Loading...
Dərinizi də Bəsləyin!

Dərinizi də Bəsləyin!

Loading...
Dərinizi də Bəsləyin!


Dərinizi də Bəsləyin!

Qidaların bədəninizin hər bölgəsi üçün fərqli bir faydası və əhəmiyyəti var. Bəslənmə elmi, saç telinizdən ayaq dırnağınıza qədər təsirli olan qırxdan çox qida elementinin kafi istehlakını tövsiyə edir.

Dərinizin parlaqlığını və elastikiyetini itirdiyini, yorğun və sağlamlıqsız göründüyünüzü düşünürsünüzsə, bu qida elementlərini istifadə etməyiniz tövsiyə edilir.

A vitamini: A vitamininin olabiləcək faydaları, xətt və qırışıqlıqları azaltmağa, akne (sızanaq) müalicəsinə, sağlam bir dəri inkişafına köməkçi olmasıdır. Ən yaxşı təbii qaynaqları balıq yağı, qaraciyər, kök, tünd yaşıl və sarı tərəvəzlər, yumurta, süd və süd məhsulları, marqarin və sarı meyvələrdir. Yağda həll olan bir vitamin olan A vitamini bədəndə saxlanıldığından gündəlik ehtiyac miqdarına diqqət yetirilməlidir.

C vitamini: Suda həll olan bu vitamin, antioksidanların antioksidanı olaraq adlandırıla bilər, çünki bədəndəki digər antioksidanları qoruyar. Olabiləcək faydaları yaraları və yanıqları yaxşılaşdırmağa köməkçi olmasıdır. C Vitamini baxımından zəngin yeməklər quşburnu, qırmızı bibər, yaşıl iti bibər, tünd yaşıl yarpaqlı tərəvəzlər, brokoli, portağal, limon kimi sitrus bitkiləri daxil meyvələr, pomidor, çiyələk, böyürtkən, kartof və digər tərəvəz və meyvələrdir.

Dərinizi də Bəsləyin!


E vitamini: E vitamininin olabiləcək faydaları, oksidasyon səbəbiylə meydana gələn hücrə yaşlanmasını yavaşladaraq daha gənc bir görünüşün təmin edilməsinə, topikal olaraq tətbiq olunduğunda dəri tərəfindən əmildiyi üçün yara izi formalaşmasının daxili və xarici olaraq önlənməsində, yanıqların yaxşılaşmasının sürətlənməsində köməkçi olmasıdır. Ən yaxşı təbii E vitamini qaynaqları buğda toxumu, soya paxlası, bitki mənşəli yağlar, fındıq, Brüksel kələmi, yaşıl yarpaqlılar, ispanaq, zənginləşdirilmiş un, kəpək, taxıl və yumurtadır.

B qrupu vitaminləri: B qrupu vitaminlərindən Riboflavin (B2 Vitamini), Niasin (B3 Vitamini) və Piridoksin (B6 Vitamini) dəriyə olabiləcək faydaları var. Sağlam bir dəri inkişafına köməkçi ola bilən Riboflavinin ən yaxşı təbii qaynaqları süd, qaraciyər, pendir, yaşıl yarpaqlı tərəvəzlər, balıq, yumurta, qatıq və paxladır. Daha sağlam görünüşlü bir dəri inkişafını və aft yaralarının yaxşılaşmasını təmin edə bilən Niasinin ən yaxşı təbii qaynaqları balıq, yağsız ət, kəpəkli un məhsulları, qaraciyər, buğda toxumu, yumurta, qovrulmuş yer fındığı, ev heyvanlarının ağ əti, avokado, xurma, əncir və quru ərikdir.

Selenyum: Selenyum da bir antioksidandır, bu səbəbdən oksidasyon ilə yaşlanmağa və toxumaların sərtləşməsini yavaşlatmağa və önləməyə köməkçi olar. Tam taxıllar, dəniz məhsulları, sarımsaq, soğan, pomidor və brokoli selenyumun ən yaxşı qaynaqlarıdır.

Sink: Daxili və xarici yaraların yaxşılaşma müddətini sürətləndirməsinə və dırnaqlar üzərindəki ağ nöqtələrin yox edilməsinə köməkçi olması sinkin olabiləcək faydalarıdır. Yağsız ət, toyuq, hind toyuğu, bəzi dəniz məhsulları (istridyə kimi), buğda, bal balqabağı çəkirdəyi, yumurta sink qaynaqlarıdır. Üstəlik bu qidalarla tətbiq oluna bilən yüngül yemək tərifləriylə menyunuzu genişlədə bilərsiniz.

Dəri sağlamlığınızı qorumaq üçün edə biləcəyiniz bəzi kiçik dəyişikliklər:
• Əvvəlcə sağlam və balanslı bəslənin və yeməklərinizə diqqət yetirin!
• Sağlam və balanslı bəslənmənizdə dərini qoruyucu və təmir edici təsirləri sübut edilən antioksidanları ehtiva edən meyvə və tərəvəzlər, az yağlı ət və balıq, tam taxıllı və yağ nisbəti aşağı süd məhsulları kafi miqdarda iştirak etsin!
• Stressdən uzaq dayanmağa çalışın!
• Yuxunuza diqqət yetirin!
• Kafi miqdarda təmiz hava almağa və siqaretdən uzaq dayanmağa çalışın!
• Kafi miqdarda fiziki fəaliyyət edin!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

28 Aprel 2013 02:10

Yeterince mence qulluq edirem derime,amma yene de qurudu ki quru...

MoNuElLa

18 Yanvar 2011 16:57

Men hec derime qulluq elemirem.Ehtiyac yoxdu ona gore
--------------------
Men Senin baxiwini sevdim....
Aglimi aparan,ureyimi isiden....♥



Son 1 gun..(

Lineva

18 Yanvar 2011 00:29

Mənim dərimi bəsləməyə hələki ehtiyac yoxdu.

Rufat

17 Yanvar 2011 22:56

Sitat: nilay
girl_cray MENE NIYE NIK VERMIRSINZ bee

Siz nə vaxt mənasız smileylər və tşk sözləri əvəzinə düzgün şərh yazsanız status alacaqsınız.
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

TARKANKA_210

17 Yanvar 2011 22:37

Sitat: nilay
MENE NIYE NIK VERMIRSINZ

Bəlkə status istiyirsən sən? smile
ctrl+s elədim, sabah işdə oxuyacam :))) winked

Nilay

17 Yanvar 2011 22:17

girl_cray MENE NIYE NIK VERMIRSINZ bee
XBR GORE TSKLR

NellY

17 Yanvar 2011 21:47

axir vaxtlar guruyurdu derim,amma indi Wukur her wey yaxwidi...

FLOR

17 Yanvar 2011 21:40

tsk hele ki problemsizem

Mamedovich

17 Yanvar 2011 20:07

TƏŞƏKKÜR DƏYƏRLİ XƏBƏRİN ÜÇÜN

BP_one

17 Yanvar 2011 17:28

tesekkurler xebercun )

Elif_87

17 Yanvar 2011 17:07

Məlumat üçün təşəkkürlər lovely...

Dərimdə elə bir problemim olmayıb heç...

Mr_RoCCo

17 Yanvar 2011 17:07

təşəkkür xəbərə görə
--------------------
FaceBook
Instagram - ageelvevo