Fon yüklənir...
Загрузка...

Aloe vera suyunun inanılmaz faydaları

Загрузка...
Aloe vera deyildikdə ilk ağla onun içindəki jele və o jelenin gözəlliyə faydaları gəlir.

Aloe vera suyunun da ən az jelesi qədər faydası var. Aloe vera suyu aloe vera bitkisindən əldə olunan bir növ meyvə şirəsi olaraq bilinir. Tropikal iqlimdə yetişən bu bitkini evinizdə də yetişdirə bilərsiniz.
Aloe veranın jele adlanan özəyi bir çox dəriyə qulluq vasitələrinin tərkibində yer alır. Dəriyə saysız faydası olan bu bitkinin suyunun bədən sağlamlığına da bir çox faydası var.

Doğru miqdarda istifadə olunan aloe vera suyu həzm sistemində yaranan bir çox problemi həll edir. Xüsusilə qəbzliyə faydalı olan aloe vera suyu bağırsaq bakteriylarını hərəkətə gətirərək həzm sistemini qaydaya salır.

Aloe vera suyu eynilə jelesi kimi dəridəki yaraları və iltihabları müalicə edir. Eyni zamanda xroniki iltihab xəstəliyi olan şəxslərin də aloe vera suyu içməsi məsləhət görülür. Aloe vera suyu anti-enflamatuvar xüsusiyyəti sayəsində oynaq ağrılarına yaxşı təsir edir.

İltihabın qarşısını alan xüsusiyyətləri sayəsində aloe vera suyu dişlər və diş ətlərindəki problemlərə də faydalıdır. Ağız boşluğundakı bakteriyaları yox edərək pis qoxu yaranmasının qarşısını alır.
Yaxşı xolestrol səviyyəsini artıran aloe vera suyu triqliserid səviyyəsini aşağı salır. Damarların sərtləşməsinin qarşısını alır və qan təzyiqi səviyyəsini nəzarətə saxlayır.

Aloe vera suyu bədəndəki toksinlərin atılmasını təmin edərək artıq çəkilərdən xilas olmağa da kömək edir.

Bu suyu hazırlamaq üçün 1 ədəd aloe vera yarpağını kəsin və içindəki jeleni çıxarın. Jelenin üzərinə ½ stəkan su əlavə edin. Blender ilə qarışdırdıqdan sonra suyu süzgəcdən keçirin. İçməzdən əvvəl dadlandırmaq üçün bal da əlavə edə bilərsiniz.

Bu bitkiyə allergiyanız olub-olmadığınızı bilmirsinizsə istifadə etməzdən əvvəl mütləq bir mütəxəssizlə məsləhətləşin. Bundan başqa bu suyu gündə 1 stəkandan çox istifadə etməyin.
Загрузка...
loading...
Загрузка...