Loading...

Arıqlamaq üçün
Sağlamlıq
- 14 Oktyabr, 2011
- 4 365 Baxış
Loading...

Edilən bir çox araşdırmada, 4 saatdan çox hərəkətsiz qaldığınız zaman maddələr mübadiləsi yavaşlamağa başlayır və yağ yığma fazına girir. Bu səbəblə, masanızda ya da uzun saatlar oturmaq məcburiyyətində olduğunuz bir işdə çalışırsınızsa, hər 4 saatda bir ayağa qalxıb ən az 10 dəqiqə boyunca hərəkət etməlisiniz. Orqanizmdə maddələr mübadiləsinin təmin etmək üçün bu detalı unutmayın.
24 saat içində nə ilə qidalana bilərsiniz?
Makaron düşkünü olanlar ya da yüksək karbonhidrat tərkibli qida sevənlər əgər yeməklərinə tərəvəz əlavə edərlərsə, tərəvəzdəki liflər sayəsində kalori aradan qaldırıla bilər. Kök, pomidor və brokoli kimi tərəvəzlər ən əhəmiyyətli tərəvəzlərdən bəziləridir.

Özünüzü həddindən artıq yeməkdən qorumaq üçün rasionunuza su baxımından zəngin məzmunlu bir neçə qidanı əlavə etməlisiniz. Xiyar, pomidor və balqabaq istifadə edərək salat hazırlayın. Bu tərəvəzlər yüksək miqdarda su ilə zəngindir və iştahınızı öldürər. Maddələr mübadiləsini mükəmməl fəaliyyətinə kömək edən, vitamin və antioksidan tərkibli çiy tərəvəz və meyvə gündəlik rasionunuza əlavə edin..
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...