Loading...
Su ilə rahat olun

Su ilə rahat olun

Loading...
Əgər məqsədiniz sağlam olmaq və gözəl qalmaqdırsa, ömrünüzü gözəllik salonunda keçirməyinizə ehtiyac yoxdur. Bunun çox ucuz və asan bir üsulu var. Soyuq və isti duş qəbul edin, həm bədəniniz toksinlərdən xilas olsun, həm də ruhunuz və bədəniniz dincəlsin.

Su ilə rahat olun

Soyuq və isti su ilə duş qəbul etmək bədəninizin sağlam qalmasına kömək edir. Bədəndəki qan axını və sinir sistemini təşkil edir, dərini qoruyur, əzələləri möhkəmləşdirir və bədənə enerji verir.

İnsan bədəninin hər gün ciddi şəkildə su itirdiyini, xüsusilə isti günlərdə və məşq edəndə bu miqdarın daha da artdığını deyən mütəxəssislər su itkisinin aradan qaldırılmasının çox əhəmiyyətli olduğunu bildirir. Mütəxəssislər gündə 2 litr, yəni səkkiz stəkan su içməyin lazım olduğunu deyir:

Su ilə rahat olun

"Əgər məşq edirsinizsə, içəcəyiniz suyun miqdarını artırmalısınız."

Su ilə rahat olun

Həyat üçün lazımlı olan suyun faydalarını saymaqla qurtarmayan mütəxəssislər su içməmənin gətirib çıxardığı əsas problemlər kimi "Baş ağrısı, həzm sistemində pozğunluq və nəfəs alma çətinliyi" bildirir.

Sulu Yeməklər

Səhərlər bir fincan çay ya da qəhvə içmək yerinə bir stəkan ilıq su içilməyini və hətta içinə bir az limon sıxılmasını təklif edən mütəxəssislər "Unutmayın ki, su hər vaxt çaydan daha faydalıdır və səhər içilən su bədəndəki zərərli toksinləri təmizləyir" - deyir.

Mütəxəssislər qarpız, üzüm, portağal və armud kimi su ilə zəngin olan meyvələr yeməyin lazım olduğunu da deyərək bunları yazır:

"Tərəvəz içkiləri için. Düzdür, çox ləzzətli deyil, amma sağlamlıq baxımından bənzərsizdir. Tərəvəz suyunu qaynatdığınız tərəvəzlərin suyunu atmayaraq əldə edə bilərsiniz. Hər qəhvə və çay içməmişdən əvvəl bir stəkan su üçün. Təzə meyvə şirəsi ilə sodanı qarışdıraraq içə bilərsiniz."

Su ilə rahat olun

Duş qəbul etməyin gücü

Su ilə rahat olun

Əvvəl isti duşun altında bir neçə dəqiqə dayanın. Sonra 20 saniyə soyuq duş qəbul edin və təkrar isti suya girin. Bunu üç dəfə edin və soyuq suyla tamamlayın. Ancaq soyuq duş qəbul edərkən diqqətli olmalısınız. Birincisi, soyuq suyu üzünüzə tam 30 saniyə tutun, ikincisi isə duşu üzünüzdən uzaq tutmağa cəhd göstərməyinizdir. Bir başqa diqqətli olmağınız lazım olan nöqtə isə soyuq suyla bədəninizdə ən az 20 saniyə dairələr çəkərək duş almağınızdır".



Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

sofi222

4 Avqust 2011 12:01

ESLINDE SU YARADANIN EN BOYUK MOCYZESIDIR yahoo

_ELLƏR_GİRL

5 Avqust 2010 22:15

çooooox minnətdaram.Dediklərinizi edəcəm görüm nə alınır...

RAMIN-JOY

13 Aprel 2010 18:35

su xeyirdi men bilen

Ruhsar

24 Mart 2010 21:19

su her cehetden xeyirdi

LARACROFT

22 Mart 2010 21:37

Maraqlı və lazımlı yazıydı.Çox sağ ol.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Ronnie_7

22 Mart 2010 21:07

Su ilə bilmirəm. Amma sudan sonra çox rahatam)))
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

shokoladka

22 Mart 2010 19:46

bu xeberden sonra icdiyim suyun miqdarini mutleq artiracam.... utan

NINIKO

22 Mart 2010 17:39

HMMMMMMMMMM MARAQLIDI DEMIYECEM CWNKI ZATEN BILIRDIM.

E.C.N

22 Mart 2010 14:24

lazımılı və dəyərli məsləhətlərdir. təkcə duş qəbul qəbul etmək üsulu lazımsızdı

Əvvəl isti duşun altında bir neçə dəqiqə dayanın. Sonra 20 saniyə soyuq duş qəbul edin və təkrar isti suya girin. Bunu üç dəfə edin və soyuq suyla tamamlayın



yaxşısı budur soyuq suyun altında 20 dəqiqə durun olun "sapsağlam" )))

Pervane-Evropa

22 Mart 2010 14:15

Bir İnci saflığı varsada suda
Artıq içiləndə dərd verir o da.

Nizami

Nahid-19

22 Mart 2010 13:13

teshekkurler....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Ayka Ronaldo

22 Mart 2010 12:59

MARAQLI MELUMATLARDI.BRITNEY SPEARS

MR.QARRI

22 Mart 2010 12:31

maraqlı və lazımı məlumatlardı tşk