Loading...
Bildirçin yumurtası necə yeyilməlidir? - Faydaları

Bildirçin yumurtası necə yeyilməlidir? - Faydaları

Loading...

Bildirçin yumurtası kiçik olmasına baxmayaraq normal toyuq yumurtasına görə daha çox vitamin, mineral və proteinlə zəngindir. Çiy yeyildiyi zaman möcüzəvi təsir göstərərək bir çox xəstəliyə faydalıdır. Bu zaman daha sağlam və güclü orqanizmə sahib olmaq mümkündür.


Boyu uzatmaqda böyük təsirə malik olan bildirçin yumurtasının orqanizmə faydalarını təqdim edirik:


- İmmun sistemini gücləndirir;

- Astma və öskürəyə müsbət təsir edir, tənəffüs yolunu təmizləyir;

- Allergik reaksiyası olanlara faydalıdır;

- Yüksək vitamin və mineral tərkibi ilə orqanizmi qidalandırır;

- Qan azlığının qarşısını alır;

- Antioksidant tərkiblidir, orqanizmi təmizləyir;

- Təzyiqi aşağı salır;

- Ürəyə faydalıdır;

- Metabolizmanın daha sürətlə işləməsini təmin edir;

- Açıq yaraları tez sağaldir;

- A vitamini yüksəkdir, gözlərə faydalıdır;

- Kişilərdə cinsi gücü artırır;


Hər gün 1 ədəd bildirçin yumurtasını çiy halda içdiyiniz zaman səsdəki problemləri aradan qaldırır. Davamlı içdikdə rahat nəfəs almağa başladığınızı görəcəksiniz. Əgər çiy içməkdə çətinlik çəkirsinizsə, bildirçin yumurtasını süd və bal ilə qarışdıraraq içə bilərsiniz. Bu üsul sizin tənəffüs yollarınızı təmizləyəcək və səs tellərinizi gücləndirəcək.

Yaşlanmanın qarşısını alır və üzdə yaranan qırışları açır. Digər faydası, dərinin yumşaqlığını və nəmini artırır. Maska etməklə üzdəki ləkələrin getməsinə nail olarsınız. 


1 ədəd bildirçin yumurtasında olan maddələr və dəyəri:


Karbohidrat – 0,18 qram

Yağ – 4,99 qram

Protein – 5,87 qram

Natrium – 63,45 qram

A vitamini - 70,2

Kalium -  59,4 qram

Xolesterol - 379,8 mq

Dəmir – 1,64 qram

Bildirçin yumurtasının kalorisi 158,5-dir.


ZƏRƏRLƏRİ

Bildirçin yumurtasının faydası olduğu kimi zərərləri də vardır. İlk olaraq körpə və uşaqlara davamlı yedizdirməzdən əvvəl həkimlə məsləhətləşin. Daha çox yeyildikdə allergik reaksiyalara, böyrək problemlərinə səbəb olur. Xolesterol və ürək çatışmazlığı problemlərinə rast gəlinir. Ciddi, xroniki narahatlığı olan insanlar yeməzdən əvvəl həkimi ilə məsləhətləşsin.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR