Loading...

Həm sağlam, həm də uzun bir ömür üçün...
Sağlamlıq
- 30 Dekabr, 2010
- 3 246 Baxış
Loading...

Həm sağlam, həm də uzun bir ömür üçün...
Bu qidalar sağlam və uzun bir ömür təmin edir...
Mütəxəssislərə görə brokoli, portağal, yulaf, pomidor, somon balığı, göy noxud, qoz, çay üzümü, qatıq, bal balqabağı, soya paxlası, hind toyuğu, ispanaq və çayı həftədə ən az 4 dəfə istehlak etmək estetik cavanlaşmaqla bərabər, ayrıca sağlam və uzun bir ömür təmin edir.
"Super Yeməklər" olaraq adlandırılan 14 təməl qida məhsulu Kaliforniyalı bir həkim tərəfindən daha əvvəl xəstələrinə təklif edilmişdi. Avstraliyalı həkim və alternativ tibb mütəxəssislərinin də təklif etdikləri bu 14 yeməkdən brokolinin sinə və prostat xərçənglərinə, portağalın da C vitamini anbarı olmasıyla bütün xərçənglərə qarşı qoruyucu xüsusiyyəti var. Yulaf isə qan təzyiqini tarazlıqlama və kilo almanı dayandırma xüsusiyyəti ilə təklif edilir. Böyürtkən olaraq da bilinən çay üzümü, soya paxlası, ispanaq, yaşıl və ya qara çay, hind toyuğu əti, qoz və qatıq isə sıx vitamin ehtiva etdikləri üçün xüsusilə yaşlı insanlatın sağlam və dinc olmalarını təmin edir.
Avstraliyalı Plastik Cərrah Dr. Steve Pratt, təxminən 20 ildir, etdiyi gözəllik əməliyyatlarından sonra bu yeməklərin iştirak etdiyi bir diyeti xəstələrinə verdiyini ifadə edərək, hamısının periodik olaraq yeyilməsiylə bir çox sağlamlıq probleminin asanlıqla həllə qovuşacağını və dərinin cavanlaşacağını qarşıya qoydu. Pratt, bu 14 ayrı yeməkdən hər birinin həftədə ən az 4 dəfə yeyilməsi lazım olduğunu söylədi.
İspanaq və qoz xolesterolu salmaq üçün təklif edilərkən, yaşıl çayın yağları yandırmaq və yetkinlərdə obeziteyi önləmək üçün ideal olduğu söylənildi. Omeqa 3 yağı ehtiva edən somon balığının isə infarktı tədbirə və beyin hüceyrələrinin işlədilməsi ilə depressiyaya qarşı birə-bir olduğu qarşıya qoyuldu. Xüsusilə yaşlıların ispanaq yeməkdən imtina etməmələri lazım olduğuna diqqət çəkən mütəxəssislər, ispanağın gözün görmə qabiliyyətini inkişaf etdirdiyini və qaraciyərə köməkçi olduğunu qeyd etdi.
Estetik əməliyyatların insanları gənc göstərdiyini, lakin gənc hiss etdirmədiyini müdafiə edən mütəxəssis həkimlər, "Bədən sağlam deyilsə, gənc görünməyin bir əhəmiyyəti və faydası yoxsur" deyə danışdılar.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...