Loading...
Keyfiyyətli zeytun yağı necə müəyyən edilir?

Keyfiyyətli zeytun yağı necə müəyyən edilir?

Loading...

Zeytun yağı sağlamlığa tükənməz faydası, həm də ləzzətiylə bütün dövrlərin ən mükəmməl qidalarından biridir. Lakin zeytun yağı alarkən bəzi məqamlara diqqət etmək lazımdır, xüsusilə də qoxusuna...


Mütəxəssislər bildirir ki, zeytun yağının hava ilə təmasının qarşısı alınmalıdır. Çünki zeytun yağının saxlandığı qaba oksigen daxil olduqda onun keyfiyyətinə mənfi təsir edir və acılaşır.


Keyfiyyətli zeytun yağından meyvənin qoxusu gəlməlidir. Bu onun yaxşı şəraitdə istehsal olunduğunu göstərir. Bundan başqa, ağız və burunda acılıq və yanma xüsusiyyətləri olmalıdır. Onu digər yağlandan fərqləndirən xüsusiyyətləridir.


Bəs zeytun yağını hansı qablaşmada almaq faydalıdır? Əlbəttə ki, mütəxəssislər şüşə qablarda alınan zeytun yağının tərkibinin qorunduğunu bildirir. Bəzən dəmir saxlama qablarda daha ucuz başa gəldiyini deyənlər üçün də çarə var. Həmin qablarda aldığınız zeytun yağını evə gətirdikdən sonra şüşə qablara boşaltsanız keyfiyyətinin qorunmasına kömək edəcək.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR