü? Mütəxəssislər bu suala müsbət cavab verirlər. Hətta onlar bunun üçün konkret üsullar olduğunu da deyirlər. Ancaq bu üsulları yerinə yetirməkk nə qədər vacibdirsə, psixoloji hazırlıq da bir o qədər vacibdir. Yoxsa, bu üsullar istənilən nəticəni verməyə də bilər. İndi isə bu barədə daha ətraflı:

1. Çəkdiyiniz siqaretin markasını dəyişdirin.

2. Əgər mümkündürsə, xoşlamadığınız markaya keçin.

3. Siqareti atmaq istədiyiniz tarixdən bir neçə həftə əvvəl tərkibində daha az nikotin və daha az qatran olan siqaretlər alın. Bu, siqaretdən "soyumağınıza" kömək edər.

4. Markanı dəyişdirməklə yanaşı, çəkdiyiniz siqaretin sayını da azaldın.

Siqareti atmaq stəyənlərə 30 təklif

5. Tüstünü ciyərlərinizə çəkməyin. Bu, orqanizmin daha çox nikotin qəbul etməsinə səbəb olur.

6. Siqareti yarısına qədər çəkin.

7. Hər gün ilk siqaretinizi bir saat gec çəkin.

8. Günün yalnız cüt və ya tək saatlarına siqaret çəkməyə çalışın.

9. Bir gün əvvəldən nə qədər siqaret çəkəcəyinizi qərarlaşdırın.

10. Yeməkləri elə seçin ki, axırda siqaret çəkməyə ehtiyac olmasın.

11. Siqaret əvəzinə bir stəkan meyvə şirəsi için.

12. Siqaretin sayını azaltmaq hələ siqareti atmaq deyil. Əgər gündə 7 siqaretdən az çəkirsinizsə, deməli, siqareti atacağınız günü müəyyən edə bilərsiniz.

13. Yalnız çox istədikdə siqaret çəkin.

14. Külqabıları boşaltmayın. Bu mənzərə, həmçinin kötüklərinin qoxusu sizi narahat edəcək.

15. Siqareti elə yerlərə qoyun ki, götürmək çətin olsun.

16. Siqareti yandırmazdan əvvəl güzgüdə özünüzə baxın.

17. Bir qutu bitməmiş başqa qutu almayın.

Siqareti atmaq stəyənlərə 30 təklif

18. Evdə və iş yerində yanınıza siqaret qoymayın.

19. Siqaret kötüklərini böyük şüşə balona yığıb saxlayın. Onları görmək sizi siqareti atmağınıza xeyli kömək edər.

20. Biri sizə siqaret təklif etsə, rədd edin, "Çəkmirəm " , - deyin. Bu sizin özünüzə inamınızı artırar.

21. Çoxlu su için. Su bütün hallarda orqanızm üçün xeyirlidir. Digər tərəfdən, su siqaretə olan tələbatınızı azaltmaqla yanaşı, orqanizmdəki niktoin və başqa zərərli maddələrin ifraz olunmasına da kömək edər.

22. Siqareti azaltdıqca özünüzə mükafatlandırın.

23. Əgər siqareti atmaq istəyən başqa bir dostunuz varsa, bu iş sizin üçün daha asan ola bilər. Bir-birinizi siqareti atmağa həvəsləndirin.

24. Hər siqaret istəyəndə siqaret yandırmaq əvəzinə hisslərinizi bir gündəliyə yazın və gündəliyi həmişə yanınızda gəzdirin.

25. Əlinizdəki və ağzınızdakı "boşluq hissini" aradan qaldırmaq üçün bir məşğuliyyət tapın. Məsələn, su için, çərəz yeyin və s.

26. Siqareti ən çox nə vaxt istədiyiniz düşünün: əsəbi olanda, yeməkdən sonra, yoxsa, işdən evə gələndə... Siqaret çəkmək əvəzinə xoşunuza gələn başqa bir işlə məşğul olun.

27. Hər gün 3-5 dəqiqə nəfəs təmrinləri edin: Gözlərinizi yumun. Burnunuzdan dərindən nəfəs alın. Nəfəsinizi bir neçə saniyə saxlayın. Sonra yavaş-yavaş nəfəsinizi ağzınızdan verin. Bu təmrini hər dəfə təkrar edəndə nə qədər təmiz və rahat nəfəs aldığınızı görəcəksiniz.

28. Həftədə 3-4 dəfə 30-40 dəqiqə idmanla məşğul olun. İdman sizi həm stresdən xilas edər, həm də siqaretə olan həvəsinizi azaldar.

