Loading...
Kişilik hormonunu necə artırmaq olar? - Testesteronu təbii yolla yüksəldin

Kişilik hormonunu necə artırmaq olar? - Testesteronu təbii yolla yüksəldin

Loading...
Steroid tipli  hormon olan testesteron kişilərdə testislərdə, qadınlarda isə yumurtalıqlarda sintezlənir.

Həm kişilərdə, həm də qadınlarda çox az miqdarda böyrəküstü vəzlərindən ifraz olunur. Erkək cinsiyyət hormonudur, el arasında kişilik hormonu deyirlər. Qadınlardan fərqli olaraq kişilərdə 20 qat artıq sintez olunur.

Testesteron hormonu bədəndə əzələlərin inkişafı üçün ən əhəmiyyətli hormon sayılır. Bodibilderlər üçün testesteron ifrazatı əhəmiyyətlidir. Bu səbəbdən bodibildinq ,fitness həvəskarları əzələlərin tez inkişafı üçün testesteron enantat inyeksiyalarından istifadə edirlər. Bu da sağlamlıq üçün zərərlidir.  


Testesteronun normadan aşağı olması: 

cinsi istəyin azalmasına;
yorğunluğa;
əzələ və güc itkisinə;
ereksiyanın pozulmasına;
çəki artımına;
sümüklərin zəifləməsinə;
depresiyaya;
qan azlığına səbəb olur.


Testesteronu təbii yolla artırmaq mümkündür. 


Sağlam həyat tərzi üçün testesteron hormonu normada olmalıdır. Stress,  yorğunluq, zərərli vərdişlər də hormonun normal ifrazını azaldır. 


Testesteron aşağıdakı kimi artırıla bilər:

Arıqlamaq: Bel çevrəsində piylənmə, kökəlmə testesteronun səviyyəsinin düşməsinə səbəb olur. Bu səbəblə xüsusilə də bel və qarın yağlarından xilas olmaq lazımdır.
 
Şəkərdən uzaq durun: Testesteron hormonunun ifrazının azalmasına səbəb olan  şəkərdən uzaq durun. Həddindən artıq şəkərli məmulatlardan  istifadə bu hormonun sintez edilməsinə mənfi təsir edir. 


Yaşıl bitkilərin istehlakını  artırın: Brokoli, gül kələmi, kələm, ispanaq kimi yaşıl yarpaqlı tərəvəzlər testesteronun ifrazını artırır. 


İdmanla məşğul olun: Gündə ən azı yarım saat nizamlı olaraq idmanla məşğul olmaq testesteronu yüksəldir. 


D vitamini: Səhərlər günəş vannası qəbul edin, D vitamini baxımından zəngin olan qidalar qəbul etmək də hormonun ifrazatını yüksəldər.  
 
Nizamlı Yuxu: Gündə ortalama olaraq 6-8 saat yuxu rejimi olmalıdır. 

Spirt: Spirt istehlakı testesteron hormonunun ifrazına pis təsir göstərir. Ona görə də kişilik hormonunun normal olmasını istəyirsinizsə, spirtli içkilərdən uzaq durun.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR