Fon yüklənir...
Загрузка...

Körpəyə vitamin vermək olar? - Kardioloqu dinləyin

Загрузка...

“Uşağı həkimə göstərmədən, kiminsə məsləhəti ilə ona hansısa vitamin kompleksi vermək qətiyyən düzgün deyil”.

Bunu uşaq kardioloqu, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının pediatrik-invaziv kardioloqu Elşən Rzayev deyib.


Həkim bildirib ki, azyaşlıya özbaşına hansısa dərman, hətta vitamin olsa belə, vermək onun üzərində təcrübə aparılmasına bənzəyir: “Bəzi valideynlər gecələri pis yatan, həddən artıq aktiv olan uşaqları sakitləşdirmək üçün onlara valerian məhlulu verirlər və bu dərmanın zərərsiz olduğunu düşünürlər. Körpələri təbii vasitələrlə sakitləşdirməyin tərəfdarı deyiləm. Kardioloq tərəfindən müayinə olunmayan uşağa ürək sakitləşdirici dərman vermək qətiyyən düzgün addım deyil. Əgər uşaqda nevroloji problem müşahidə olunursa, özbaşına müalicə əvəzinə mütəxəssisə müraciət etmək lazımdır”.

Mütəxəssis bildirib ki, uşaqda əl və ayaq soyuqluğu, dərinin göyərməsinin olması qan dövranının pozulmasına işarədir: “Yəni, ürək hər hansı bir səbəbdən ümumi qan dövranını təmin edə bilmir. Bu halda kardioloji müayinə mütləqdir”.


Kardioloq qeyd edib ki, bəzi valideynlər böyüdükcə uşaqlarda ürək döyüntüsünün azalmasından narahatlıq keçirir. Halbuki, bu, normal haldır. Onun sözlərinə görə, uşaq doğularkən ürək döyüntüsü 130-150-dən başlayır. Tədricən uşaq böyüdükcə, yetkinlik yaşına çatdıqda bu göstərici 70-80-ə enir. Ona görə də valideynlərin ürək döyüntülərinin aşağı olması ilə bağlı narahatlıqları əsassızdır.

Загрузка...
loading...
Загрузка...