Fon yüklənir...
Загрузка...

Üzgüçülük beyinin inkişafını sürətləndirir

Загрузка...
Üzgüçülük beyinin inkişafını sürətləndirir 
 
Müxtəlif idman növləri orqanizmimizə fərqli təsir göstərir. Çünki hər idman növü fərqli əzələlərə istiqamətlənir. Bu dəfə sizinlə üzgüçülük və onun faydaları haqqında danışmaq istəyirik. İdeal bədən və əzələ quruluşuna sahib olmağımız üçün üzgüçülük xüsusi əhəmiyyətə malikdir. Bununla yanaşı üzgüçülük həm də beyin üçün faydalıdır. Bu qənaətə gəlmək üçün avstraliyalı mütəxəssislər uzunmüddətli təcrübə işləri aparıblar.
 
Bu təcrübələrə rəhbərlik edən Avstraliya Universitetinin professoru Howardın sözlərinə görə, üzgüçülük beyində qanın yaxşı işləməsinə səbəb olur. Bədəndəki adrenalinin miqdarını yüksəldir ki, bu da damarları rahatlaşdırır. Davamlı idman hərəkəti edərkən insan bədənində temperaturun 30-32 dərəcəyə çatır.
 
Üzgüçülük beyinin inkişafını sürətləndirir
 
Bu isə öz növbəsində insanlarda qavrama qabiliyyətini inkişaf etdirir. Lakin mütəxəssislərin sözlərinə görə, üzgüçülüyün insan orqanizminə təsir göstərməsi üçün gündə ən azı 10 dəqiqə müddətində bu idmanla məşğul olmaq lazımdır. Əgər siz müntəzəm şəkildə bu idmanla məşğul olmur, iki-üç ayda yalnız bir-iki dəfə üzməyə vaxt ayırırsınızsa, tez zamanda uğurlu nəticə əldə etməyiniz mümkün deyil. Üzgüçülüklə məşğul olarkən əməl edilməli olan əsas qaydalardan biri də kifayət qədər maye qəbul etməkdir. Bu yolla biz itirdiyimiz enerjini tez zamanda bərpa edə bilirik.
 
Bütün bunlarla yanaşı üzmək eyni zamanda təzyiq və ürək problemi olan xəstələrə müsbət təsir edir. Üzgüçülükdən əvvəl və sonra edilən hərəkətlər isə əzələləri gücləndirir.
 
Üzgüçülük beyinin inkişafını sürətləndirir
 
Ancaq unutmaq olmaz ki, üzgüçülüyün yuxarıda sadaladığımz faydaları ilə yanaşı, bəzi mənfi tərəfləri də var. Belə ki, bu idman növü xüsusi diqqət tələb edir. Bəzi hallarda insanların diqqətsizliyi nəticəsində üzgüçülükdən sonra onlarda spazma yarana bilir. Bu kimi təhlükələrdən uzaq olmaq üçün üzdükdən sonra saçları yaxşı qurulamaq, bədəni soyuqdan qorumaq lazımdır.
 
Üzgüçülük beyinin inkişafını sürətləndirir
Загрузка...

ŞƏRHLƏR

Night Wolf

14 Avqust 2014 22:57

Üzməyi çox sevirəm
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Ahu 05

31 İyul 2014 18:01

tesekkurler...

sevinc m-zada

31 İyul 2014 17:18

xebere gore tsk)
--------------------
love Koray İzitaş Vine love
loading...
Загрузка...