Fon yüklənir...
Загрузка...

Wi-Fi və mobil telefonla bağlı şok - FAKTLAR

Загрузка...

 

"Forbes” jurnalı həyatımızın bir parçası halına gələn kabelsiz internet və cib telefonları mövzusunda son araşdırmanı yayıb. 

Ana-ataların çoxu civə, həşərat dərmanları kimi zəhərli kimyəvi məhlullardan uşaqlarını uzaq tutur.

Bunun səbəbi Dünya Səhiyyə Təşkilatının kimyəvi məhlulların "xərçəngə səbəb olan maddələr” siyahısında yer alan 250 maddədən biri olmalarıdır. 

Halbuki, eyni siyahıda yer alan TV, radio, mikrodalğalı soba, cib telefonu və kabelsiz internetdən (Wi-Fi) yayılan radio və elektromaqnit dalğalarında da xərçəngə səbəb olan maddələr var, amma bu maddələr o qədər də diqqət çəkməz. Ancaq son araşdırmalara görə, mümkün olduqca uşaqları bu dalğalardan qorumaq əsas şərtdir. Bu, "Journal of Microscopy and Ultrastructure” jurnalında nəşr olunan son elmi işdə də öz əksini tapıb.

 

 

Təsiri 30 il sonra ortaya çıxacaq

Elektromaqnit dalğalara uzun müddət məruz qalan insanlarda xərçəng riski artır, sperma həcmi aşağı düşür və başqa xəstəliklərə də qapı açılır. Məruz qalınan elektromaqnit dalğaların xərçəngə çevrilmə müddəti 30 il, yaxud daha çox olaraq hesablanır. "Wi-Fi bizi yavaş-yavaş öldürürmü?” sərlövhəli məqalə yazan Mark Gibbsə görə, 50-100 il sonra dönüb baxdığımızda cib telefonu və kabelsiz internetin insanlıq tarixinin necə ən böyük sağlamlıq böhranına səbəb olduğuna təəccüb edə bilərik.

 

 

Araşdırmanın təəccüblü nəticələri

- Uşaqların beyin toxumaları yetkinlərə nisbətlə daha incədir. Bu səbəblə elektromaqnit dalğalar çox daha içərilərə nüfuz edə bilir. Bu da beyin toxumalarına və hüceyrələrinə mənfi təsir edə bilir.

- Riskin ən yüksək olduğu dövr körpənin hələ ana bətnində olduğu dövrdür. Hamilələrin evində Wi-Fi-dən istifadə edilməsi, cib telefonunun davamlı yaxında tutulması qətiyyətlə məsləhət görülmür.

 

 

- Cib telefonlarının bələdçilərində elektromaqnit dalğalara məruz qalmanın təhlükələrindən geniş danışılır.

- Kabelsiz internet ilə çalışan cihazların satışı mütləq yaxından izlənilməlidir.

- Elektromaqnit dalğalara məruz qalma limitləri mövzusunda xəbərdarlıqlar 19 ildir dəyişdirilməyib.
Загрузка...

ŞƏRHLƏR

Jenny J

24 Yanvar 2015 15:12

Onda 30 il sonra mənə vida edin sdjfsd
--------------------
Wow man, this is weird on acid..



loading...
Загрузка...