Loading...
Qəhvənin faydaları və zərərləri...

Qəhvənin faydaları və zərərləri...

Loading...
Qəhvənin faydaları və zərərləri...

Qəhvə içmək bir çox adam üçün böyük bir zövq və imtina edilməz bir vərdişdir. Ancaq gümrah qalmaq və enerjimizi yüksək səviyyədə tutmaq üçün az qala hər gün içdiyimiz qəhvənin faydalarının yanında bir o qədərdə ciddi zərərləri olduğunu unutmamaq lazımdır.

Qəhvənin Zərərləri :
Yüksək təzyiq: Edilən araşdırmalara görə, nizamlı olaraq gündə 4-5 stəkan qəhvə içənlərin qan təzyiqləri, yəni təzyiqləri sürətlə yüksəlir.

Ürək:
Həddindən artıq qəhvə istehlakı ürəyin ritminə mənfi istiqamətdə təsir edir. Qəhvənin ehtiva etdiyi kofein çox istehlak edildiyində, ürəkdə ritm pozuqluqları meydana gələ bilir. Nizamsız ürək atışları və ürək vurmasına səbəb ola bilir. Bu səbəblə xüsusilə ürək xəstələrinin məhdud miqdarda qəhvə içmələri lazımdır.

Mədə:
Qəhvə, mədə xorasını sürətləndirir. Bu səbəblə mədə xəstələrinin gündə 2 fincandan çox qəhvə istehlak etməmələri lazımdır.

Şəkər xəstəliyi:
Edilən araşdırmalar, yemək zamanlarında yüksələn qan şəkəriylə birlikdə istehlak edilən qəhvənin şəkər xəstəliyini mənfi istiqamətdə təsir etdiyini ortaya qoyurdu. Mütəxəssislər şəkər xəstələrinin də qəhvəni məhdud istehlak etməsini təklif edir.

Su itkisi:
Mütəxəssislərin bir qismi qəhvənin bədəndə maye itkisinə səbəb olduğunu müdafiə edərkən, bir qismi də bu itkinin əhəmiyyətsiz dərəcədə az olduğunu müdafiə edirlər. Lakin yenə də ağırlıq təşkil edən görüş digər kafeinli içkilər kimi qəhvənin də bədəndə su itkisi yaratdığı istiqamətindədir.

Qəhvənin Faydaları :
Xərçəng:
Qəhvə, yaşıl və qara çay kimi antioksidantlar ehtiva edir. Bu da xərçəngə gətirib çıxaran hüceyrələrin çoxalmasına maneə törədir. Ayrıca, edilən bir araşdırmada, qəhvənin və məşqin günəş şüalarının səbəb olduğu dəri xərçəngindən qoruduğu ortaya çıxdı. Araşdırmaya görə, fiziki məşqlə birlikdə ölçülü qəhvə istehlakı, günəşin ultrabənövşəyi B (UVB) şüalarının gətirib çıxardığı kanserojen təsirləri ortadan qaldıra bilir.

Öd daşları:
Qadın bədəni kişiylə müqayisədə iki qat daha çox öd daşı çıxarır. Gündə dörd stəkan qəhvə içən qadınların içməyənlərə nisbətlə 25 % daha az öd daşından şikayət etdiyi sübut edildi.

Konsentrasiya:

Qəhvə konsentrasiyaya köməkçi olur. Edilən araşdırmalarda, məktəb çağındakı uşaqların az miqdarda qəhvə ilə süd içdiklərində səhərki dərslərində daha müvəffəqiyyətli olduqları görülür.

Qaraciyər:
Qəhvə istehlak etmək xüsusilə qaraciyər xərçəngi riskinin azaldılmasına köməkçi olur. Nizamlı qəhvə içənlərin siroz kimi qaraciyər narahatlıqlarından daha az şikayət etdiyi görülür.

P.S: Qəhvə xoşlayırsınızmı?
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

İrmak

16 İyul 2010 17:44

yooo isdifade etmirem qehve bi dene stadionda futboola baxanda aliram icirem i visyo
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Balım

16 İyul 2010 11:15

Qehvenin dadini bele bilmirem...

Dandoline

16 İyul 2010 10:25

Heç xoşdamıram..Hələ türk qəhvəsinə vapşe allergiyam var..

Ronnie_7

16 İyul 2010 01:58

Ayda ildə içdiyim bir şeydi)
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

LARACROFT

16 İyul 2010 01:16

P.S: Qəhvə xoşlayırsınızmı?

Belədə.Tez-tez içən deyiləm.Yuxulu olanda və ya imtahana gedəndə içirəm.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

True_Love

16 İyul 2010 00:52

Mən kursa gedəndə hər gün içirdim indi arada bir içirəm

Dima Bilan

15 İyul 2010 23:18

marağlı idi.. bilmədiylərimi öyrəndim

Nagil

15 İyul 2010 21:53

he zererlerini bilsemde cox icirem cayi hec xoslamiram

Naomi_Kempbel

15 İyul 2010 21:23

bilirəm zərərli olduğunu amma hər gün istifadə elədiyim içkidir

l2a1000

15 İyul 2010 21:15

P.S: Qəhvə xoşlayırsınızmı?
Yox o qederde xowum gelmir menimki caydii

denizim

15 İyul 2010 20:57

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

psixoloq_01

15 İyul 2010 20:51

P.S: Qəhvə xoşlayırsınızmı?? p.s xoslayiram zererini bilmirdim xeyrini bilirem
morning

Sweety

15 İyul 2010 20:34

Qəhvə xoşlamıram o qədər də morning ama hərdən icirəm.


Qəhvəni də qədərində içmək lazımdır necə diyərlər her şeyin çoxu ziyandı

music_is_my_world

15 İyul 2010 19:16

Maraqlı xəbər idi demək olar hər səhər içirəm

Miss_Zaqadka

15 İyul 2010 18:29

P.S: Qəhvə xoşlayırsınızmı?
nebilim...ehvalimdan asilidri bezen he bezen ise yox..amma men onun zereri haqqda daha cox esitmisem indi de emin oldum..

Nifret

15 İyul 2010 18:22

[center]P.S: Qəhvə xoşlayırsınızmı?

Hə dəhşət içənəm . Bir qəhvəni bir də axşamlar limonnu şirinçay içənəm smile [/center]

ChocoLatte

15 İyul 2010 18:19


Qəhvə xoşlayırsınızmı?

yoo Yo xoslamiram arada ders oxuyanda yuxun gelmesin deye icirem morning ancaq lap pis yuxu basir meni boredom

_-Unknown Desires-_

15 İyul 2010 18:14

P.S: Qəhvə xoşlayırsınızmı?


Xoşlamıram )

Cesc_Fabregas

15 İyul 2010 18:08

COX SAGOL BILENLERIN YADDASHINI REFRESH ELEDIN BILMEYENLERDE BILSINLER. COX SAGOL

Elif_87

15 İyul 2010 18:06

Qəhvə xoşlayırsınızmı?
Elə də çox xoşlamıram pardon amma hərdən içirəm morning ...

Gitarist

15 İyul 2010 18:02

P.S: Qəhvə xoşlayırsınızmı?

Xoslamiram amma icende icirem :)Xebere gorede Tesekkur Melumatlandirdin.