Loading...
Enerjinizi artırmaq üçün 23 təklif

Enerjinizi artırmaq üçün 23 təklif

Loading...
1- Səhərlər duş alarkən bir soyuq, bir isti duş alın. Əvvəl ilıq bir suyun altında durun. Ardından suyun istiliyiylə oynayın. Ancaq başınızı suyun altına soxmamağa diqqət yetirin. 5 - 6 dəqiqə bunu təkrarlasanız, çıxdığınızda özünüzü daha rahatlamış hiss edəcəksiniz.

2- Cardiff Universitetidəki araşdırmaya görə hər gün 40 qr. buğda, qarğıdalı lifləri almalısınız. Çünki bu cür liflər enerjini artırır və stressi azaldır.

3- Edilən araşdırmalara görə hər dörd qadından birində dəmir səviyyəsinin aşağı olduğu təyin olunmuşdur. Bu da yorğunluq və halsızlıq yaradar. Buna görə daha çox dəmir ehtiva edən yaşıl tərəvəz, qurudulmuş meyvə və taxıl məhsullarından bolca istehlak etməlisiniz.

4- Gündə 2 ya da 3 litr su içməlisiniz... Harvard Universitetində edilən araşdırmaya görə bu nisbətlərdə su içmək dayanıqlılığı artırır, stressin azalmasına köməkçi olur. Ancaq ağılınızda olsun, çoxu da zərərlidir.

5- Daha bol balıq, toyuq, pendir, paxla və yumurta yeməlisiniz... Çünki bədən üçün lazımlı Omeqa 3 bu qidalarda var. Balıq istehlak etmək eyni zamanda bədənin seratonin ifraz etməsini təmin edir. Bu hormon da beyindəki xoşbəxtlik mərkəzini aktiv hala keçirir.

Enerjinizi artırmaq üçün 23 təklif

6- Dik durun. Donqar dayanmaq əzələlərin sürətli işləyərək, yorulmasına səbəb olar. Nəfəs almanızı çətinləşdirər. Dik mövqedəykən daha rahat nəfəs alınar, oksigen ağciyərlərə dolar və beləcə qanın daha rahat gəzməsi təmin edilər.

7- Edilən araşdırmalara görə ən sevdiyiniz musiqiləri dinləmək stressi yüngülləşdirir və yorğunluqla daha rahat döyüşmənizi təmin edir. Buna görə də iş edərkən musiqi dinləməyə laqeyd yanaşmayın...

8- Çölə çıxın. Səhər qalxınca edəcəyiniz ilk işiniz çölə çıxmaq olsun. Amerikalı elm adamları təbii işığın beyni hərəkətə keçirdiyini və seratonin ifraz etməsinə köməkçi olduğunu söyləyir. Bu da xoşbəxtliyinizi artıracaq.

9- Mütləq gün içərisində azacıq yatın edin. Amerikadakı beyin sağlamlığı araşdırmaçılarına görə, 30 dəqiqəlik qısa bir yuxu belə insanların performansına müsbət istiqamətdə təsir edir. İşləyərkən qısa da olsa gözlərinizi bağlayıb bir az istirahət edin...

10- Bədəninizin turşu nisbətini normaya soxmaq lazımdır. Gərəyindən çox şəkərli yeməklər və pendir turşuya səbəb olar və enerjini sorar. Buna görə tərəvəz və meyvə salatlarını bolca istehlak edin.

11- Həkimlər həyatınızdakı yaxşı şeyləri xatırlamağınız üçün sizi xoşbəxt edən şeyləri bir dəftərə yazmanızı təklif edir. Bunları oxuduqca, sizi nəyin xoşbəxt etdiyini daha yaxşı tapa bilərsiniz.

12- Nizamlı yemək yeyin. Yeməklər arasındakı uzun aralıqlar şəkərin düşməsinə, bu səbəbdən enerjinizin azalmasına səbəb olar. Gündə üç dəfə mütləq yemək yeyin. Gün içərisində banan, fındıq, qatıq yemək idealdır.

13- Əzələlərinizi hiss edərək enerji təmin edin. Məsələn iki əlinizi sinə xəttində birləşdirin və bir-birinə doğru itələyin. Ardından başınızın üstünə qaldırın və bunu 5-10 dəfə təkrarlayın.

Enerjinizi artırmaq üçün 23 təklif

14- Günə yaxşı bir naharla başlayın. Süd, 150 qr. qatıq, 1 banan, kərəyağı, bal, fındıq və qozu qarışdırıb yeyə bilərsiniz. Bu qarışıq günə gümrah başlamaq istəyənlər üçün ideal bir qarışıqdır.

15- Nəfəs alıb vermənin əhəmiyyətini mütləq qavrayın. Dərin nəfəs alıb vermək, nəfəs yolunuzu açacaq və daha çox enerji almağınızı təmin edəcək. Hər saat üç ya da dörd dəfə dərin nəfəs alıb verin.

16- Cib telefonunuzu bağlayın... Buraxın günün bir neçə saatı kimsə sizə zəng edə bilməsin. Lazımlı olduğunda iş və ailəniz üçün istifadə edin...

17- Yeməklərdəki enerjinin sürətli əmilməsini təmin edən Co-enzimQ10, bədənin çıxardığı antioksidandır. Bu fermentin meydana gəlməsini təmin edən yeməklər də kəpəkli məhsullar, soya və fındıqdır.

18- Addımlarınızı artırın. Daha çox gəzin. Ola bildiyincə hərəkətli olmağa diqqət göstərsəniz, qanın sürətli hərəkət etməsini, əzələlərə və orqanlara gedən oksigenin artmasını təmin edərsiniz. Bu da sizi rahatlaşdıracaq.

19- Maqnezium almağa diqqət yetirin. Tərəvəzlərdə, fındıqda və taxıllı çörəklərdə olan bu vitamin sizə gümrahlıq qazandıracaq.

20- Nizamlı olun. Dağınıqlıq sizi stressə soxacaq. Gərəksiz yerə çaxnaşma etsəniz, bu stresslə işləriniz yolunda getməyəcək. Bu xaosu yaşayıb stressinizi artırmayın...

21- Çox kafeyin və spirt yuxuya mane olar və enerji verən B vitaminini sorar. Həftədə bir neçə dəfə 1 ya da 2 qədəh şərabı keçməməyə, çay və qəhvə istehlakını da ən aza endirməyə diqqət nümayişin.

Enerjinizi artırmaq üçün 23 təklif

22- Və son olaraq zehni mənada rahatlamaq və yenilənmək üçün özünüzə 20 dəqiqə ayırın və aşağıdakıları etməyə çalışın...

23- Kompüterlə işləyərkən mütləq aralar verin. Yapon araşdırmaçılar, kompüter qarşısında çox oturan insanlarda narahat olma halının artdığını, gözlərdə problem yaşandığını və bədən ağrılarının çoxaldığını söyləyir.

İlıq, səssiz və qaranlıq bir yerdə oturun ya da uzanın. Üzərinizdə rahat paltarlarınız olsun və gözlərinizi bağlayın. Nəfəs almanıza diqqət yetirin və nəfəsinizin rahat olmasını təmin edin. Özünüzü çay kənarında, yaşıl çəmənlərin üzərində düşünün. Günəş parlayır, siz suyun axışını eşidirsiniz. Suyun içində ayağa qalxır, üzünüzü günəşə dönürsünüz. Günəşin sizi enerjiylə doldurduğunu hiss edirsiniz. Dərin bir nəfəs alıb, bu enerjinin içinozə işləməsini təmin edirsiniz. Bədəninizin və düşüncələrinizin müsbətə çevrildiyini hiss etdiyinizdə yavaşca gözlərinizi açırsınız...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Law

17 İyun 2013 21:43

maraqlidir winked

PeTTy

15 İyun 2013 19:19

Axşamlar sanki mene güclü enerji verilir,yenı bütün evi yığışdıraram o enerji ile.

musiqici442

5 Dekabr 2010 21:45

dusumuz yoxdu

Dior Cherie

27 Oktyabr 2010 12:30

dance1

witch_ifi

26 Oktyabr 2010 04:33

Bir sozle seherden axshama qeder ozunle oyna..:))))))))
bes ishe kim gedecek kim hirslenecek?
hmmm/???

FLOR

26 Oktyabr 2010 02:33

Sitat: Kewha
Men enerjimi artirmaq ucun musiqi dinlemeyim yeterlidi...

mende eleyem )

l2a1000

25 Oktyabr 2010 19:48

Enerji istəyənlər getsinlər yamac paraşutuna başdan ayağa adrenalin həyəcan qorxudan enerjidə gələcək...Sora gəlirsən evə xoşbəxt olub yatırsan təbii evə sağ çatsan=)))

NINIKO

25 Oktyabr 2010 19:43

ENERJIM SHUKUR YAXCIDI BU ARALAR.

Mamedovich

25 Oktyabr 2010 15:51

Enerjiden bolam=)

ChocoLatte

25 Oktyabr 2010 15:27

Men o kadar enerjiye malikemki evdekilerde meni diyandira bilmir...

Kewha

25 Oktyabr 2010 15:17

Men enerjimi artirmaq ucun musiqi dinlemeyim yeterlidi...
Tewekkurler....

Balım

25 Oktyabr 2010 14:50

Sonda yazılan- ı (qaranlıqda oturub, gözlərini yumub, özünü cay kənarında hiss etmək) prob edəcəm görüm necə təsir edəcək..

Nahid-19

25 Oktyabr 2010 14:29

İkidənə red bul iç polnu bəsündü..!

Dayanma snikerslə....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Dior Cherie

25 Oktyabr 2010 13:30

hmmm...Demek olarki hemiwe enerjiliyem___meslehetler 4oox marag l;i idi 1__2sisni prob eleyec em____))TWK

Dandoline

25 Oktyabr 2010 13:03

Oooo kadarrrr güldüm kii...Ooo kadarrrrr... lol

music_is_my_world

25 Oktyabr 2010 13:01

hmmmmmmm............maraqlıdı təşəkkür
həmişə enerjliyəm amma bu məsləhətlərdəndə istifadə edəcəm