Loading...

"Nimesil" haqda bilmədiklərimiz - Bu şəxslərə QƏTİ OLMAZ

Loading...
Yəqin ki, baş, bel, oynaq və s. kimi ağrılardan şikayətlənməyən insan yoxdur. Bu ağrılardan əziyyət çəkən insanlar adətən həkimə deyil də birbaşa üz tuturlar apteklərə. Bu ağrıların azaldılması üçün isə müxtəlif üsullar var. Bəziləri bu ağrılara dözərkən bəziləri də ağrı kəsici preparatlardan istifadə edirlər.
Bu preparatlardan biri də bir çox ölkələrdə və respublikamızda da satışı çox olan "nimesil” dərmanıdır.  
Joy.az 2015-ci ildən respublikamızda satışına başlanılan və tələbatın get-gedə artdığı "nimesil" haqqında məlumatları təqdim edir:
Bu ağrıkəsici təsirə malik qeyri-steorid iltihab əleyhinə vasitədir, tərkibindəki maddənin adı isə "nimesulide" adlanır.  Bundan əlavə saxaroza, portağal dadlı və iyli dadverici, limon turşusu, maltodekstrin və makroqolun setostearil efiri kimi köməkçi maddələr də daxildir. Dərman təsirini ilk 5-15 dəqiqə ərzində göstərir və 6 saata qədər davam edir.

Nimesil hansı ağrıları kəsir?
- Əməliyyatdan sonra yaranan ağrılar;
- Baş və diş ağrısı;
- Əzələ ağrısı;
- Ayaq burxulmaları, bədənin zədə almasından sonra yaranan ağrılar;
- Damar, ginekoloji və uroloji xəstəliklər;
- Bədən temperaturunun artması.

Bu dərman bir çox ağrılara gülcü təsir etsə də ondan düzgün şəkildə istifadə etmək lazımdır. "Nimesil" yeməkdən sonra qəbul edilməlidir. 12 yaşdan yuxarı olan uşaq və böyüklər 100 ml suda bir  paket həll edərək içməlidirlər. 0-12 yaş aralığında olan uşaqların isə istifadəsi qəti şəkildə qadağandır. Maxsimum müalicə müddəti 15 gündür. 15 gündən artıq istifadəsi həyat üçün təhlükə yarada bilər. Araşdırma zamanı məlum olmuşdur ki, "nimesulide" maddəsi böyrəklər tərəfindən xaric olunur, buna görə də böyrək çatışmazlığı olan xəstələr bu dozanı azaltmalı ya da ümumiyyətlə istifadə etməməlidir.  

Bütün bunlardan əlavə preparatın yan təsirləridə mümkündür. Belə ki, dəridə qaşınma, qızartı, normadan artıq tərləmə, nadir hallarda isə nəfəs darlığı problemi yarada bilər. Buna görə də, mütəxəssislər dərmanın güclü təsirini və dozasını nəzərə alaraq həkim məsləhəti ilə istifadə edilməsini məsləhət görürlər.

Haşiyə: Normadan artıq istifadə edildikdə yuxu gətirir, qusma, ürəkbulanma, mədə ağrısı və ya narahatlıqlara səbəb olur. Mədə-bağırsaq xoraları, diabet, təzyiq xəstələrinin istifdəsi qadağandır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR