Loading...
“Mədə qıcqırması”na və göynəməsinə - ÇOX SADƏ HƏLL

“Mədə qıcqırması”na və göynəməsinə - ÇOX SADƏ HƏLL

Loading...

Mədədə yanğı və ya el arasında işlətdiyimiz “mədə qıcqırması” bir çoxlarının tez-tez şikayət etdiyi problemlərdən biridir. Xüsusilə də yemək yedikdən sonra mədədə və mədənin üzərində yerləşən yemək borusunda olan yanma şikayətləri davamlı baş verdikdə həzm sistemində problemlərin olmasından xəbər verir.


Lakin mədədəki yanmanı evdə çox sadə üsulla müalicə etmək mümkündür. Bu problemin həllində istifadə olunan karbonatlı (sodalı) suyun faydalarından bəhs edirik:


- Orqanizmin pH səviyyəsini tənzimləyir. PH səviyyənin yüksək və ya aşağı olması bir çox problemlərə səbəb olur. Məsələn; orqanizmdə turşuluğun çox olması diabet, piylənmə, miqren, katarakt, xərçəng və insultun yanarma riskini artırır. Hər gün ac qarına sodalı su içməklə pH səviyyəsini tənzimləyə bilərsiniz. Davamlı qəbul edildikdə mədədəki xlorid turşusunu zərərsizləşdirir. Mədə yanmasına müsbət təsir edir və rahatladır.

- Böyrəklərdə daşın yaranmasının qarşısını alır. Böyrəklərdə daş sidikdə turşuluq dərəcəsinin yüksək olmasından və orqanizmdə dəmir balansının pozulmasından qaynaqlanır. Ən əsas səbəblərdən biri isə çox az miqdarda su içməkdir. Lakin hər gün ac qarına içdiyiniz karbonatlı su böyrəklərdə daşın yaranmasının qarşısını alacaq.


- Sidik yolu infeksiyalarının qarşısını alır. Karbonat həmçinin antiseptik xüsusiyyətlərə malikdir. Sidiyin turşuluq səviyyəsini azaldaraq infeksiyaların qarşısını alır.

- Mikroböldürücü təsiri vardır. Boğazda iltihablanma zamanı səhərlər sodalı su ilə qarqara etmək məsləhətlidir.

- Pis xolestrolu normallaşdırır. Sodalı mineral suyu içdikdə LDL kimi tanınan pis xolestrolun səviyyəsi aşağı düşür. Lakin qeyd etmək lazımdır ki, təzyiqi yüksək olan insanlar karbonalı mineral su içməməlidir, halı pisləşə bilər.


- Bağırsaq və oynaq problemlərini aparır. Sidikdəki yüksək turşuluq və bədəndəki toxumalarda olan qan ağrıya, bağırsaq və ya artrit kimi xroniki xəstəliklərə səbəb olur. Sodalı su pH səviyyəsini tarazlaşdıraraq bu cür xəstəliklərdə müalicə kimi istifadə edilir.

- Fiziki performansı artırır. Əzələ və oynaqlarda laktik turşusunun yığılması sərtlik və yorğunluğa səbəb olur. Sodalı suyun sayəsində orqanizmdəki turşuluğun miqdarı nəzarət altında qalacaq və bu kimi şikayətlər azalacaqdır.


Karbonatlı su necə içilir?

Sodalı suyu səhərlər ac qarına bir stəkan suya bir çay qaşığı karbonat əlavə edərək gündə ən çox 2 dəfə içilməsi məsləhət görülür.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR