Fon yüklənir...
Загрузка...

Yanlış pəhriz arıqlatmaq əvəzinə kökəldir

Загрузка...
İnsan orqanizmi qidalara qarşı çox həssasdır. Kimisi çörək, ət və bu kimi ağır qidaları yeyərək kökəlməyə meyl edir, kimisi isə belə qidalardan, ümumiyyətlə, artıq çəki almır. Hər bədən fərqli olduğu kimi, hər orqanizmin də işləmə mexanizmi fərqlidir. Maraqlı haldır ki, əksər insanlar kökəlməyə səbəb kimi çörəyi görür və çörəyi qida rasionundan çıxarmaqla artıq çəkiyə meylliliyin dayanacağını düşünürlər. Halbuki bu, tamamilə səhv fikirdir. Çünki kökəlməyə səbəb çörəkdən çox çörəklə birlikdə qəbul edilən qidalardır.

 

İnsan bədəninin gündəlik enerji ehtiyacının 60%-ni karbohidratlardan, 30%-ni yağlardan, 10%-ni isə proteinlərdən alınmalıdır. Bu hesab pozulduğu zaman orqanizm düzgün inkişafını əngəlləyir və bədən fərqli reaksiya verir. Dünyanın bir çox ölkəsi karbohidrat ehtiyacını qarğıdalıdan və unundan, Çin, Yaponiya kimi ölkələr düyüdən qarşıladığı halda türk xalqları bu ehtiyacını çörəklə qarşılayır. Enerji ehtiyacının böyük bir faizi çörəkdən alındığı halda onu qida rasionundan çıxarmaq düzgün deyil. Bu yolla arıqlamaq istəyənlər ilk yanlışı elə çörəkdən imtina etməklə etmiş olur.

Dietoloq Anar Fətəliyevin sözlərinə görə, sağlamlıq üçün saxlanılan pəhrizlər əslində orqanizmə böyük təhlükə yaradır. İnsan karbohidrati menyusundan çıxararaq proteinə üstünlük verdiyi halda əriyən yağlar deyil, sümüklər olur. Olduğu kimi qalan yağ kütləsi bir müddət sonra yenidən narahat etməyə başlayır və bu dəfə insan özünü daha əzgin, yorğun və bədbəxt hiss edir. Çünki bədən tam əksinə, sağlamlaşmaq yerinə sümüklərin zədələnməsi ilə qarşı-qarşıya qalmış olur: 

"Elə insanlar var ki, onlar az yemək yedikləri halda kökəlməkdən şikayət edirlər. "Su, hava da məni kökəldir" deyən pasiyentlərə izah etməyə çalışırıq ki, onların pəhrizləri düzgün deyil. Karbohidratı tamamilə menyudan çıxaran insan bir müddət sonra həqiqətən çəki itirir. İnsan buna aldanır və pəhrizə davam edir. Bir müddət sonra bədən zəifləyir və sümüklər kövrəkləşir. İtirəcək bir şey qalmadığından az qidalar belə yenidən kökəltməyə başlayır. Metabolizm pozulduqdan sonra əvvəlki sistemə qayıtmaq asan olmur".

Həmsöhbətimizə görə, həddindən artıq proteinli qidalar xolesterolun artmasına, qan tərkibinin dəyişməsinə səbəb olur ki, bununla da su ehtiyacı artır. Həddindən artıq su qəbul etmək böyrəklərin normadan artıq çalışmasına və yüklənməsinə səbəb olur ki, bu da böyrək üçün çox ziyanlıdır. Bununla yanaşı, dietoloqlar bu fikirdədir ki, həddindən artıq protein pəhrizini davam etdirmək mədə və bağırsaq xərçəngi üçün ideal şərait də yaradır.

Dietoloq bildirir ki, karbohidratın qəbulu insanda köklük yaratmır. Onunla yanaşı qəbul edilən qidalar kökəlməyə meyli artırır. Məsələn, 1 qram karbohidratda 4 kalori olduğu halda onunla birlikdə qəbul edilən yağın 1 qramında 9 kalori olur. Səhər yeməyində eyni miqdarda qəbul edilən yağ çörəyin kalori dəyərinə baxdıqda çörək üzərinə sürülən yağ və mürəbbələrlə müqayisədə olduqca məsum olur: 

"Pəhrizə başlayan insan əgər kökəlmə səbəbi kimi qidalanmasını görürsə, qidalarına diqqət edəcək. Karbohidratlı qidaları menyudan çıxarmayacaq. Yediyi bütün qidalardan bir ağız azaldacaq. Nə yeməsindən asılı olmayaraq yediyi yemək öz ovcunun tuta biləcəyindən daha çox olmayacaq. Daim özünü ac hiss edəcək, gözü süfrədə qalacaq. Dietoloqa müraciət etmədən ən gözəl zəifləmə proqramı budur. Dietoloqa getmədən rasiondan hər hansı bir qidanı ümumiyyətlə, çıxarmaq, bilib-bilmədən fərqli dietaları tətbiq etmək olduqca risklidir və bu, əks təsir göstərərək kökəlməyə səbəb ola bilər".

Çörəyin necə və hansı miqdarda qəbul edilməsinə gəlincə, müsahibimizin fikrincə, qəbul edilən çörəyin tərkibinə xüsusən diqqət etmək lazımdır. Hazırda insanlar tərəfindən ən çox tərcih edilən zavod çörəklərindən imtina etmək lazımdır. Çünki bu cür çörəklər olduqca yağlı olur və insan əl vurarkən belə bu yağı hiss edirsə, o çörək ümumiyyətlə, yeyilməməlidir. Yeyilən çörək tamamilə bəyaz, yarı taxıllı, kəpəkli olmalı və mümkün qədər gündə 3 dəfə yeyilən yeməyin 1 porsiyası qara çörəklə qəbul edilməlidir: 

"Nəzərə alınmalıdır ki, çörəyin tərkibində insan üçün vacib olan 8 aminoasidin 7-si mövcuddur. Gün ərzində 6-12 dilim çörək qəbul edilməli və qəbul edilən miqdarın yarısı bəyaz olduğu halda, digər yarısı mütləq kəpəkli, çovdarlı, taxıllı olmalıdır. Gündəlik qəbul edilən çörəklər mütləq hər gün eyni forma və ölçüdə doğranmalı və yeyilən dilimlər sayılmalıdır. Kökəlməyə meylli olmayan insanlar hər gün təxminən eyni miqdarda dilim yedikləri halda kökəlməyə meylli insanlarda dilim sayı arta bilir. Bununla da kökəlmənin qarşısını praktik yolla almaq mümkündür".

Sağlamlıq üçün isə qidaların kalori miqdarını bilməkdə də fayda var. Bəzən daha çox kalorili olduğunu zənn etdiyimiz qidalar daha az kalorili olur və insan arıqlamaq yerinə daha da kökəlmək üçün əziyyət çəkir. Ən düzgün arıqlamaq üsulu isə dietoloqa müraciət edərək bədənə özəl dieta resepti əldə etməkdir. 
Загрузка...

ŞƏRHLƏR

Night Wolf

14 Avqust 2014 23:25

hə bilirdim bunları
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Ahu 05

14 Avqust 2014 08:47

tesekkurler....

Swifter

13 Avqust 2014 22:15

Idmani bele duzgun etmeyende insan kokelir.
loading...
Загрузка...