Loading...
Dəriyə yaxşı gələn qidalar

Dəriyə yaxşı gələn qidalar

Loading...

Dəriyə yaxşı gələn qidalar


Dərinizin parlaqlığını qoruması üçün bu qidaları mütləq istehlak edin.

İsti su və limon: Bu qarışığı səhər içdiyinizdə toksinləri atmağa köməkçi olar. Öd kisəsi və qaraciyəri hərəkətə keçirər, isti su bağırsaqların və dərinin su ehtiyacını qarşılayar.

Yaşıl yarpaqlı tərəvəzlər: İspanaq, brokoli və kərəviz kimi tərəvəzlər, yüksək nisbətdə antioksidanlar ilə (yaşlanmağı gecikdirən və ətraf çirkliliyinin təsirini azaldan vitaminlər) dərinin elastik qalmasını təmin edən C vitamini, yaraların yaxşılaşmasına köməkçi olan A vitamini və hüceyrələrin oksigeni istifadə etməsini təmin edən E vitamini ehtiva edər.

Çuğundur: Dəridəki qıl damarların divarlarını gücləndirməyə köməkçi olan C vitamini çuğundurda yüksək nisbətdə olur.

Kök: Bol miqdarda A vitamini ehtiva edən kök, çox yaxşı bir sızanaq dərmanı və bağırsaq təmizləyicisidir. Kök eyni zamanda sağlam dəri, saç, dırnaq və sinirlər üçün lazım olan fosforu ehtiva edər.

Alma: E vitamini və folik turşu ehtiva edən alma, dərinin aydınlaşmasını təmin edər.

Balıq: Somon, ton balığı və uskumru kimi yağlı balıqlarda olan təməl yağ turşuları (omeqa 3lər), qızarıqlığın qarşısını alıb immunitet funksiyasını dəstəkləyərək dəri sağlığında əhəmiyyətli rol oynayarlar. Həftədə üç dəfə yağlı balıq yemək, quruluğu və qızarıqlığı azaldaraq dərinizin təmiz qalmasını təmin edər.

Qovun: Dərinizin rəngi donuqsa, gündə bir neçə dilim qovun yemək yaxşı gələcəkdir. Ayrıca dirsək bölgəsindəki dəri sərtləşmə və qurumaları üçün də faydalıdır.

Zeytunyağı: Dərini hamar, nəmli və elastik bir hala gətirər. Dəridəki qızarıqlığı və toxuma pozulmasının qarşısını alarkən, dəri qurumasına və sərtləşməsinə qarşı döyüş açar.

Giləmeyvələr: Tut, böyürtkən, çiyələk kimi giləmeyvələr qırışıqlıqlara yaxşı gəlir. Yaşlanmağı gecikdirmə mövzusunda ümid verən, antioksidan ehtiva edər. Ayrıca qısa zamanlı yaddaş və tarazlıq üçün də faydalıdırlar.

Düyü: Yüksək nisbətdə B vitamini və zülal ehtiva edən düyü, dərinin vaxtından əvvəl yaşlanmasını önləməyə köməkçi olar. Ayrıca maddələr mübadiləsi və həzmə təsirli bir şəkildə köməkçi olaraq dərinin quruluşunu dəstəkləyər.

Qatıq: Dəriyə parlaqlıq qazandıran qatıqdakı faydalı laktobasiller, təbii floranı qoruyar.

Yulaf: Toksinlərin çölə atılmasını təmin edən yulafın ağır-ağır bişərək hazırlanması lazımdır. Yulafın ehtiva etdiyi liflər, bədən tərəfindən toksinləri filtr etməkdə istifadə edilər. Ayrıca B vitaminləri baxımından da son dərəcə zəngindir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

12 Avqust 2013 00:44

mence maraqli xeber olmasada pisde deyidi
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

❃FloRal❃

4 Avqust 2013 15:15

MEnde deriye qulluq etmeye sevr yoxdur.
--------------------

***
❃❃❃

***

ADELE

24 Yanvar 2013 18:25

Giləmeyvələr: Tut, böyürtkən, çiyələk kimi giləmeyvələr qırışıqlıqlara yaxşı gəlir. Yaşlanmağı gecikdirmə mövzusunda ümid verən, antioksidan ehtiva edər. Ayrıca qısa zamanlı yaddaş və tarazlıq üçün də faydalıdırlar.
--------------------
Hatasız Kul Olmaz

İlkay

7 Yanvar 2013 12:03

Ana sehifedeki wekile coox guldum nc nc ))

_SUS_

25 İyul 2012 16:19

Alma: E vitamini və folik turşu ehtiva edən alma, dərinin aydınlaşmasını təmin edər.

musiqici442

5 Dekabr 2010 21:41

super cox sagolun

LubovBezSlov

4 Noyabr 2010 15:52

wekilin yerivar

Ruhsar

31 Oktyabr 2010 20:05

bu melumatlari ozum ucun qeyd etdim
teşekkürlər

NINIKO

27 Oktyabr 2010 20:02

TESEKKUR LAZIM OLSA ISTIFADE EDECEM.

Nahid-19

27 Oktyabr 2010 12:57

Məlumata görə big-big thanks....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Dandoline

27 Oktyabr 2010 09:06

İsti su və limon: Bu qarışığı səhər içdiyinizdə toksinləri atmağa köməkçi olar. Öd kisəsi və qaraciyəri hərəkətə keçirər, isti su bağırsaqların və dərinin su ehtiyacını qarşılayar.

Bütün gün ərzində də ürəkbulantısı kimi gözəl bir hiss yaradar insanda..

FLOR

27 Oktyabr 2010 01:32

heleki ehtiyacim yoxdu)))))))) tsk

İrmak

26 Oktyabr 2010 23:46

Sitat: Senseless_life
Ana səhifədəki şəkil superdiye)

Yazıq it))

Bunları nə qədər demək olar?))
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

10-suz

26 Oktyabr 2010 23:26

maarqli melumatlardi.seklin yeri var eeeeeee

Senseless_life

26 Oktyabr 2010 22:43


Ana səhifədəki şəkil superdiye)

NellY

26 Oktyabr 2010 22:21

İsti su və limon: Bu qarışığı səhər içdiyinizdə toksinləri atmağa köməkçi olar. Öd kisəsi və qaraciyəri hərəkətə keçirər, isti su bağırsaqların və dərinin su ehtiyacını qarşılayar.

bunu eliyecem sabaxdan...maragli geldi...

l2a1000

26 Oktyabr 2010 22:02

Mənlik deyil yendə təşəkkürlər)

Sweety

26 Oktyabr 2010 21:49

Lazımlı məlumatlar idi təşəkkür

MR.QARRI

26 Oktyabr 2010 21:40

aklımda kalsın.......... scratch_

Girbinne

26 Oktyabr 2010 21:08

dərim əladi yahoo ,göz dəyməsin puah

Dior Cherie

26 Oktyabr 2010 21:07

1__2sini bilirdim thk

Mamedovich

26 Oktyabr 2010 21:04

Desisi yaxsi olmayanlar ucun gozel meslehetdi tesekkurler