Loading...
Saat-saat, dəqiqə-dəqiqə... nəyi nə vaxt yeməli?..

Saat-saat, dəqiqə-dəqiqə... nəyi nə vaxt yeməli?..

Loading...

Saat-saat, dəqiqə-dəqiqə... nəyi nə vaxt yeməli?..
Qidalanma rejimi
Və ya nə vaxt, nə qədər yemək olar.
Qidalanma rejiminə əsasən aşağıdakılar daxildir.
• Gün ərzində yeyilən yeməyin miqdarı
• Gün ərzində yeyilən yeməyin vaxtı
• Gün ərzində yeyilən yeməyin səhər yeməyinə, günorta yeməyinə, axşam yeməyinə və.s bölünməsi
• Yemək vaxtları arasındakı fasilə
• Gün ərzində yeyilən yeməyə sərf olunan vaxt...
İnsan orqanizmi çox mürəkkəb quruluşa malikdir.Mütəmadi olaraq xarici təsirlərə məruz qalır. İstər orqanizmin normal həyat fəaliyyətinin, istərsə də orqanizmin sağlamlığının mühafizəsində qidalanma rejiminin rolu böyükdür.
Vaxtında yemək yeməyə vərdiş etmiş insanda yemək vaxtı çatdıqda aclıq hissi və ya iştaha meydana gəlir.

08.00
Pendir:
Səhər yeməyində mütləq yeyilməlidir. Mümkünsə az yağlı və duzlu pendirlərə üstünlük verilməlidir...

Ərik qurusu və əncir qurusu: Yaxşı olar ki, yuxudan durar durmaz istifadə edəsiniz. Çünki əncir və ərik səhər orqanizmdə maddələr mübadiləsini hərəkətə gətirməkdə və həzm sistemini işə salmaqda əvəzsiz nemətdir.

Yumurta: Ən keyfiyyətli proteindir. Səhər yeməyində mütləq yemək məsləhətdir.

Zeytun: Protein və mineral baxımından olduqca zəngindir. Həmçinin günə zeytunla başlamaq günə zeytunla başlamaq deməkdir.

11.30
Badam:
Bu saat iştahanın artmağa başladığı saatlardır. Badam həm iştahanı azaldır, həm də kaliumla zəngin olduğu üçün maddələr mübadiləsini tənzimləyir.

13.00-14.00
Ət:
ət orqanizm üçün həm ən çox tələb edilən, həm də çox çətin həzm olunan qidadır. Ona görə də bu qidanı axşam yox günarta yemək məsləhətlidir.

Qatıq və ayran: Məlum olduğu kimi kalsium orqanizmin artıq yağlardan “azad edilməsinə” kömək edən mühüm minerallardandır. Qatıq və ayran da kalsiumla zəngindir.

15.00
Meyvə:
Meyvəni ayrılıqda yedikdə iştahanı artırır, şəkəri yüksəldir.

16.00
Meyvə şirəsi:
Bu saatda mədə şirə ifraz etməyə başlayır.

17.00
Süd:
Kalsiumla zəngin olan südü yemək aralarında içə bilərsiniz. Ancaq səhər içsəniz mədədə doluluğa və həzmsizliyə səbəb ola bilər.

18.00-19.00
Paxlalı bitkilər:
Mərcimək, noxud, lobya və.s kimi paxlalıbitkiləri axşam yeməyində zeytun yağı ilə yesəniz, çox yaxşı olar.

Tərəvəzlər: Səhər də, axşam da yeyilməlidir. Günorta tərəəəvəzlə mədənizi doyurmağa çalışsanız ac qalmağınıza səbəb ola bilərsiniz.
Salatlar: Salatlar həzmi yaxşılaşdırdığı üçün həm günorta, həm də axşam yemək məsləhətlidir.

20.00
Qoz:
“Omeqa-3” yağları ilə zəngindir. Gün ərzində digər qidalarla, xüsusilə süd və süd məhsulları ilə yemək məsləhət deyil.

