Loading...
Baş ağrısı necə keçər?

Baş ağrısı necə keçər?

Loading...
Baş ağrısı necə keçər?

Baş ağrısı necə keçər?

Baş ağrısıyla mübarizə etmək üçün dərhal dərmana əl atmayın. Əvvəl təbii yolları təcrübə edin, keçməzsə, həkimə müraciət edin.
Baş ağrısı bəzən bütün bir gününüzü məhv edə bilər. Bu, yuxusuz, əsəbi, stressli bir gündə, əhvalınızı pozan bir şey olanda baş verə bilər. Sadə baş ağrıları daha çox stress, hava vəziyyəti, təzyiq və qanda oksigenin azalmasından irəli gələr.
Ən çox əsəbi ağrılar da, gərgin mühit və stressdən irəli gələn gərginlik tipli baş ağrıları görünər. Ümumiyyətlə boyundan və ya alın bölgəsindən başlayan ağrı, yuxarı doğru çıxar və bütün başa yayılar.

Baş ağrılarını ciddi qəbul edib həkimə müraciət etmək lazımdır. Çünki baş ağrısı bədəninizdə bir şeylərin əskikliyindən xəbər verən bir işarədir. Bu əskiklik yalnız qısa bir müddət istirahət etmək belə olsa, əhəmiyyət verməlisiniz. Əks halda baş ağrınız xronikiləşə bilər.

Qaranlıq və səssizlik

Stressə söykənən baş ağrısıyla mübarizə aparmağın ilk yolu ağlınıza dərhal bir ağrıkəsici dərman içmək gəlməsin. Çünki ağrının qarşısını almağın təbii yolları var, dərmandan əvvəl. Migrenə söykənən bir ağrı isə yaşadığınız, qaranlıq və səssiz bir otaqda yataraq böhranı aradan qaldırmağı seçin.

Açıq havada gəzmək

Stress və gərginlikdən uzaq bir mühitdə istirahət etməyə çalışın. Olduğunuz yerin havasının təmiz olmağına diqqət edin. Ağrıdan ötəri işığa qarşı həssaslığınız artdısa, qaranlıqda istirahət edin.
Özünüzdə o gücü tapırsınızsa, açıq havada gəzmək də baş ağrısına yaxşı təsir edir.

Masaj

Gicgah hissəini, qaşlarınızın arasından alınınıza doğru və burun dəliklərinin üzərindən başlayaraq göz kənarlarına doğru dərinizi dartaraq masaj edin.

İsti duş

İsti duş, bədəninizdə boşalma hissi yaradar. Duşa girməsəniz, ayaqlarınızı isti su dolu bir qabda saxlayın. sonra su ilıq olana qədər soyuq su əlavə edin. Ayaq duşundan sonra corab geyinin və istirahət etmək üçün yatın. Beyində yüksələn qan axışı ayaqlara köçürülər və baş ağrısı sona çata bilər.

Soyuq kompres

Bir bezi soyuq suyla isladaraq və ya paketə buz qoyaraq başınıza soyuq kompres edin.

Banan, makaron, balıq yağı


qidalanma mütəxəssisləri, banan, makaron və balıq yağının baş ağrısına yaxşı təsir göstərən qidalar olduğunu söyləyir. Həmçinin, acı qəhvəyə bir iki damla limon suyu qarışdıraraq içmək də baş ağrısına yaxşı təsir edir.

Dərman

Ağrıkəsici istifadə etməmişdən əvvəl mütləq həkiminizə məsləhətləşin. Ancaq, hər ağrıda dərman istifadə etməyi vərdiş etsəniz, bir müddət sonra dərman ağrıları yaşamağa başlarsınız. Yəni dərman asılısı olduğunuz üçün dərmanı etmədikdə ağrı başlayar. Bu səbəbdən mümkün olduğunca ağrıkəsicidən uzaq olun.

Tez-tez təkrarlayan və uzun sürən baş ağrısı şikayətiniz varsa, sağlamlıqla əlaqədar hər mövzuda olduğu kimi, bu vəziyyətdə də mütəxəssis həkimə müraciət etmək ən doğrusudur.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Gulka

2 Avqust 2011 18:19

men sessizlikden hemiwe xowum gelmiyib en yaxwisi aciq hava ve duw
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

elecTroSh0k

29 İyul 2011 13:56

TŞK LAZIM İDİ!!

Lineage

19 İyul 2011 20:51

Əvvəllər baş aqrısının nə olduqunu bilmirdim son 1 ildə baş aqrıları başladı aradan qaldırmaq üçün kofedən istifadə edirdim maraqlı məlumatdı bunlarıda sınayaram.

Aidan

19 İyul 2011 19:32

Nifrət edirəm Baş Ağrısına tutdu əL çəkməy biLmir. Banan, makaron, balıq yağı - ba bunu biLmirdim,yoxLuyaram.
--------------------
Dream it.
Wish it.
Do it.

MR.QARRI

19 İyul 2011 15:01

hərdən olur baş ağrisi

Gitarist

19 İyul 2011 14:57

Sözün düzü başım ağrıyanda tez gedirəm Gitaramın yanına çala çala başımın ağrısı gedir )

elena

19 İyul 2011 14:39

Bawim agriyan kimi cofe icirem srazi kesir.Cunki adeten tezyiqim duwur agriyanda artiq bilirem ki cofe vaxtidir))

D-e-V-i-L

19 İyul 2011 14:38

En yaxwisi Qaranlıq və səssizlik

LEROY

19 İyul 2011 14:37

MIGREN deyilen bir bash agri xesteliyi var ALLAH heckime gostermesin ,agri tutanda meyit qotov hecne komek etmir ,yalniz yashlashdigca yungulleshir

FLOR

19 İyul 2011 14:05

agridi musiqi ve yatmaq , yarim saatdan sonra agri getdi)

SabishKa

19 İyul 2011 13:48

Əsəbi olanda başım agrayır.Başım ağrıyanda dərman içmirəm, özü keçir )

Duygu

19 İyul 2011 13:16

cox nadir hallarda dermendan istifade ederem, o da dis agrisina dozmek qeyri- mumkun olanda agrikesici. bele hec bir halda dermendan istifade etmirem. basagrisida ki, men de tez- tez olur isimle elaqedar. hec ehemiyyt vermirem agriyir- agriyir ozu de kesir. tebii yollari bilmek maraqli oldu, istifade etmek olar

Dandoline

19 İyul 2011 12:30

Ən yaxşısı yaxınlarınla maraqlı söhbətlər, müzakirələr elə, adamın başı da yadından çıxır onda, ayağı da..

TURKQAN

19 İyul 2011 12:26

qaranliqda sakit uzanmaq.en yaxwisi budu

Mr_RoCCo

19 İyul 2011 12:17

maraqlı oldu bunları bilmək,çünki məndə də əvvəllər çox bərk ağrı olurdu,amma dərman atıb uzanırdım keçib gedirdi,indi başqa yolları da öyrəndim
--------------------
FaceBook
Instagram - ageelvevo

_DecelkA_

19 İyul 2011 12:12

Qaranlıq və səssizlik

DReaM

19 İyul 2011 12:04

Qaranlıq və səssizlik,İsti duş həmişə köməyimə gəlib,dərmanla aram yoxdu,çalışıram istifadə etmiyim...amma 2-3 gün qabaq dəhşət baş ağrılarım var idi,neynədim keçmədi 3gün ölü kimi gəzdim yatandan sonra keçdi

_BayoneTTa_

19 İyul 2011 11:51

Evde diqqetsizliyimden bawimi ora-bura cirpaqdan hemise agriyir... no
Yoxsa bele agri olmur mende

XeTaI

19 İyul 2011 11:36

2 gün bundan qabaq dəhşət başağrısı tutdu, evdən bir dərman verdilər bilmirəm adı nə idi, elə qəbul edən kimi 10 dəqiqəyə heç nə qalmadı.

Buna görə də axırıncı varianta üstünlük verirəm

caramel

19 İyul 2011 11:29

təşəkkürlər lazım olsa oxuyaram

Murad

19 İyul 2011 10:18

HƏZİN MUSİQİ VƏ DÜZGÜN İSTİRAHƏT MƏNƏ BƏS EDİR Kİ, BÜTÜN YORĞUNLUQ BAŞ AĞRISI ÇƏKİLSİN
--------------------
About me