Loading...
Qış tərəvəzlərinin faydaları

Qış tərəvəzlərinin faydaları

Loading...

Brokoli, kərəviz, kələm, ispanaq, kök...
Qış mövsümünün sağlam tərəvəzlərinin faydalarını bilirdinizmi?

Qış tərəvəzlərinin faydaları


Brokoli

* Vitamin və mineral anbarıdır. İmmunitet sistemini gücləndirər.
* Kalsium baxımından zəngindir.
* Lif nisbəti yüksəkdir. Lifli quruluşu ilə həzmi asanlaşdırar və köklüyə qarşı faydalıdır.
* Xərçəngə qarşı qoruyucu təsiri yüksəldər (xüsusilə döş, ağciyər və bağırsaq xərçəngində).
* Mikrob öldürücüdür.
* Sidik yolu xəstəlikləri və prostata qarşı qoruyucudur.
* Sümük əriməsi və qansızlığa yaxşı gəlir.


Qış tərəvəzlərinin faydaları


Kərəviz

* Yaxşı bir antioksidandır.
* Həzm sistemini rahatlaşdırıcı bir təsirə malikdir.
* Kərəvizə xüsusi qoxusunu verən fitalid maddəsi, qandakı stress hormonunu azaldar.
* Damarların boşalmasını və xolesterolun düşməsini təmin edər.
* Qaraciyəri qoruyar.
* Sirroza çevrilə bilmə riski olan Hepatit B və C xəstələrinin kərəvizi həftədə ən az bir dəfə istehlak etmələri məsləhətlidir.


Qış tərəvəzlərinin faydaları


Kələm

* Qandakı şəkərin miqdarını salar; bədəndə yığılan zəhərli maddələrin atılmasını təmin edər.
* A, B və C vitaminləri baxımından zəngindir.
* Bağırsaq xərçənginə qarşı qoruyucu xüsusiyyətə malikdir.
* Aşağı kalorilidir.
* İçində olan B vitamininin iştah kəsicidir. Bu səbəbdən forma saxlamanızı təmin edər.
* Sarılığa, öd kisəsi xəstəliklərinə və astmaya qarşı da faydalıdır.
* Tiroit vəzilərinin fəaliyyətini yavaşlatdığı üçün sakitləşdirici bir təsiri vardır.
* Özündə olan selenyum isə dəriyə təzəlik verər.

Qış tərəvəzlərinin faydaları


İspanaq

* A və C vitaminləri baxımından zəngindir. Soyuqdəyməyə qarşı təsiri vardır.
* Tərkibində dəmir, maqnezium, fosfor, yod, kalium və natrium vardır.
* Bol qan yaradar.
* İspanağın suyu isə ürək əzələlərini qüvvətləndirər.
* Çiy olaraq istehlak edildiyində bədənin lif ehtiyacını qarşılayar.
*Tərkibindəki folik turşu sayəsində Alzheimer xəstəliyi ehtimalını azaldar.
*Tərkibindəki K vitamini sayəsində sümük inkişafına faydalıdır.
* Ağciyər xərçəngi ehtimalını azaldar.

Qış tərəvəzlərinin faydaları


Kök

* A vitaminin ön maddəsi olan karotenleri ehtiva edər.
* Bədənə, ürəyə və gözlərə qüvvət verər.
* Astma, bronxit kimi tənəffüs yolu xəstəliklərinə və öskürəyə qarşı faydalıdır.
* Xərçəngə qarşı qoruyucudur.
* Bədəndəki zərərli maddələri uzaqlaşdırmağa köməkçi olaraq qanı təmizləyər.
* Bağırsaqları işlədərək həzmə köməkçi olar.
* Bağırsaq iltihablarını və böyrək ağrılarını aradan qaldırar.
* Bağırsaq qurdlarını salmağa köməkçi olar.
* Revmatizmaya yaxşı gəlir.
* Qandakı xolesterol nisbətini salar.
* Ürək xəstəlikləri və damar sərtliyinə faydalıdır. İnfarkt və iflic riskini azaldar.
* Dəriyə təzəlik və canlılıq verər. Dəri xəstəliklərinə qarşı faydalıdır.
* Diş ətlərini gücləndirər.


Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

❃FloRal❃

16 Avqust 2013 14:36

Ancaq kökü ve arada ispanaq yeyirem
--------------------

***
❃❃❃

***

PeTTy

22 Mart 2013 17:24

Ancaq kelem ve kökü yiyirem bunlardan...

İlkay

7 Yanvar 2013 12:02

Koku belede ara bir belke yeyerem birde kelemden xowum gelir ))

BakıLıLaR

14 Noyabr 2010 21:19

yeri var

Kewha

14 Noyabr 2010 19:09

Bilirdim bunlari tewekkurler......

LubovBezSlov

14 Noyabr 2010 00:43

kok cooox yeyrem boyum uzansin deye

10-suz

14 Noyabr 2010 00:11

kelemi koku xoslayiram

FLOR

13 Noyabr 2010 21:56

koku xoslayiram)

BLaCKSTaRIN

13 Noyabr 2010 16:46

hmmmmm twk.

MY_CRAZY_FRIENDS_

13 Noyabr 2010 14:25

UYDAAAAAA KOK UCUN OLUREM DEEEEE COX DA FAYDALIDIR.

Elif_87

13 Noyabr 2010 14:21

Brokoli yeməmişəm amma digər yazılanlardan arada yeməkdə, salatda, ya da elə-belə istifadə edirəm...
Əsasda kök və kələmdən(salat üçün)...

Mamedovich

13 Noyabr 2010 13:43

Burda adları çəkiləndən kökü daha çox yeyirəm

Nahid-19

13 Noyabr 2010 13:28

Kökdən çox istifadə edirəm yəni yeyirəm....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

LeiLa

13 Noyabr 2010 13:27

Mən bu dəfə tərəvəzdən çox meyvəyə üstünlük verirəm...
--------------------
Одно из самых обычных заблуждений состоит в том, чтобы считать людей добрыми, злыми, глупыми,
умными. Человек течет, и в нем есть все возможности: был глуп - стал умен, был зол - стал добр,
и наоборот. В этом величие человека. И из-за этого нельзя судить человека... Ты осудил, а он уже
другой.

l2a1000

13 Noyabr 2010 13:18

Kökü çıxmaq şərtiynən orda olan tərəvəzlərə nifrət edirəm...Xüsusilə borş yeməyinə fuu
Sitat: HUGO BOSS
Tərəvəz yeməklərinə nifrət edirəm ət yeməklərinədə eləcə))

Bəs sən necə yaşıyırsan?=))

İrmak

13 Noyabr 2010 12:16

Tərəvəz yeməklərinə nifrət edirəm ət yeməklərinədə eləcə))
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

MR.QARRI

13 Noyabr 2010 12:10

istifadə edirəm sizə də nuş olsun..............