Loading...
Suyun “7 möcüzəsi”

Suyun “7 möcüzəsi”

Loading...

Suyun “7 möcüzəsi”


Orqanizmimizin 70 faizini su təşkil edir və bütün sistemlərimiz normal fəaliyyət göstərmək üçün suya ehtiyac hiss edir. Su təkcə fizioloji sağlamlığımız üçün yox, psixoloji sağlamlığımız üçün də faydalıdır. Ən azı ona görə ki, heç bir içki suyun malik olduğu xüsusiyyətlərə malik deyil.

Suyun “7 möcüzəsi”

1. Arıqlamaq üçün su için

Arıqlamaq istəyirsiniz? Elə isə çoxlu su için. Çünki su həm maddələr mübadiləsini sürətləndirir, həm də toxluq hissi verir. Artıq bundan sonra arıqlamaq o qədər də çətin deyil. Digər tərəfədən, yeməkdən əvvəl içəcəyiniz 1 stəkan su sizin həddindən artıq yeməyinizin qarşısını alar. Meyvə şirəsi və ya qazlı su əvəzinə içəcəyiniz su isə sizi əlavə 200 kaloridən xilas edər. Həmçinin, nə qədər çox su içsəniz, maddələr mübadiləsi daha çox işləyər. Xüsusilə, soyuq su içdikdə orqanizminiz suyu “qızdırmaq” üçün əlavə kalori sərf edər.

Suyun “7 möcüzəsi”

2. Həm enerji mənbəyi, həm də...

Özünüzü yorğun hiss edirsiniz? Elə isə 1 stəkan su özünüzə gəlmək üçün kifayət edər. Digər tərəfdən, yorğunluğunuza səbəb orqanizminizdəki su itkisi ola bilər. İçdiyiniz suyun köməyi ilə qanınız hüceyrələrə daha çox oksigen çatdırar. Əgər kifayət qədər su içsəniz, ürəyiniz də həddindən artıq enerji sərf etməz. Digər tərəfdən, Amerikanın Loma Linda Universitetində 20.000 nəfər üzərində aparılan tədqiqatlar da gündə 5 stəkandan çox su içən adamlarda ürək xəstəliklərinin (infarkt da daxil olmaqla) gündə 2 stəkandan az su içən adamlarla müqayisədə daha az olduğunu göstərir.

Suyun “7 möcüzəsi”

3. Stresinizi su ilə azaldın

Beyin toxumalarımızın 85 faizini su təşkil edir. Əgər orqanizmimizdə kifayət qədər su yoxdursa, həm fizioloji, həm də psixoloji baxımdan özümüzü stres altında hiss edirik.

Suyun “7 möcüzəsi”

4. Əzələləri möhkəmləndirən “möcüzə”

Su içmək əzələlərimizdə vaxtaşırı meydana gələn qıcolmaların qarşısını almaqda da çox mühüm rola malikdir. Orqanizmimizdəki əzələlərin sağlamlığını qorumaq üçün də ən yaxşı yol çoxlu su içməkdir. Digər tərəfdən, idmançılar üçün məşqlərdən həm əvvəl, həm də sonra su içmək təkcə qıcolma ehtimalını aradan qaldırmır, həmçinin tez yorulmağın qarşısını alır.

Suyun “7 möcüzəsi”

5. Dərimiz üçün ən yaxşı qoruyucu vasitə

Orqanizm susuz qaldıqda dəridəki qırışlar daha aydın nəzərə çarpır. İçdiyiniz su dərinizə nəmləndirici kremlərlə eyni “keyfiyyətə” malik təsir göstərir. Çox su içmək qan dövranını sürətləndirir, dəridəki hüceyrələrin yenilənməsini təmin edir və daha gənc görünmənizə kömək edir.

Suyun “7 möcüzəsi”

6. Həzm problemlərini həll etmək üçün...

Lifli qidalarla yanaşı, su da həzm sisteminin fəaliyyətinin nizamlanmasında mühüm rol oynayır. Digər tərəfdən, nə qədər lifli qidadan istifadə edirsinizsə-edin, əgər kifayət qədər su içməsəniz, liflər orqanizm tərəfindən kifayət qədər həzm olunmayacaq. Digər tərəfdən, su orqanizmdəki artıq maddələri “parçalayaraq” ifraz olunmasını asanlaşdırır. Su içmədikdə bağırsaqlarımızın səthi susuz qalır. Belə olduqda, həzm sistemimiz düzgün fəaliyyət göstərmir və nəticədə ağrılar baş verir.

Suyun “7 möcüzəsi”

7. Böyrək daşlarından su ilə xilas olun

Böyrəyində daş olanlar bunun nə qədər çətin bir şey olduğunu yaxşı bilirlər. Hər hərəkət edəndə ağrıya səbəb olan böyrək daşını çoxlu su içməklə orqanizminizdən “kənarlaşdıra” bilərsiniz. İçdiyiniz su böyrək daşına səbəb olan duz və mineralları “parçalayaraq” bu problemdən xilas olmağınıza səbəb olar. Beləliklə, böyrək daşından xilas olmaq istəyirsinizsə, çoxlu su için.

FİKİRLƏRİNİZ...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

_BayoneTTa_

3 May 2011 20:03

SU İÇDİM! bolluca... 48 kq idim, oldum 50! lovely

Veteran

3 May 2011 00:36

su kökeldir

Kedicik_19

2 May 2011 23:51

Melumatim var idi

FLOR

2 May 2011 20:37

eyni tema bu barede saytda uje melumat olub tsk

Faya

2 May 2011 17:03

Susuz həyatı təsəvvür edə bilmirəm.
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

MR.QARRI

2 May 2011 15:33

oxumuşdum......

lalesi

2 May 2011 14:14

xeberim var idi yenede teshekkurler.

__lovely__

2 May 2011 13:22

su içmədən yaşaya bilərəm... amma ümumi olaraq maye götürüldüyündə həəə onsuz yaşamaq olmaz...

MASTER-SAN

2 May 2011 13:00

Sitat: AiDan
Su həyatdı..



aha seninle raziyam :))

Nesiz yawamaqda olar .Lakin susuz mumkun deyile ..
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

Lektra

2 May 2011 12:37

1. Arıqlamaq üçün su için

MaVi GoZLeR

2 May 2011 11:11

Haminisini Bilirdim Tesekkur=)

Dandoline

2 May 2011 10:45

Su - bu dünyadakı ənn gözəl nemətdi...

Aidan

2 May 2011 10:13

Su həyatdı... winked
--------------------
Dream it.
Wish it.
Do it.