Loading...
Azərbaycanda koronavirusa üç dəfə yoluxan şəxs var...

Azərbaycanda koronavirusa üç dəfə yoluxan şəxs var...

Loading...

“Azərbaycanda koronavirus infeksiyasına ikinci dəfə yoluxma faktları qeydə alınıb. Hətta 1 nəfərdə üçüncü dəfə yoluxma halını şəxsən müşahidə etmişəm”.


Bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov “Stasionar şəraitdə COVID-19” mövzusunda danışarkən deyib.


O qeyd edib ki, xəstənin virusu necə keçirəcəyi bədənin ümumi vəziyyəti, immun sistemi, virus yükünün nə qədər olması və digər hallardan asılıdır: “Dünya statistikasında birinci dəfə xəstəliyi yüngül keçirən, ikinci dəfə vəfat edən şəxslər var. Həmçinin ilk dəfə ağır, növbəti dəfə xəstəliyi yüngül keçirənlər də olub".


R.Qasımov bildirib ki, COVID-19-a yoluxan şəxslərdə virus yükü nə qədər az olsa, xəstəliyi rahat keçirər: “Virus orqanizmə nə qədər çox daxil olarsa, o şəxslər xəstəliyi daha ağır keçirir”.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR