Loading...

Yaşıl çaydakı möcüzə!
Sağlamlıq
- 20 Yanvar, 2010
- 4 466 Baxış
Loading...

Tayvanlı elm adamlarının 500 adamın iştirakıyla etdiyi araşdırmada, gündə ən az bir fincan yaşıl çayın həm siqaret narkomanı olan, həm də siqaret istifadə etməyən kəslərin ağciyər xərçənginə tutulma ehtimalını əhəmiyyətli ölçüdə azaltdığı müşahidə edildi.
Shan Tibb Fakültəsində vəzifəli həkim Hsin Linin liderliyində edilən araşdırmada, siqaret çəkən ya da içməyən və gündə bir fincan yaşıl çay istehlak edənlərin, istehlak etməyənlərə nisbətlə ağciyər xərçənginə tutulma ehtimallarının 5 qat az olduğu müəyyən olundu.
Araşdırma, yaşıl çay içməyən siqaret narkomanlarının gündə ən az bir fincan yaşıl çay içən narkomanlara nisbətlə ağciyər xərçənginə tutulma ehtimallarının 12 qat çox olduğunu ortaya qoydu.
Elm adamlarının ayrıca, araşdırmaya qatılan kəslərin DNT`lərini araşdırdıqları və bəzi genlərin ağciyər xərçənginə tutulma ehtimalının aşağı olmasında rol oynadıqlarının müşahidə edildiyi qeyd edildi.
Siqaret narkomanı olan ya da olmayan yaşıl çay içicilərindən, IGF1 adlı genin müəyyən növlərinə sahib olanların ağciyər xərçənginə tutulma ehtimallarının, bu genin fərqli növlərinə sahib digər yaşıl çay içicilərindən çox daha az olduğu görüldü.
Mütəxəssislər, bu tapıntıların sigarın sağlamlığa zərərli olduğu gerçəyini dəyişdirmədiyinə işarə etdilər.
İngiltərədəki Xərçəng Araşdırma Mərkəzindən Yinka Ebo, siqaretin, ağciyərləri xərçəngə gətirib çıxaran 80 ətrafında kimyəvilə doldurduğunu ifadə edərək, yaşıl çay içmənin bunu kompensasiya etməyəcəyini qeyd etdi.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...