29. Ailənizə, dostlarınıza siqareti atmaq istədiyinizi deyin və onlardan dəstək istəyin.

30. Siqareti nə üçün atmaq istədiyinizi bir kağıza yazın ( məsələn, sağlam olmaq, pula qənaət etmək və s. kimi ) və bu kağızı hər gün oxuyun.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Faya

22 Dekabr 2011 14:48

Həyatım boyu 3 insana siqareti tərgitdirmişəm. Hələ də çox sağ ol deyirlər winked
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

Ms-Sh

20 Noyabr 2011 20:01

qlobal bir problem...en esasi iraden guclu olmalidi....

atas313

30 Oktyabr 2011 17:02

BU SOHBETI APAR HIMALAY DAXINDAN TULLA INSANDA IRADE DEYILEN BIRWEY VAR cig

DEL PYERO

22 Oktyabr 2011 21:09

bow sohbetlerdi.siqareti tergitmeyin bir yolu var o da milletin yanlnda soz verirsen ki, men sabahdan siqaret cekmirem.ceksem menden axmaq adam yoxdu.beli ozun ozuve soz ver ve TULLA GETSIN.......

qara07

22 Oktyabr 2011 10:18

siqarete nifret esas inasanin canidi

Wolf Town

22 Oktyabr 2011 03:48

men bu deyilenlerin hec biri ile razi deyilem..Her shey insandan asilidi .cekmirem fso..daha sebebler axtarmaq lazim deyil....men siqareti coxdan atdim ve cekenlerede atmaqqi meslehet gorurem

FLOR

21 Oktyabr 2011 21:55

istifade eden insan ozu ozune demese ki atmaq lazimdi , hec bir yolla meslehetle atdirmaq qeyri mumkundu

Tatli cadi

21 Oktyabr 2011 21:51

Dogrudanda xeberin yeri var good siqarete nifret edirem

MisSayka

21 Oktyabr 2011 21:25

siqareti atmag istiyen meqsedni qoyar,atar..day hec bele tekliflerede ehtiyaci qalmaz..
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

Mr_RoCCo

21 Oktyabr 2011 21:12

1. Çəkdiyiniz siqaretin markasını dəyişdirin.
2. Əgər mümkündürsə, xoşlamadığınız markaya keçin.
4. Markanı dəyişdirməklə yanaşı, çəkdiyiniz siqaretin sayını da azaldın.
6. Siqareti yarısına qədər çəkin.
7. Hər gün ilk siqaretinizi bir saat gec çəkin.

Siqaret çəkən adam bu qaydalara heç vaxt riayət etməz. Siqareti yarıya qədər çəkmək e, hih çarələri olsa bütöv udarlar onu:)..Məncə insanda iradə və dözüm olmalıdı bunu etməyə
--------------------
FaceBook
Instagram - ageelvevo

kurqan

21 Oktyabr 2011 20:18

mence bunlarin hamsi bowdu insanda guclu irade olmalidi men 3 il cekirdim uje 6 aydi dilime bele deymir

ms_dynamite

21 Oktyabr 2011 18:57

bu siqaretde ne var bilmiremde guya cekende ne olurki? he bilirem xerceng xesteliyi olur ele ondansa cekmede
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

elecTroSh0k

21 Oktyabr 2011 18:52

özdə gör kimdi xəbərin müəllifi))

Cheburawka

21 Oktyabr 2011 18:51

özünün qədrini bilən insan buları bilmədən də atar istəsə..
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

Vaska1988

21 Oktyabr 2011 18:50

Siqareti atmaq böyüdüləcək bir şey deyil. Atmaq istəyən hərkəs ani qərarla bitirə bilər.

Babydoll

21 Oktyabr 2011 18:50

Sitat: FERHAD_IZ_RAZIN
Bu faktlari yerine yetirmek biraz cetin olar mence ele faktlar yazmisan ki yerine yetirmey olmayacaq



Mümkün olmayan heç nə yoxdur!
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

settar

21 Oktyabr 2011 18:45

en nifret elediyim seylerden biridi

Ferhad Tagiyev

21 Oktyabr 2011 18:44

Bu faktlari yerine yetirmek biraz cetin olar mence ele faktlar yazmisan ki yerine yetirmey olmayacaq

Rosalia✿

21 Oktyabr 2011 18:38

Hmmm...
Siqareti tergitmey isteyenler yaxşı-yaxşı oxusun..
Hadi kolay gelsiiiiiiin..))