Loading...
Meyvədən zəhərlənə bilərsiniz: Bu məhsulları yeyərkən diqqətli olun - VİDEO

Meyvədən zəhərlənə bilərsiniz: Bu məhsulları yeyərkən diqqətli olun - VİDEO

Loading...

Bu il çiyələkdən zəhərlənənlərin sayı üstünlük təşkil edir. Bununla yanaşı hazırda satışda olan qarpız və yemiş də təhlükəli ola bilər. Vətəndaşlar bu mövsümdə meyvə və tərəvəz alan zaman çox diqqətli olmalıdırlar. Çünki, bazara yeni-yeni  gətirilən  bu qidalar sizi də zəhərliyə bilər. 

Aprelin 25-dən bu günə kimi mövsümü yeni başlayan meyvə-tərəvəzlərdən 50-ə yaxın vətəndaş zəhərlənib ki, bu hadisələrin də əksəriyyəti çiyələkdən baş verib. 


Milli.Az xezerxeber-ə istinadən xəbər verir ki, satıcılar da etiraf edirlər ki, hazırda satdıqları, ölçüsü digərlərinə nisbətən dəfələrlə böyük olan bu çiyələklər parniklərdə yetişdirilir və daha çox dərmanlıdır.  


Hal-hazırda qarpız və yemiş də risk qrupuna daxildir və artıq 2 nəfər bu qidalardan zəhərlənərək orta ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkim -infeksionist namiq nəbiyev deyir ki, qarpız və yemiş iyulun ikinci yarısından tez istifadə edilməməlidir.  

Həkimin sözlərinə görə, bu mövsümdə  yeni-yeni çıxan lobya, xüsusilə göbələkdən istifadə zamanı diqqətli olmaq lazımdır. bu tərəvəzlər bol su ilə yuyularaq, çox qaynadılmalıdır. 


Həkim-infeksionistin sözlərinə görə,  hipertoniya xəstəliyi, şəkərli diabet,o cümlədən ürək xəstəliyindən əziyyət çəkənlər üçün risk daha böyükdür. qeyd edək ki,sözügedən qidalardan zəhərlənənlər arasında hələ ki ölüm faktı qeydə alınmayıb.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR