Loading...
Beyin üçün faydalı 5 qida

Beyin üçün faydalı 5 qida

Loading...
Beyninizin funksiyalarının sağlam çalışmağı üçün bu 5 yeməyi qidalanma proqramınızda hər vaxt saxlayın.

Ağıl və ruh sağlamlığının mərkəzi beyin, ən kiçik bir dəyişmə və əskiklikdən o dəqiqə təsirlənə bilir. Qidalanma da buna daxildir.
Qida və mineral dəyəri aşağı olan yemək sinir sistemini pozar, balıq kimi fosforlu qidalar isə beynin daha yaxşı işləməyini təmin edir.

Beyin üçün faydalı 5 qida:

Somon balığı

Beyin üçün faydalı 5 qida

Omeqa 3 mənəbyi olan somon kimi soyuq dənizlərdə yaşayan yağlı balıqlar beyni həm qoruyar, həm də bəsləyər.
Omeqa 3, beyin hüceyrələrinin inkişafını da təmin etdiyindən uşaqlara da təklif edilər. Həftədə ən az 2 dəfə somon yemək beyniniz üçün çox faydalı olacaq. Çünki tərkibində olan faydalı yağ beynin təməl tərkibinə təsir edir və inkişafını təmin edir.

Taxıllar


Beyin üçün faydalı 5 qida

Beyin karbonhidratı çox sevər. Beynin yeməklərlə bədənə alınan enerjinin 20%-ni xərclədiyini də düşünsək yediyimiz yeməklərin əhəmiyyəti bir xeyli artır. Tam taxıllı çörək və yulaf əzməsi ilə günə başlamağınız gün boyunca beyninizin çox yaxşı işini və özünüzü yaxşı hiss etmənizi təmin edəcək.

Kalium
Kalium beynin normal işini davam etdirməyi baxımından çox əhəmiyyətli bir mineraldır. Çünki sinirlərə olduqca çox təsiri var; sinir sistemindəki mesajların çatdırılmasını təmin edər. Kaliumu necə ala bilərəm desəniz; banan, avokado, kivi, əncir, kələm, brokoli, kartof, zeytun, sarımsaq, süd məhsulları və portağal suyunu tövsiyə edərik.

B vitamini
Çox növü olan B vitamini beyin mərkəzi üçün çox əhəmiyyətlidir. Təməl sinir və beyin funksiyalarının düz çalışmağı üçün lazımlı olan B vitamini qidalanma proqramınızda hər vaxt iştirak etməlidir. B vitaminini taxıllar, paxlalılar, süd məhsulları, toyuq və balıqdan ala bilərsiniz.

C vitamini
Güclü bir antioksidantdır. Beynin bulanıqlığına ən yaxşı təsir edən vitamindir. Xüsusilə ağır və yağlı bir yeməkdən sonra C vitamini tövsiyə edilir. Çiyələk, limon, portağal, naringi kimi C vitamini ehtiva edən yeməklər həm beyninizə, həm də ruhunuza çox yaxşı təsir edəcək.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

12 Avqust 2013 00:41

baliq coox gozel qidadir cox
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

❃FloRal❃

4 Avqust 2013 15:06

Balığı çox sevirem. Hele limonla super gedir
--------------------

***
❃❃❃

***

...:DeCeLkA:...

13 İyul 2013 18:13

BALIQDAN OTURU UREYIM GEDIR TEWEKKULER XEBERE GORE

ADELE

24 Yanvar 2013 18:24

təkibində c vitamini olan meyvələri sevirəm.. balıq o qədər də yox
--------------------
Hatasız Kul Olmaz

Krem

5 Yanvar 2013 16:46

Baliq cox xoslayiram hem goze hemde beyine xeyirlidi lovejoy

29687

29 Avqust 2011 18:04

maraqli idi

Gulka

2 Avqust 2011 18:17

meleumata gore tewekkur
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

elena

21 İyul 2011 00:41

Qozdan bawqa yalandir.Ozu ele beyin formasindadir.Sozsuz ki xeyri olanlar coxdur amma birinci qoz.

MR.QARRI

20 İyul 2011 16:32

Somon balığı......yayda nə balıq......

FLOR

20 İyul 2011 16:26

buna benzer xeber olub saytda )

D-e-V-i-L

20 İyul 2011 15:16

Sitat: Mr_RoCCo
demək olar ki,adı çəkilən vitaminləri özündə cəmləşdirən qidalardan qəbul eliyirəm,əsas da ki,portağal,naringi,banan kimi meyvələr orda varsa)

Gitarist

20 İyul 2011 14:40

Məlumata görə Təşəkkür

_DecelkA_

20 İyul 2011 14:34

Oxuyacam.twk melumat ucun

Fidaska_

20 İyul 2011 14:09

tesekkurler xebere gore....

LARACROFT

20 İyul 2011 14:05

Xəbər üçün təşəkkür
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Aidan

20 İyul 2011 13:06

Diməy oLar hərgün "B-C" vitaminnəri aLıram) Bir nəfərə bunnardan yidizdirməy Lazımdı=)
--------------------
Dream it.
Wish it.
Do it.

Mr_RoCCo

20 İyul 2011 12:03

demək olar ki,adı çəkilən vitaminləri özündə cəmləşdirən qidalardan qəbul eliyirəm,əsas da ki,portağal,naringi,banan kimi meyvələr orda varsa)
--------------------
FaceBook
Instagram - ageelvevo

ReaDStaR

20 İyul 2011 11:12

Tewekkur melumata gore...!!!


Tewekkur melumata gore...!!!

Academik

20 İyul 2011 11:10

belay

Lalitta

20 İyul 2011 10:26

Londra,

bir söz deyərdim amma demirem sonra qulağina deyerem lol

Lineage

20 İyul 2011 10:26

Eşitdiyimə görə qozunda beyinə çox xeyiri var. Hər gün C vitamini atiram xeyri var)

Lalitta

20 İyul 2011 09:59

Sitat: Londra
Nar


indi narin vaxtidir ki? no

demeli menim beynim burda yazilanlara gore yaxshi ishlemelidir her gun seher axsham tebii portagal shiresi cekirem ozume
amma vitamin C de icirem))