Fon yüklənir...
Загрузка...

Böyrəklərdəki daşlardan xilas olmaq üçün ən effektiv üsul

Загрузка...

Böyrəklərdəki daşlardan xilas olmaq üçün ən effektiv üsul

 

Qışda bol miqdarda meyvə yemək insanı bir çox xəstəliklərdən qoruyur. Bunun səbəbi qış meyvələrinin əksəriyyətinin immun sistemi gücləndirmək xüsusiyyətinə malik olmasıdır. Belə meyvələrdən biri də əzgildir.

Qədim zamanlarda əzgil möcüzəli və sеhrli bir ağac sayılırdı. Səyahətə çıxan dərvişlər özlərini bədbəxtlikdən qorumaq üçün əzgil ağacından əsa gəzdirirdilər. Hamilə qadınlar isə hamiləliyin uğurlu kеçməsi üçün bu ağacdan hazırlanmış boyunbağı taxarmışlar.

Yetişmiş əzgildə müxtəlif növ şəkərlər, üzvi turşular, pektin maddəsi, eləcə də C və A vitamini, karotin var.

Əzgilin yetişməmiş meyvəsindən də xalq təbabətində istifadə olunur. Tam yetişməyən əzgil meyvəsini bişirib şəkərlə qarışdırır və uşaqlarda baş verən ishala, dezinteriyaya qarşı istifadə edirlər.

 

Böyrəklərdəki daşlardan xilas olmaq üçün ən effektiv üsul

 

Əzgil bir çox xəstəliyi aradan qaldıran əsl möcüzədir. Onun meyvələrindən böyrək xəstəliklərindən əziyyət çəkənlər bol miqdarda yeməlidirlər. Əzgilin şirəsi isə xroniki mədə-bağırsaq xəstəliklərində faydalıdır. Bu meyvə mədədə həzm prosesini yaxşılaşdıran və köpü azaldan dərman kimi də təsirlidir.

Əzgilin mеyvəsi və yarpaqları mədəni bərkidir. Xalq təbabətində onu qanlı ishala qarşı istifadə еdirlər.

Əzgildən sidikqovucu kimi də istifadə olunur. Bunun üçün əzgilin toxumu əzilir. Bu tozdan 1 çay qaşığı götürüb, cəfəri kökünün çayına qatıb içirlər. Bu, böyrəklərdəki və sidik kisəsindəki daşlara qarşı təsirlidir.

 

Böyrəklərdəki daşlardan xilas olmaq üçün ən effektiv üsul

 

Meyvənin tərkibindəki A vitamini görməyə və göz xəstəliklərinə müsbət təsir edir. C vitamini ilə isə orqanizmin müqavimətini gücləndirir. Əzgil xərçəng xəstəliyinə qarşı da faydalı bir meyvədir.

Ancaq bu meyvəni həddən artıq yemək qəbizliyə səbəb ola bilər.

 

Böyrəklərdəki daşlardan xilas olmaq üçün ən effektiv üsul

Загрузка...

ŞƏRHLƏR

emiwka

15 Noyabr 2014 11:45

ezgili cox sevirem twk nyam
--------------------
Getdim Sagolun

Ahu 05

12 Oktyabr 2014 12:06

tesekkurler...
loading...
Загрузка...