Fon yüklənir...
Загрузка...

Sızanaqların getməsi üçün təsirli üsullar

Загрузка...

Sızanaqların getməsi üçün təsirli üsullar

 

Sızanaq və civzələr üçün təsirli üsullardan biri sağlam qidalanma və lazımi vitaminlərdən istifadədir. Zülalı çox olan qidalar sızanaqların çoxalmasına səbəb olduğundan orqanizmdə steroid hormonların səviyyəsini artırır.

Buda dəriyə mənfi təsir göstərir. Sızanaqlardan qurtulmaq üçün qida rasionuna istəyə uyğun meyvə-tərəvəz, müxtəlif sıyıqlar (xüsusilə yulaf yarması), bitki yağları (zeytun, qarğıdalı və s.) əlavə etmək olar. Gün ərzində lazımi miqdarda təmiz su içmək də lazımdır.

Bu prosedur sızanaq və civzələrin getməsinə yaxşı təsir göstərir. Su orqanizmi tək xaricdən deyil, daxildən də təmizləyir, ziyanlı maddələri isə orqanizmdən daha asan çıxardır.

 

 

Sızanaqların yaranmasının əsas səbəblərindən biri stress, yuxu nizamının pozulması, yorğunluq hallarıdır.

Bu baxımdan bütün bunlara diqqət etmək və dərini təmiz saxlamaq vacibdir. Stressə təsir göstərən qəhvə və çay istifadəsini məhdudlaşdırmaq da faydalıdır. Bunun əvəzinə vitamin və mineral baxımından zəngin meyvə suları və ya bitki mənşəli çaylardan içə bilərsiniz.

Daha çox sağlamlığa və şəxsi gigiyenaya riayət etmək təsirlidir.

Sızanaqların getməsi üçün təsirli üsullar

 

Dərini təmiz saxlamaq üçün alma sirkəsi və ya üzüm sirkəsindən yatmazdan əvvəl istifadə etmək olar. Limonlu suda təsirlidir. Çobanyastığı isə dəridə yaranan infeksiyaları aşağı salır.
 
Onuda qeyd etmək lazımdır ki, sızanaq, dəri səthindəki sink əskikliyi səbəbi ilə meydana gələ bilər. Bu səbəbdən orqanizm üçün faydalı məhsullar və maye qəbulu uyğundur. Bundan əlavə boş vaxtlarda edilən məşqlər də təsirlidir.
Загрузка...

ŞƏRHLƏR

Jenny J

15 Yanvar 2015 16:09

Özəlliklə biz qızlarda elə dövr var ki,o 4-5 gündə sızanaqlar dəhşətli görünür :(((
--------------------
Wow man, this is weird on acid..



Lilli

15 Yanvar 2015 13:38

cheers aglamaq istiyirem

Ahu 05

8 Yanvar 2015 15:06

tesekkurler....
loading...
Загрузка...