Loading...

Şokolad
Sağlamlıq
- 28 Mart, 2010
- 6 944 Baxış
Loading...
Şokolad..İnkar edilə bilməz bir dada sahibdir..Kremli, ipək quruluşlu, tünd, qara, zərif rəngli, super şirin, ləzzətli, dəyişik ümidlər oyandıran..Şokoladın xarakteri duyğuları oyandıra bilər və nəbz atışlarını dəyişdirə bilər... Bu cümlələr yemək mütəxəssisi Phil Lempertin şokolad haqqında söylədikləridir..

Yalnız ləzzətli deyil, həmçinin faydalı
_____________________________
Şokolad yalnız möhtəşəm ləzzətli bir yemək deyil, həm də faydalıdır. Şokoladın xərçəngin qarşısını almaqda, ürək xəstəliklərinə maneə törətməkdə, immunitet sistemini qüvvətləndirməkdə böyük rolu var. Eyni zamanda romantik mənada da özümüzü yaxşı hiss etməyimizi təmin edir.
3000 il əvvəl Amerikada şokoladın əldə edildiyi, kakao dənələrinin yetişdiyi, kakao ağacını obroma-nı yetişdirdilər.
Şokoladın tərkibində polyphenol, procyanidins, epicatechin, catechin olan antioksidantlar var. Meyvə, tərəvəz, şərab və çayda da polyphenol var. Lakin şokolad və kakaoda heyrətə salacaq qədər çox miqdarda polyphenol var. Düşünün, eyni miqdardakı polyphenolu bir parça südlü şokoladdan ya da beş boşqab meyvə və tərəvəzdən ala bilirik.

Polyphenol nəyə kömək edir?
_______________________
Polyphenol bədən üçün bir çox xeyirləri var. Hər şeydən əvvəl polyphenol antioksidantdır. Antioksidantlar, ətraf çirkliliyi, səhv bəslənmə, spirt, narkotik və siqaret kimi bədənə zərər verici şeylərə qarşı hüceyrələrin müqavimətlərini artırmağa yarayır. Çünki bu kimi faktorlar hüceyrələrə zərər verib, xərçəngə səbəb ola bilər, bədən sisteminin yaşlanmasını sürətləndirər. Kakao polyphenolu qana köməkçi olub, laxtalanmağa maneə törətdiyi üçün infakt və iflic olma riskini aşağı salır. Polyphenol eyni zamanda immunitet sisteminin qüvvətlənməsində də təsirli rol oynayır.

Şokoladı niyə bu qədər sevirik?
________________________
Bəzən çox şokolad arzu edirik. Bəzən qızğın, ya da depresif ola bilərik. Lakin bir az şokolad yeyiəndə, özümüzü daha yaxşı hiss edirik. Şokoladın tərkibində phenethylamine (PEA) var. Phenethylamine isə sinir sistemini xəbərdar edir və insanın özünü yaxşı hiss etməsini təmin edir.

Xoşbəxtlik hissi
____________
Təbii ki, şokoladın içindəki yüksək şəkər və kalorini də unutmamalıyıq. Şokolad eyni zamanda həzz vericidir. Şokolad beyindəki serotonin səviyyəsini artırar, və xoşbəxtlik hissi verər. Qadınlar kişilərə nisbətən şokoladın bu xüsusiyyətlərinə qarşı daha həssasdır. Kimyaçılar şokoladın içindəki maddələrin, insanın ruh halı üzərində böyük bir təsir yaratdığını söyləyirlər.

Şokoladda şəkər və kalori
____________________
Görəsən şokolad ürək üçün zərərlidir?
Bu sualın cavabı kökəltmə xüsusiyyəti olduğu üçün çox təəssüf ki "bəli". Çünki şokolad tərkibində çox şəkər olan, olduqca kalorili bir şirniyyatdır. Təbii ki, bu şokoladın növü ilə də bağlıdır. Yaxşı keyfiyyətli şokoladlar kakao yağından hazırlanır və istifadə edilən digər doymuş yağlara nisbətən təxminən üç dəfə az kalorilidirlər. Ayrıca doymuş yağlarda pis xolesterol (LDL) olur, qandakı xolesterol miqdarını yüksəldir. Ancaq bütün şokoladların kakao yağından edilmədiyini unutmamaq lazımdır. Əmin olmaq üçün şokoladın tərkibini oxumaqda fayda vardır.
Şokoladdakı şəkər miqdarı olduqca yüksəkdir. İçindəki işlənmiş şəkər qandakı şəkər səviyyəsini yüksəldər və kökəldər.

Şokolad faydalı şirniyyatdır?
______________________
Şokoladda sağlamlıq üçün lazımlı bir çox mineral, kalsium, fosfor, maqnezium, dəmir, sink və mis var. Ancaq təbii ki, şokoladın tərkibində bol şəkər və kalori, sağlam yeməklərlə müqayisə edilə bilməz.

OXŞAR XƏBƏRLƏR
Загрузка...