21.30
Meyvə:
Bu saatda yeyilən meyvə həm həzm sistemini, həm də metabolizm sistemini qoruyur.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Duygu

13 İyun 2011 15:27

hemise ozumu rejime salmaq istemisem, hec vaxt alinmayib. burda yazilanlari deye bilmerem amma her gun eyni saatda yemek yemek yaxsidi... gunde bir defe yemek yeyirem ya da hec vaxt tapib onu da yeye bilmirem.. gunumun coxunu isde kecirirem isde de ki ne olur- olsun yeye bilmerem...

ceyhun514

13 İyun 2011 14:09

Haçan nə istiyirsən yi, mənim kimi)) Gecə saat 4-də piçeyniynən çay içirdim) mercedes

DReaM

11 Fevral 2011 14:34

rejime riayet etmek-hmmm arada olur ama bu cemi 1 gunluk olur tongue
amma duzun deyim xosum gelir amma hemdeki menlik deyil

Emil

11 Fevral 2011 13:27

Sitat: NellY
eee bekar4iligdie bunlar xamisi...

Haçan nə istiyirsən yi, mənim kimi)) Gecə saat 4-də piçeyniynən çay içirdim) nyam
--------------------

To get away clean, you have play dirty.

Lineva

11 Fevral 2011 02:37

Heç fikir vermirəm saat neçədi.Ürəyim nə istədi onu yeyirəm saatada fikir verib eləmədən ) Düzü heç burda yazılanların çoxunnan xoşum gəlmir.Həmdəki rejimlə qidalanmaq mənlik deyil )

Nilay

10 Fevral 2011 23:30

LiVe_MuSiC,
Mənim ürəyim nə vaxt istədi onu yiyirəm=)

NellY

10 Fevral 2011 23:09

eee bekar4iligdie bunlar xamisi...

FLOR

10 Fevral 2011 23:05

bu rejimi yeyen bir aya 100 kilo olar))))))))))

LARACROFT

10 Fevral 2011 21:53

İnanmıramki kimsə rejimlə qidalana
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

STAR BOYS

10 Fevral 2011 21:21

Balığda gözə xeyirlidir.

MoNuElLa

10 Fevral 2011 21:18

Hec xosum gelmir rejimnen yemek ne vaxt acdim o vaxtda yeyirem
--------------------
Men Senin baxiwini sevdim....
Aglimi aparan,ureyimi isiden....♥



Son 1 gun..(

Vamp

10 Fevral 2011 21:05

Nə yesəm də sonunu şokoladla tamamlayıram
Belə isə dəqiqə-dəqiqə tejimi sevmirəm
--------------------
Siz mənim hərəkətimi görə bilərsiniz, amma nə MƏQSƏD ilə etdiyimi yox...
Siz mənim sözümü eşidə bilərsiniz, amma nə MƏNA ilə deyildiyini yox...
Siz məni görə bilərsiniz, amma ÜRƏYİMİ yox...
MƏQSƏDİMİ, MƏNAMI, ÜRƏYİMİ bilmədən mənim haqqımda fikirlərinizi söyləməyin!!!

Girbinne

10 Fevral 2011 20:36

o qədər yemək olar shok ,rejimnən yemək yeyən insanlardan acığım gəlir

Mamedovich

10 Fevral 2011 20:34

Mənim ürəyim nə vaxt nə istədi onu yeyirəm=)

Mr_RoCCo

10 Fevral 2011 20:28

bütün günü yemək olar?...Hava şarına dönərikki? lol
--------------------
FaceBook
Instagram - ageelvevo

elena

10 Fevral 2011 20:12

inanmiram ki buna riayet ederem...twk...

_Zac_Efron_

10 Fevral 2011 20:12

Duzdur duzgun qidalanmaq lazimdir.Amma butun bunlari vaxti vaxtinda eden yeqinki cox azdir.
--------------------
Лучше умереть стоя, чем жить на коленях