Fon yüklənir...
Загрузка...

60 saniyədə canlanın

Загрузка...
60 saniyədə canlanın 
 
Müntəzəm idmanla məşğul olmaq və qida dəyəri yüksək olan yeməklər yemək enerjinizi artırmaq üçün yararlana biləcəyiniz iki faydalı üsuldur. Ancaq bəzən enerjimiz tükəndiyində bunlar deyil, ani bir həll yoluna ehtiyac duyuruq.

Joy.Az-ın indi təqdim edəcəyi ani yardımlar həm praktikdir, həm də enerji verən içkilər kimi əks təsirlərə sahib deyil.


Musiqi dərhal beynin bütün bölmələrinə təsir edir. Hər gün eyni işi görmək, insanı yuxulu hala salır. Ancaq musiqi səsinin eşidilməsi monotonluğu azaldaraq, diqqəti artırar və diqqətcil olmağı asanlaşdırar. Bunun üçün ehtiyac duyduğunuz an ən sevdiyiniz musiqini dinləmək sizə kömək olacaq.
 
60 saniyədə canlanın 

Gülmək ürək ritmini artırıb, əzələlərin işləməsini təmin etdiyindən dərhal "dirilməyə
” kömək edir. Ürəkdən bir qəhqəhə sayəsində zehni oyanışa nail ola bilərsiniz. Bunun üçün "youtube”dan gülməli videolar izləyin.

Dağınıq bir masa və ya mətbəx dəzgahı insanın enerjisini azalda bilər. Görülməmiş işləri xatırlamaq bizi aşağıya çəkir sanki. Əgər ətrafı tam səliqəyə salmaq üçün vaxtınız yoxdursa, sənədləri, xırda dağınıq əşyaları bir yerə toplamaq zehnin özünə gəlməsinə kömək edir.
 


Səssizlik yenidən canlanmanı təmin edər. Beyin gün ərzində ətrafda baş verən hər şeyə reaksiya verməkdən yorulur. Boşuna sərf edilmiş enerjinizi yeniləmək üçün sadəcə 60 saniyə meditasiya edin. Oturun, 5 dəfə sakitcə dərindən nəfəs alıb verin.

Nanə yağını qoxulamaq qaçış zamanı atletin sürətini, ofisdə işçinin yazı yazmaq sürətini artırır. Buna görə həmişə yanınızda nəfəs qoxusu üçün nanə həbləri və ya konfetlər gəzdirmənizdə faydalıdır.
 
60 saniyədə canlanın
 
Загрузка...

ŞƏRHLƏR

gulumse

27 İyul 2014 18:54

ama men ozumu piss hiss edende bularin hec birni etmeq istemirem

a_y_a_n

27 İyul 2014 17:41

twkkkkkkkklerrrr

sevinc m-zada

27 İyul 2014 15:50

xebere gore tsk)
--------------------
love Koray İzitaş Vine love

Ahu 05

27 İyul 2014 15:46

tesekkurler

Night Wolf

27 İyul 2014 15:07

xəbər üçün təşəkkür
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!
loading...
Загрузка...