Loading...
Boğazınız ağrısa

Boğazınız ağrısa

Loading...
Boğazınız ağrısa

Oxşar və Fərqli

Faringit, tonzillit, laringit... Lap şeirə oxşayır. Gözəl ahəngi var, mahnı kimi səslənir. Amma bu xəstəliklərlə mahnı oxumaq olmaz. Nəfəs xırıldayıb fışıldayır, səs boğluqlaşır, öskürək tutması adamı bezdirir. Bu azmış kimi, dalınca da ümmumi nasazlıq başlayır... Bu adların sonundakı it şəkilçisi latın sözüdür, iltihablaşma deməkdir. Sözlərin qalan hissəsi isə iltuhablaşan orqanların adıdır. Beləliklə, tonzilit badamcıq vəzinin, laringit qırtlağın, faringit isə udlağın iltihablaşması deməkdir.

Saymazcasına yaşamayın

Kəskin faringit müxtəlif ağırlaşmalar yaradır, çünki soyuqlayanda lazımi tədbirlər görülmür. Faringitin nəyi pisdir?Boğaz quruyub göynəyir və gicişir, udqunmaq əzaba çevrilir. Kəskin faringitin müalicəsi güclü tərləməyə postensialı olan dərman bitkiləri ilə aparılır. Allaf, qaraağac, cökə və söyüd yarpaqları, bataqlıq gördəvəri bu baxımdan çox xeyirlidir. Onların təsiri sayəsində nəinki iltihablaşma, həm də ümumi intosikasiyanın təzahürü azalır. Bu bitkilərdən hazırlanmış məhlulu kiçik qurtumla, amma yarım saatdbir qəbul etmək lazımdır. C vitamini ilə zəngin olan başınağacı və qara qarağat, itburnu, quşüzümü giləmeyvələri və mərsin yarpağı faringiti dəf etməkdə daha çox faydalıdır.

Müahribəyə hazırsınız?

Kəskin faringit lokal müalicəsi bəzi bitkilərin yumşaldıcı effektinə əsaslanır. Yada salaq ki, biyan, gülxətimi, mələkotu və sabunotunun köklərində olan selik belə təsirə malikdir. Bu bitkilər ağız və udlağın yaxalanması və inqalyasiyası üçün də çox yararlıdır. Bundan başqa, infeksiyanı məhv edəm antiseptik bitkilərdən-gülümbahar, ladan boymadərən, adaçayı və evkaliptdən də istifadə etmək mümkündür. Nanə, qaraqanıq, tozağacı tumurcuğu, küknar yarpağı da iltihablaşmanı azaldır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    ARR

    27 İyun 2014 12:55

    Belə bir problemim yoxdur. Teşekkürler

    IBRAHIMOVA LEMAN

    27 İyun 2014 00:31

    mende hec biri olayib sukur ki, hec insallah bndan snrada olmaz

    Ahu 05

    26 İyun 2014 15:17

    tesekkurler....

    Night Wolf

    26 İyun 2014 15:15

    Şükür ki, tutmaşəkill öskürək yoxdu məndə
    --------------------
    Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

    Dark PrincesSa

    26 İyun 2014 14:45

    xmm bilmirdim bunları ne